GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xalq artistinin nəvəsinin qorxu filmi kimi cinayəti - marixuana, rəngli kapsullar və qətl...

Xalq artistinin nəvəsinin qorxu filmi kimi cinayəti - marixuana, rəngli kapsullar və qətl...

Tarix: 8-06-2019, 13:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 798
Xalq artistinin nəvəsinin qorxu filmi kimi cinayəti - marixuana, rəngli kapsullar və qətl...


Həyat yoldaşını balkondan yerə ataraq xüsusi amansızlıqla öldürməkdə suçlanan Ramiz Taxveli məhkəmədə özünü dəli kimi aparıb; Gülağa Məmmədovun qız nəvəsi Barbituratlardan niyə istifadə edirmiş?

Bakı Ağır Cinayətlər Məhkəməsində “Buta Palace”ın art-direktoru həyat yoldaşını balkondan yerə ataraq xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Yada salaq ki, hadisə ötən il dekabrın 11-nə keçən gecə saat 3 radələrində baş verib.

Ramiz Taxvelinin avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürülüb. Tibbi müayinə zamanı onda THC marixuana və BAR (barbiturat) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

Virtualaz.org-un xəbərinə görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs məhkəmə zalına əlil arabasında gətirilib və şüşə kabinaya salınmayıb. Proses boyunca rabitəsiz nitqlər söyləyən R.Taxveli gah hakimə “ay sudya” deyə müraciət edib, gah da konvoya “belimi qaşıyın, ay brat” deyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi R.Taxveli barəsində təkrar tibbi və psixoloji ekspertiza keçirilməsini istəyib.

Hakim vəsatəti baxılmamış saxlayıb. Dövlət ittihamçısının, hüquq müdafiəçisinin və digər proses iştirakçılarının çıxışlarını diqqətlə dinləyən R.Taxveli vəsatətin təmin edilmədiyini görüncə isə bu dəfə günahsız olduğunu, həyat yoldaşını öldürmədiyini bildirərək ağlamağa, hönkürməyə başlayıb.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, R. Taxveli ilk qızı Aliyanin epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq onunla mübahisə edib. Sonuncu dəfə ötən ilin 9-da axşam saat 22 radələrində narkotik vasitə qəbul edib, Adelyanı yuxudan oyadaraq onu döyüb, işgəncə verib, saçından tutub sürüyərək otaqları gəzdirib.

Daha sonra uşaqların yatdığı otağa aparıb , arvadını onlarla vidalaşmağa məcbur edib. Yataqda olan xəstə qızı Aliyanı götürərək uşağı yerə çırpıb, bu cür yuxudan oyadıb. Epilepsiya xəstəsi olan uşaq başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R. Taxveli övladlarının göz yaşlarına əhəmiyyət verməyib. O, Adelyanı sürüyərək eyvana çıxarıb. Eyvanda qadının ayaqlarından tutaraq yuxarı qaldırıb və aşağı atıb.

R.Taxveli ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib, ittihamı şər və böhtan adlandırıb: “Mən onu qətlə yetirməmişəm. Biz bir-birimizi dəlicəsinə sevmişik. İlk övladımız xəstə doğuldu, beyin xəstəliyi vardı. Dəfələrlə Türkiyədə, İsraildə öz hesabımıza müalicə etdirmişdik. İkinci qızımız sağlam doğuldu”.

Hakimin “Bəs hadisənin baş verməsinə nə səbəb olub” sualına təqsirləndirilən şəxs “Heç nə xatırlamıram” cavabı verib.

İfadəsinin davamında hərdən narkotik vasitələrdən istifadə etdiyini gizlətməyib. Amma maşından aşkarlanan narkotik vasitənin ona aid olmadığını deyib: "Hərdən marixuana çəkirdim. Maşından tapılanını isə kimin olduğunu bilmirəm, mənim ola bilməzdi. Xəstə qızımı yerə vurmağım isə mümkün deyil. Belə bir şey ola bilməz".

Vəkilin “Nədə ittiham olunduğunu bilirsənmi ”sualına isə R.Taxveli “Arvadımın ölümündə ittiham olunuram, amma bu, mümkün deyil” deyə cavab verib.

Prosesdə mərhumun anası Samirə Süleymanova da ifadə verib. Zərərçəkmişin ifadəsinə görə, hadisə baş verən gecə kürəkəni “WhatsApp”da ona qan tökülən barmaq şəkli göndərib: “Dedi ki, işçimizi gətirmək istəyirəm. Mən həkim işləyirəm. Sonra yazdı ki, sizin evdə özümü şübhəli aparmışam, kimisə incitməmişəm? Yazdım ki, yox. O da mənə ”öldürə bilmirəm də" yazdı. Yazdım ki, kimi, məni? Mənə cavab yazdı ki, hə, amma Aliyaya yazığım gəlir. Sonra yolka şəkli atdı. İki-üç dəfə təkrar-təkrar “bu gecə rahat yat” yazdı. Şübhələndim, qızıma zəng vurdum. Axırıncı oldu qızımla danışmağım. Dedi ki, uşaqların yanında yatmışam. Ramizin mənə yazdıqlarını qızıma dedim. Dedi ki, fikir vermə, yat, deyib sağollaşdı".

S.Süleymanova ertəsi gün səhər tezdən bacısının və qohumlarının onlara gəldiklərini deyib: “Səhər saat 8-də bacım zəng vurdu ki, qapını aç. Qapını açanda gördüm yaxın qohumlarım pilləkənlərdə dayanıb. Mənə dedilər ki, Adelya yıxılıb. Qızımın ölməyi heç ağlıma da gəlməzdi”.

Məhkəmə prosesi iyunun 14-də davam edəcək.

Musavat.com xatırladır ki, Taxveli Ramiz “Buta Palace”ın art direktorudur. O, həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Musavat.com-un məlumatına görə, 1994-cü ildə vəfat edən G.Məmmədovun yeganə qızının adı Gülarədir. 2002-ci ildə “Azərbaycantelefilm”in G.Məmmədov haqqında çəkdiyi filmdə mərhum mügənninin həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə və hadisəni törədən Ramiz də iştirak edib.

Qətlə yetirilən Adelya isə 2013-cu ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Məlumata görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barədə qeydlər edirmiş və şeirlər yazırmış.

Qeyd edək ki, barbituratlar tibdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur. İnsana yuxu gətirir və sakitləşdirici təsir göstərir. Toz və rəngli kapsullar şəklində satılır. Daimi istifadə xəstəni dərmandan asılı vəziyyətə salır. Alkoqolla və başqa narkotiklərlə qəbulu olduqca təhlükəlidir.

Kannabis isə marixuananın beynəlxalq adıdir. “Marixuana” sözü ilk dəfə olaraq Meksika hərbi bölümündə yaranıb. Həmin bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi “uçuran vasitə”yə hər ikisinin adlarını birləşdirərək marixuanna adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı marixuana olaraq qalıb.

Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilir. Hündürlüyü isə yarım metrə yaxın olur.

Marixuananın ən fəal inqrediyenti THK-dur. Məhz bu kimyəvi maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır. Qeyd edək ki, Rusiya və Azərbaycanda marixuana uzun müddət anaşa adlandırılırdı.

Marixuananın istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Marixuana istifadəçidə paranoya yarada bilir. Paranoya isə həddindən artıq narahatlıq və ya qorxu ilə xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru barədə YENİ XƏBƏR

    Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın ...

    27-05-2019, 14:21

  • 
  • Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

    Narkotik xalq artistinin nəvəsini qatil etdi - ...

    12-12-2018, 13:11

  • 
  • Nazir Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollatdıra bilər

    Nazir Azad Rəhimov qohumunun qatilini ömürlük ...

    13-12-2018, 14:00

  • 
  • Kişinin arvadını eyvandan ataraq öldürməsi faktına görə iki maddə ilə cinayət işi açıldı

    Kişinin arvadını eyvandan ataraq öldürməsi ...

    12-12-2018, 12:33

  • 
  • Polis  Metroda marixuana aşkar etdi

    Polis Metroda marixuana aşkar etdi ...

    18-11-2013, 11:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu