Abşeron rayonunda jurnalist Sakit Muradov və qardaşı qonşuları tərəfindən küt alətlə döyülüb. Məlumat üçün bildirək ki, hadisə Qobu qəsəbəsində baş verib.
Belə ki, xeberfakt.az saytının Baş redaktoru 1973-cü il təvəllüdlü Sakit Şirin oğlu Muradov və 1974-cü il təvəllüdlü Habil Muradovu qonşuları çəkic və taxta ilə zərbələr endirib. Hadisənin baş verməsinə səbəb o olub ki, H. Muradovun üzərinə qonşuları küt alətlərlə hücuma keçib və vurmağa başlayıblar. Hücuma məruz qalan Habil qardaşı Sakitə zəng edərək xəbər verib. Sakit Muradav dərhal polisə məlumat verərək hadisənin baş verdiyi yerə çağırıb. Hadisə yerinə polislərlə birlikdə gələn Sakit Muradov hər iki tərəfi sakitçiliyə çağırmasına baxmayaraq, ona da vəhşiləşmiş qonşular küt alətlərlə zərbələr endirməyə başlayıblar. Yaralı qardaşlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. H.Muradovun vəziyyəti ağır kimi qiymətləndirilir. Aldığımız məlumata görə, Sakit Muradovun üz nahiyəsində sabah həkimlər əməliyyat aparacaq.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?