GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elçibəyin evi uçur (FOTO)

Elçibəyin evi uçur (FOTO)

Tarix: 26-12-2013, 12:27 Bölmə :Ölkə Baxış: 1 058
 Elçibəyin evi uçur (FOTO)
Keçən il mərhum Əbülfəz Elçibəyin ailəsinin yaşadığı evə gedəndə yay ayı olduğundan həyətdəcə oturmuşduq. Elçibəyin xanımını xəbərdar etmədən Əbülfəz bəyin Rəsulzadə qəsəbəsindəki yerləşən evinə getdiyimizdən qəfil qonaqla söhbət uzun çəkmədi.

Mediaya danışmağı sevməyən Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva ilə ümumi söhbət edib gördüklərimizi yazmışdıq.

Evin kiçik həyətində müsafirliyimizi edib, məlumat toplaya bilmədiyimizdən qonşularla söhbətləşmişdik. Qonşular ailənin sosial problemləri olduğunu demişdi. Kommunal borcların üst-üstə yığıldığını, hətta ailənin qazdan istifadə etmədiyini öyrənmişdik. Çünki borc çox yığıldığından evə qaz verilişi də dayandırılmışdı. Amma indiyədək ailə bu problemlər barədə bircə kəlmə də söz açmamışdı, heç Həlimə xanım qəzetimizə bu barədə danışmadı. O zaman hələ “Eks-prezidentlər haqqında” qanun da qəbul olunmamışdı. Ailə heç yerdən gəlir əldə etmirdi.

Hazırda Elçibəyin həyat yoldaşı qanuna əsasən, sabiq prezidentin xanımı kimi ayda 3750 manat təqaüd alır.

Onu da qeyd edək ki, həyatda olan sabiq prezident Ayaz Mütəllibov fəaliyyətdə olan prezidentin maaşının 50%-i qədər, yəni 7500 manat aldığına baxmayaraq, Elçibəy ailəsinə bu məbləğin yarısı ayrılıb.

Düz 1 il sonra Elçibəyin evinə onun arxivini çəkmək üçün gedəndə həm də əsl mənzərə ilə qarşılaşdım. Uçuq-sökük divarlar və tavan...

Elçibəyin oğlu Ərturqut Əliyev dəfələrlə mətbuata bildirib ki, hazırda ailə faktiki olaraq Əbülfəz Elçibəyin ev muzeyində yaşayır. Çünki Əbülfəz bəyin istifadə etdiyi əşyalar, 5 mindən çox kitabı evdə saxlanır.

Yer olmadığından Əbülfəz bəyin portretləri qalaq-qalaq evin küncünə yığılıb

Ötən gün Elçibəyin evində qonaq olanda həmin kitabların da, Əbülfəz bəyin arxivinin də canlı şahidi oldum. “Vorovski”dəki evin ikinci mərtəbəsindəki mebeli Elçibəyə verilən Atatürkün, Şah İsmayıl Xətainin, Məhəmməd Əmin Rəsulzadənin portretləri bəzəyir. Üzərində inventar nömrəsi olan bəzi əşyalar, hətta 1999-cu ildə verilmiş “Media kralı-99" hədiyyəsi də saxlanır. Yer olmadığından Əbülfəz bəyin özünə aid portretlərin çoxu qalaq-qalaq evin küncünə yığılıb.

Divarların emulsiyası qopub-tökülür

Elçibəyin çarpayısı, şəxsi stolu və kitab rəfinin yerləşdiyi balaca otağa daxil olanda isə dəhşətə gəlirəm. Divarların emulsiyası qopuq-qopuqdur. Əşyaların böyük əksəriyyətini balaca otağa sığdıran Həlimə xanım Əbülfəz bəyə aid geyimləri dərman vasitəsilə qoruyur, onların korlanmamasına çalışır.

