Bu gün dünyasını dəyişən Həlimə Xanım Əliyeva Azərbaycanın ən təvazökar, nəcib və nümunəvi xanımlarından biri kimi tarixə düşür.
Onun həyat yoldaşı Əbülfəz Elçibəy bir zamanlar Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilsə və bir il bu vəzifəni icra etsə də, Həlimə xanım heç vaxt siyasi proseslərin diqqət mərkəzində olmayıb, bunu onun özü istəməyib. Heç birinci xanım statusuna da iddia etməyib. Məhz bu səbəbdən də Elçibəyin prezidentliyi zamanı ölkənin birinci xanımı statusunu bir çox hallarda Aida Qəmbər həyata keçirib. Həlimə xanım hətta mətbuatdan da uzaq olub və bildiyim qədər son 30 ildə kiçik istisnaları nəzərə almasaq heç vaxt müsahibə, açıqlama verməyib. Yəni könüllü olaraq bir çox şeylərdən (hansı ki, indi çoxları üçün əlçatmaz hesab oluna bilər) imtina etmiş bir Xanımdır. Bu arada onu da vurğilamalıyıq ki, bu vüqarlı xanım Azərbayan siyasi tarixinin ən burulğanlı dövrü olan 1992-1993-cü illər, qiyam, Elçibəyin Kələkiyə getməsi və digər məsələlərlə bağlı bəlkə də hamıdan çox məlumatlı olub. Ən azından Əbülfəz bəyin ən ağır dönəmlərində onun yanında olmuş bir xanımdan bəhs olunur. Tanrıdan Həlimə Xanıma rəhmət diləyir, Elçibəy ailəsinə, Azərbaycan xalqına başsağlığı veririk!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?