AZAL prezidenti əndazəni aşır və qırmızı xətti keçir– İddia
AZAL prezidentinin xoşagəlməz avtoritetliyi yuxarı dairələrdə bəyənilmir
Onun saymazyana siyasəti, hakimiyyətdə əksər məmurları vecinə almamağı ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanmır.
Yəni, prezident İlham Əliyevin masasına heç də sərnişinlərdən ya da sıravi iş adamlarından yox, hakim komandadakı ayrı-ayrı adamlardan dosye çatdırılır. Milli Məclisdə tez-tez tənqid atəşinə tutulan baş pilotdan hamı xirtədəyə qədər narazıdır.
Mənbə qeyd edir ki, prezidentə Cahangir Əsgərov barəsində şikayətlərin xülasəsi çatdırılıb. Bu sırada yüksək çinli məmurların da adı keçir.
Məsələ təkcə monopoliya və qiymət bahalığı deyil, AZAL şefinin özünü ölkənin sahibi kimi aparması, tənqidləri qulaqardı etməsi, məmurları saymamasıdır.
Əldə etdiyimiz məlumata görə, Cahangir Əsgərov yaxın zamanlarda təqaüdə göndərilə bilər. Baş pilotun fəaliyyəti və hikkəli avtoritetliyi yuxarıları narazı salıb.
Bir zamanlar bu yolu gedən nəqliyyat naziri Ziya Məmmədovun da qol-qanadı sındırıldı. İqtidarın siyasətində əndazəni aşmaq və qırmızı xətti keçmək bağışlanmaz xətadır.
C.Əsgərovun şəxsi xarakteri çox ağırdır, hər adamla dil tapmır, ana dilində isə danışmır. AZAL şefi rəsmi tədbirlər istisna olmaqla hər yerdə rus dilində danışır.
Ölkə prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə dil məsələsinə xüsusi diqqət yetirib. Bu bizim müstəqil dövlətçiliyimizin ənənəsidir. Baş pilotun bu davranışı da bəzi məmurların ürəyincə deyil. Ona görə də bütün detallar ölkə rəhbərliyinə məruzə olunur.
Xatırladaq ki, C.Əsgərovun hədəfə gəlməsinin daha bir mühüm səbəbi AZAL-ın vergi ödəmələrində maliyyə maxinasiyalarına yol verməsidir.
C. Əsgərovun “vurulmasının” səbəbləri sırasında onun baş nazirin keçmiş I müavini Abbas Abbasov və yəhudi əsilli milyarder Telman İsmayılovla dostluğunu hələ də davam etməsi ola bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?