5 mindən çox kitab damda saxlanılır

Hədiyyələrin, diplom və portretlərin böyük əksəriyyəti ikinci mərtəbədəki kiçik otaqda saxlansa da, 5 mindən çox kitabı həmin otağa sığdırmaq mümkün olmayıb. Bu səbəbdən evin damı hazırda Elçibəyin “ev muzeyi” funksiyasını yerinə yetirir. Dama dik pilləkənlərlə çıxıldığından Həlimə xanımın bu yaşda oraya hər gün baş çəkməsi mümkünsüzdür. Lakin qohumlar kitabların korlanmaması üçün tədbirlər görür, ümumi nəzarət edilir, tez-tez kitabların yığıldığı qutular yeniləri ilə əvəzlənir.
Lakin damda hər gün təmizlik işləri aparılsa belə, çifayda. Tavan tamamilə yararsız vəziyyətdədir. Burada da təmir bərbad hala düşüb. Hətta dama çıxanda tavandan qopub düşən qəlpələrin də şahidi oldum.

Əslində, tarixi sənədlərin bu vəziyyətdə qalması onların məhvinə də gətirib çıxara bilər. Halbuki bunlar tarixi sənədlərdir, bir vaxtlar ölkənin birinci şəxsinə aid əşyalar həm də ölkə üçün əhəmiyyətlidir.

AXCP-nin “Xaqani-33" ünvanında yerləşmiş köhnə qərargahındakı qapıdan tutmuş, foto olan stendədək Elçibəyin evinə nə gəlibsə, qorunur, ailə arxivə xüsusi həssaslıqla yanaşır. İlk dəfə ”Gündəlik Teleqraf"ın üzünə açılan arxivin qorunduğunu biz də gördük.

Lakin bu evin qarşısındakı beş mərtəbəli binanın olması evə günəş şüasının düşməsinin qarşısını alır. Nəticədə otaqların vəziyyəti yararsız hala düşüb, divarların emulsiyası qopub-tökülür.

Hazırda ailə “eks-prezidentlər haqqında” qanunun verdiyi imkanlardan istifadə edir. Lakin evin təmiri üçün ciddi maliyyə tələb olunur. Bazar şərtlərinə görə, 1-2 otaqlı evin təmiri üçün 15-20 min manat tələb olunduğu halda, böyük damı olan iki mərtəbəli evin təmirinə azı 80-100 min manat lazımdır.

Elçibəy ailəsinin 13 ilin yığılıb qalmış kommunal borclarının məbləğinin çox olduğunu nəzərə alsaq, dövlətdən alınan müavinətin böyük əksəriyyəti ilə borc ödənib. Həlimə Əliyevaya hər ay verilən müavinət isə ailənin ertələdiyi tibbi və digər problemlərin həllinə sərf olunur.

“Vorosvki”dəki evin aqibətini, əslində, Kələkidəki ev də yaşayır. Onu da qeyd edək ki, Əbülfəz bəyin ailəsinə məxsus Mərdəkandakı bağ isə ümumilikdə yararsız vəziyyətdədir, orada yaşamaq mümkünsüzdür. /“Gündəlik teleqraf”/
 Elçibəyin evi uçur (FOTO)
 Elçibəyin evi uçur (FOTO)
 Elçibəyin evi uçur (FOTO)
 Elçibəyin evi uçur (FOTO)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərov Elçibəyin oğlunu işə götürdü

    Kəmaləddin Heydərov Elçibəyin oğlunu işə götürdü ...

    21-08-2014, 14:23

  • 
  • Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər

    Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər ...

    15-05-2014, 18:53

  • 
  • Elçibəyin müşaviri vəfat edib

    Elçibəyin müşaviri vəfat edib ...

    24-08-2014, 12:51

  • 
  • Elçibəyin qardaşı da AXCP-Müsavata qəzəbləndi

    Elçibəyin qardaşı da AXCP-Müsavata qəzəbləndi ...

    24-01-2014, 12:40

  • 
  • Elçibəyin oğlu FHN-də işləyəcək - Açıqlama

    Elçibəyin oğlu FHN-də işləyəcək - Açıqlama ...

    26-11-2014, 14:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu