GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kərəm Həsənov məsuliyyəti icra başçılarının üzərinə atdı

Kərəm Həsənov məsuliyyəti icra başçılarının üzərinə atdı

Tarix: 15-07-2016, 01:18 Bölmə :Siyasət Baxış: 740
Kərəm Həsənov məsuliyyəti icra başçılarının üzərinə atdı

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi torpaqların istifadəsi ilə bağlı ilginc məlumat yaydı

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin apardığı nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb. Report-un xəbərinə görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir. Məlumata görə, ölkə üzrə mövcud olan 1,8 mln. ha əkin sahəsinin 198 min hektarı (11,3 faiz) istifadə olunmur.

Bundan başqa, 2,6 min ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min ha torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Eyni zamanda icra hakimiyyətləri və bələdiyyələr 1204 ha torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Komitənin araşdırmalarına əsasən, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, ölkənin şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 mln. hektar torpaq sahəsinin 44,3 min hektarı faktiki istifadəsiz qalıb. Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min ha torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın ha qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min ha torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

Torpaq müfəttişləri 19,2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.

Bu ildə Füzuli, Oğuz, Abşeron, Ağdam, Göygöl, Ağsu, Cəlilabad, Ağcabədi, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 495 270 ha bələdiyyə və xüsusi mülkiyyətinə verilən ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, Şəki, Ağstafa, Şabran, Tovuz, Qazax, Xızı, Siyəzən, Şəmkir, Oğuz, Daşkəsən, Göygöl, Gədəbəy, Cəlilabad, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 750079 ha ərazidəki yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda aqrar sahədən danışarkən bəzi hallarda torpaqların zəbt edildiyini bildirmişdi. O, torpaq zəbt edənlərin arasında məmurların da olduğunu qeyd etmişdi.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu məlumatı indi yayması bununla bağlıdır. Və göründüyü kimi məlumatda məsuliyyət icra başçılarının üzərinə atılır.

Redaksiyamıza daxil olan məlumata görə, torpaqların zəbt olunması məsələsi “MTN işi”ndən sonra gündəmə gəlib. Araşdırmalar zamanı bəlli olub ki, Eldar Mahmudov və dəstəsinin nəzarətində hektarlarla torpaq var. Indi hökumət həmin torpaqlar onların əlindən almaq istəyir. Bu baxımdan da müvafiq qurumlara məsələ ilə bağlı ciddi tapşırıqlar verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənova  qarşı rüşvət iddiası-VİDEO SUJET

    Kərəm Həsənova qarşı rüşvət iddiası-VİDEO SUJET ...

    1-08-2013, 18:25

  • 
  • Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq

    Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq ...

    12-12-2012, 12:49

  • 
  • Kərəm Həsənovun adamının inanılmaz “işləkləri”

    Kərəm Həsənovun adamının inanılmaz “işləkləri” ...

    4-05-2014, 11:19

  • 
  • “İcra hakimiyyətlərinin işi” Milli Məclisə göndəriləcək

    “İcra hakimiyyətlərinin işi” Milli Məclisə ...

    29-10-2013, 13:07

  • 
  • Səbaildə torpaq maxinasiyaları araşdırılır

    Səbaildə torpaq maxinasiyaları araşdırılır ...

    25-04-2014, 11:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu