Şəki rayonu Baş Göynük kənd sakini Mehman Mustafayev Prezident İlham Əliyevə ünvanladığı müraciti həm də geniş ictimaiyyətin diqqətinə çatdırmaq üçün Aktualinfo.org onlayn qəzetin elektron poçtuna göndərib.
Müracıətdə Mehman Mustafayev dövlət qurumlarının ona qarşı qanunsuz əməllərinə son qoyilmasını tələb edir və ona verilmiş torpaq sahəsinin geri qaytarılması üçün ölkə başçısından kömək istəyir.Aktualinfo.org müraciətdə göstərilənlərə hələlik şərh vermədən oxuçcuların diqqətinə çatdırır. Oxucular müracıətdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Şəki Ərazi İdarəsi işçilərinin bir torpaq sahəsinə iki çıxarış verməklə sözügedən orqanın qanunsuz əməllərini açıq aydın görəcəklər.Biz isə bir mətbuat orqanı olaraq jurnalist araşdırmalırından sonra mövzuya bir daha qayıdacağıq. Şəki rayon sakini Mehman Mustafayev müraciətində yazır: Qonşum Babayev İsmayıl Qurban oğlu mənə məxsus pay torpağımın ona verilməsi ilə bağlı mənə qarşı 2018-ci ildə qaldırdığı iddia Şəki Rayon Məhkəməsində sədrlik edən hakim K.Süleymanov tərəfindən baxılmış və iddiaçıya izah olunmuşdur ki, cavabdeh Mehman Mustafayevə verilmiş mübahisəli torpağın çıxarışı ilə bağlı Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət edə bilər. lakin iddiaçı İ.Babayev 2018-ci ilin 21 oktyabrında mənə DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən mənə verilmiş çıxarışla razılaşmayaraq 19 yanvar 2019-cu ildə mübahisələndirilən eyni yerə ikinci dəfə saxta çıxarış aldıqdan dərhal sonra yenidən məni Şəki rayon Məhkəməsinə cavabdeh kimi cəlb etmişdir. Çox qəribə də olsa iddia hakim Pərviz Həsənov tərəfindən icraata götürülmüş və DƏDRX-nin Şəki Reyestr Xidməti tərəfindən mübahisələndirilən 0.4 ha torpaq sahəsinə hər iki tərəfin adına çıxarış verdiyinə görə hakim məcbur olub məsələyə ekspert rəyi verilməsi üçün Ədliyyə Nazirliyinin tikinti-texniki ekspertizasına göndərilməsi barədə bu ilin aprelində qəradad qəbul etmişdir. Eyni zamanda hakim həmin gün mübahisələndirilən yerə baxış da keçirmişdir. Çox təəssüflər olsun ki, 1 iyun 2019-cu ildə (həftənin 6-cı günü) DƏDRX-nin Şəki Ərazi idarəsinin əməkdaşları Əhməd və Etibar adlı şəxslər əvvəlcə mənə zəng edərək mübahisələndirilən yerə gəlməyi və İ.Babayevin Kərəm Həsənova yazdığı şikayət məktubunu yerində araşdıracaqlarını bildirmişlər. Mən xatırlatdım ki, axı iş məhkəmə icraatında olduğu bir vaxtda və ekspert rəyi məhkəməyə təqdim edilmədən nəyə görə sahəyə gəlməliyəm? Etibar dedi ki, özün bilərsən. Sabahın günü yerə baxmağa gedərkən gözlərimə inanmadım. Iddiaçı İ.Babayev məhkəmə ekspert rəyini və məhkəmə qərarını gözləmədən mübahisəli yerin dörd tərəfini payalarla və tikanlı məftillərlə bərkidərək mübahisəli yeri zəbt etmişdir. DƏDRX-nin Etibar adlı əməkdaşı da bu prosesdə iştirak etmiş və icazə vermişdir ki, öz şəxsi yeri kimi kənarını təcili olaraq bərkidə bilər. sadə məntiqlə düşünəndə DƏDRX-nin Şəki Ərazi İdarəsi əməkdaşları Kərəm Həsənova yazılmış məktub əsasında məhkəmə qərarını və ekspertizanın rəyini gözləmədən yol verdikləri özbaşnalıqları o deməkdir ki, iddiaçı- şikayətçi İ.Babayev DƏDRX-nin Şəki Ərazi İdarəsindən tələb etmişdir ki, (məhkəmədə iddiası təmin olunmayacağına əmin olduğuna görə) ya verdiyi 5000 manat rüşvəti qaytarsınlar, ya da dərhal yerini tanıtsınlar. DƏDRX-nin Şəki Ərazi İdarəsi də təbii ki, yuxarı instansiyasına göndərdiyi rüşvətin geri qaytarılmasının mümkün olmadığını dərk edib və məcbur olublar ki, Şəki Rayon Məhkəməsinin ekspertizanın keçirilmə müddətində torpaq üzərində hər hansı hərəkətin qadağan olunmasına baxmayaraq DƏDRX yerli əməkdaşları səlahiyyət hədlərini aşaraq məhkəmə qərarına əhəmiyyət verməmiş, və aldıqları rüşvətin əvəzinə özbaşnalıq edərək mübahisəli torpağı İ.Babayevə təhvil-təslim edib əsassız AKT tərtib edib Kərəm Həsənova göndərmişlər. Baxın, DƏDRX-nın simasız rüşvətxorlarının məhkəməyə qarşı göstərdikləri bu sayğısızlığı və özbaşnalığı nə adlandırmaq olar? Nəyə görə ilk olaraq mübahisəli ərazinin çıxarışı mənə veriləndən 3 ay sonra DƏDRX tərəfindən iddiaçıya da çıxarış verilir? Belə bir özbaşnalıq dünyanın hansı olkəsində ola bilər? heç birində. Belə olmasaydı Komitə sədri Kərəm Həsənov Bakının mərkəzində 10 sot torpaq içərisində “Yeganə” şadlıq Evilə Daxili Qoşunların Baş İdarəsi arasında öz oğluna dəyəri 6 milyon manat olan ağ aqlay və mərmərdən tikilmiş “Qış sarayı”nın bənzəri olan villanı necə hədiyyə edə bilərdi??? Təbii ki, İsmayıl Babayev kimilərinin verdikləri rüşvətlər hesabına. Yoxsa ki, Komitə sədri dövlətdən aldığı 1500 manat məvaciblə “əmlaklar kralı” ola bilməzdi. Çoxhörmətli Prezident! Mən çox təəssüf edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi aşınmanın son həddindədir və iş o yerə çatıb ki, DƏDRX əməkdaşları öz maddi maraqlarını təmin etmək üçün hətta məhkəmə qərarlarına açıq-aşkar sayğısızlıq göstərməkdən belə çəkinmirlər. Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm ki, Azərbaycanda Məhkəmə qərarlarına açıq-aşkar meydan oxumağa cürət edən DƏDRX-nin Şəki Ərazi İdarəsi əməkdaşlarının törətdikləri korrupsiya əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi və belə bir ziyanlı ənənənənin qarşısının dərhal alınması üçün lazımi tapşırıqlar verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.//Aktualinfo.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?