GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ƏSGƏROVLARIN BİZNES İMPERİYASINDA ŞOK! – AZAL şefinin qovduğu adam geri qayıtdı!

ƏSGƏROVLARIN BİZNES İMPERİYASINDA ŞOK! – AZAL şefinin qovduğu adam geri qayıtdı!

Tarix: 8-06-2019, 14:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 803
ƏSGƏROVLARIN BİZNES İMPERİYASINDA ŞOK! – AZAL şefinin qovduğu adam geri qayıtdı!


Ötən ilin sentyabrında vəzifəsindən azad edilən “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov yenidən postuna qayıdıb – iyunun 3-dən etibarən işə çıxır.

GundemXeber.Az bildirir ki, bu sensasiyalı məlumat “AzPolitika.info”ya “Silk Way Holding”dəki mənbələrdən daxil olub.

Məlumatda bildirilir ki, Zaur Axundovun “Silk Way Holding” MMC-nin rəhbərliyinə qayıtması holdinqin rəsmi sahibi olan AZAL prezidenti Cahangir Əsgərovun iradəsindən kənarda baş verib. Hətta C.Əsgərovun Zaur Axundovun “Silk Way Holding” MMC-yə qayıtmaması üçün bütün imkanlarından istifadə etdiyi, ancaq nəticə əldə edə bilmədiyi qeyd olunur.

Mənbə belə bir faktın – Cahangir Əsgərovun “vurduğu” kadrın geri qayıda bilməsinin bəlkə də ilk dəfə baş verdiyini vurğulayır. Bu isə bəzi ciddi suallara yol açır: Cahangir Əsgərov əvvəlki gücünü itiribmi? Yoxsa onun biznes imperiyasının əlindən alınmasına hazırlıq var?…

Məsələ ondadır ki, “Silk Way Holding” AZAL prezidenti Cahangir Əsgərovun biznes imperiyası kimi tanınıb. 4 iyul 2006-cı ildə C.Əsgərovun yaxın qohumlarından birinin adına təsis etdiyi holdinq, qısa müddətdə bir imperiyaya çevrilib. Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın əsas payçılarıdır.

Bu baxımdan onun holdinqin rəhbərliyindən dava-dalaşla, böyük qalmaqalla uzaqlaşdırdığı birinin yenidən həmin posta qaytarılması C.Əsgərovun iradəsinin işləyib-işləmədiyi şübhəsini yaradır. C.Əsgərovla Z.Axundov arasında ötən ilin sonlarında xeyli insanın gözü qarşısında ağır ifadələrlə müşahidə olunan və az qala əlbəyaxa dava ilə nəticələnən qalmaqalın baş verdiyini də nəzərə alsaq, ikincinin holdinqə qayıdışının AZAL prezidenti üçün nə anlama gəldiyini xüsusi izah etməyə ehtiyac qalmaz…

Qeyd edək ki, Zaur Axundovun holdinqin rəhbərliyinə qayıtması C.Əsgərovun onunla bağlı iddialarının təsdiqlənmədiyini və ya sübut edə bilmədiyini söyləməyə əsas verir.

Xatırladaq ki, saytımıza daxil olan məlumatlarda C.Əsgərovun Zaur Axundovu vəzifəsindən azad etməsinə səbəb kimi “Silk Way Holding”in fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranması göstərilmişdi. Məlumata görə, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ehtimal ki, digər vəzifəli şəxslərin şirkətlərinə, himayələrindəki iş adamlarına verilən 100 milyonlarla kredit kimi, bu halda da hər hansı girov tələb olunmayıb. Sadəcə, AZAL prezidentinin o zaman Beynəlxalq Banka rəhbərlik edən adaşından xahişi 400 milyonun “Silk Way Holding”ə ayrılması üçün kifayət edib. Görünür ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbəri Məmməd Musayevə istənilən vasitə ilə pulların yığılmasının tapşırılması vəziyyəti dəyişib.

Məlumata görə, Cahangir Əsgərovdan da Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunub. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilməyib. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilirdi. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunurdu.

Ancaq görünür Zaur Axundov ABB kreditlərinin qaytarılmamasına görə günahsızlığını sübut edə bilib… Və ya holdiqin rəhbərliyinə qayıdacağı halda həmin vəsaiti ödəyə biləcəyinə dair öhdəlik götürüb.

Qeyd edək ki, əsas ofisi beynəlxalq hava limanında yerləşən “SW Holding”in qazancı qarşısında 400 milyonun elə də böyük pul olmadığını söyləyə bilərik. Bu holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir. Hansı ki, bu şirkətlər vasitəsilə Cahangir Əsgərov böyük pullar qazanır. Holdinqə daxil olan şirkətlərdə minlərlə insanın çalışması onun biznes imperiyasının həcmini təsəvvür etməyə imkan verir.

Holdinqə daxil olan şirkətlər bunlardır: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair.

Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla «AZAL» QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edib. Cahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür.

Belə böyük qazanc əldə edən holdinqin rəhbərliyinə C.Əsgərovun iradəsindən kənar bir şəxsin gətirilməsi onun etibarı itirdiyini söyləməyə əsas verir. Təcrübə göstərir ki, hökumətdə etibarını itirənlər isə qısa müddətdə hər şeyini itirir…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZAL şefinin adı dəyişdirilən bank müəmması - İLGİNC

    AZAL şefinin adı dəyişdirilən bank müəmması - ...

    28-11-2018, 16:37

  • 
  • Göylə gedən “Səma cahangiri”nin “qəza enişi” - Cahangir Əsgərov erası sona çatır

    Göylə gedən “Səma cahangiri”nin “qəza enişi” - ...

    18-03-2019, 12:24

  • 
  • Göylə gedən “Səma cahangiri”nin “qəza enişi”: Cahangir Əsgərov erası sona çatır

    Göylə gedən “Səma cahangiri”nin “qəza enişi”: ...

    4-12-2018, 10:39

  • 
  • Cahangir Əsgərovdan qeyri-adi hərəkətlər: AZAL prezidenti “tvist” oynadı (VİDEO)

    Cahangir Əsgərovdan qeyri-adi hərəkətlər: AZAL ...

    6-06-2018, 19:30

  • 
  • Cahangir Əsgərov yuxarıları saymır

    Cahangir Əsgərov yuxarıları saymır ...

    8-02-2017, 01:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu