GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AZAL şefinin adı dəyişdirilən bank müəmması - İLGİNC

AZAL şefinin adı dəyişdirilən bank müəmması - İLGİNC

Tarix: 28-11-2018, 16:37 Bölmə :Cəmiyyət Baxış: 698
[center]AZAL şefinin adı dəyişdirilən bank müəmması - İLGİNC[/center

Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu

Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir.

Sözügedən bank artıq ikinci dəfədir ki, adını dəyişir. Belə ki, bank fəaliyyətinə 1994-cü ildən “Azal Səhmdar Kommersiya Bankı” adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq “Bank Silk Way” ASC adı altında fəaliyyət göstərib, axırıncı dəyişiklikdən sonra isə “Premium Bank” adlandırıldı.

Sual oluna bilər ki, çoxlarının diqqət belə etmədiyi bu məqama xüsusi maraq göstərməyimizin səbəbi nədir?

Gudndemxeber.Az bildirir ki, Sfera.az məsələnin sadəcə ad dəyişdirməklə kifayətlənmədiyi qənaətindədi və bunun üçün müəyyən əsaslar da yox deyil. Son illərin təcrübəsi və yazılmamış qaydaları düşünməyə vadar edir ki, bankın və ya hansısa müəssisənin adının dəyişdirilməsi əslində onun faktiki sahibinin dəyişdirilməsi anlamına gəlir. Təbii ki, adddəyişmənin həmişə əldəyişmə anlamına gəldiyini də iddia etmirik. Heç “Bank Silk Way” ASC-nin bundan sonra “Premium Bank” adlandırılmasında da hansısa gizli məqamlar və ya müəmma da axtarmazdıq… Əgər bu addəyişmə olayına qədər ortada bəzi suallar və problemlər olmasaydı. İndi isə sözügedən bankın adının dəyişdirilməsinə qədər olan müəyyən ştrixlərə nəzər salmağa çalışaq.

Ondan başlayaq ki, sözügedən bank AZAL rəhbəri Cahangir Əsgərovun ailə şirkəti hesab olunan “Silk Way Holding” MMC-nin tərkib hissəsidir. Bu həmin “Silk Way Holding” MMC-dir ki, ona uzun illər Cahangir Əsgərova yaxın qohumluğu çatan Zaur Axundov rəhbərlik edib. Zaur Axundov holdinqdən yalnız bu yaxınlarda uzaqlaşdırılıb. Buna səbəb kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaşanması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Beynəlxalq Bank ətrafında yaşanan məlum olaylardan sonra isə çoxları kimi “Silk Way Holding”in də fəaliyyəti təftiş edilib və görünən odur ki, indi holdinq heç də arzuolunan dövrünü yaşamır.

Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmayıb. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hissəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…

Əslində AZAL-ın bu qədər gəlir gətirməsi təsadüfi deyil. Ölkədə təyyarə biletlərinin nə qədər baha olduğunu hamımız bilirik. Hətta bu məsələyə Prezident İlham Əliyev də münasibət bildirib və qiymətlərin həddən artıq yüksək olduğunu vurğulayıb.

Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır:

“Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

Onu da bildirək ki, “Silk Way Holding” barədə aparılan araşdırma da ortaya maraqlı faktlar qoyub. Məlum olub ki, əsas ofisi beynəlxalq hava limanında yerləşən bu şirkət 14 iyul 2006-cı ildə yaradılıb. “SW Holding”in tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən 23 şirkət daxildir. Müəssisələrdə 3000 nəfərə yaxın adam çalışır. Holdinqə daxil olan şirkətlərin siyahısı isə C.Əsgərovun biznes imperiyasının nə qədər böyük olduğundan xəbər verir. Təsəvvür edin ki, ona məxsus tək bir şirkətə – “SW Holding”ə aşağıdakı böyük müəssisələr daxildir:

Airport Gate
Airport Hotel
Azal Sığorta
Baku Cargo Terminal (BCT)
Duty Free
Euroasian Cargo
Ground Handling Company (GHC)
Silk Way Airlines
Silk Way Bank
Silk Way Business Aviation
Silk Way Construction
Silk Way Helicopter Services (SWHS)
Silk Way Technics (SWT)
Silk Way Information Technologies (SWIT)
SW Catering Supply
Sky Catering
SW Travel
Turan Air

Bu şirkətlərin siyahısı onu göstərir ki, hava limanında bütün ticarət müəssisələri, orada fəaliyyət göstərən dövlət qurumlarından başqa pul gətirən bütün sahələr yalnız və yalnız Ə.Əsgərovun nəzarətindədir.

İndi isə qayıdaq, “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC-yə çevrilməsinə və bu olayda ehtimal olunan qaranlıq məqamlara. Yuxarıda da qeyd etdiyimiz kimi, Cahangir Əsgərovun biznes imperiyasına daxil olan holdinq artıq etimadını itirib. Həmin holdinqə daxil olan bankın gözlənilmədən və xüsusi ehtiyac duyulmadan adının dəyişdirilməsi isə ondan xəbər verir ki, hər şey heç də rəsmi təqdimatdakı kimi deyil. Çox böyük ehtimalla artlıq yeni adla fəaliyyətini davam etdirən “Bank Silk Way” təkcə adını yox, həm də real sahibini dəyişib.

Bütün bu baş verənlər isə AZAL şefinin bu günlərdə böyük qalmaqalla vəzifəsindən uzaqlaşdırılan BDU-nun sabiq rektoru Abel Məhərrəmovun aqibətini yaşaya biləcəyi ehtimalı da gücləndirir.

Xatırladaq ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun adı bu günə qədər kifayət qədər ilginc və qəbuledilməz olaylarda hallanıb. Bu siyahıda şəxsi zooparkında vəhşi heyvanlar saxlatmasından tutmuş dəbdəbəli ziyafətlərdəki anormal davranışlarına qədər bir çox nüanslar yer alır. Məsələn, C.Əsgərov bir müddət öncə rəhbərlik etdiyi qurumun 80 illik yubileyində çəkilən fotosu ilə gündəmə gəlmişdi. Tədbirdə əcnəbi xanım müğənnilərdən biri ilə tvist rəqsi edən Cahangir Əsgərov onu çəkən şəxsə orta barmağını göstərib.

Bildirək ki, yubiley tədbirində Azərbaycan və dünya estradasının ulduzları çıxış ediblər.

Ümumiyyətlə isə AZAL şefinin mütəmadi olaraq təntənəli içki məclisləri təşkil etdiyi və bu ziyafətlərdə ilginc olaylar yaşanması haqda ölkə mətbuatında kifayət qədər yazılıb.

Onun şəxsi ailə biznesinə daxil olan holdinq ətrafında yaşananlar isə ictimai rəydə qıcıq doğuran C.Əsgərovun “vurulma” prosesinə hazırlıq getdiyini düşünmək üçün əsaslar yaradır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50

  • 
  • Azərbaycanda üç bank birləşir

    Azərbaycanda üç bank birləşir ...

    3-02-2016, 12:42

  • 
  • Mərkəzi Bank bağladığı bankı məhkəməyə verdi

    Mərkəzi Bank bağladığı bankı məhkəməyə verdi ...

    14-03-2016, 12:27

  • 
  • "Rabitə Bank"da dövlət qulluqçularına belə kələk gəlinir... - FOTO

    "Rabitə Bank"da dövlət qulluqçularına ...

    6-09-2018, 14:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (268)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu