Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Nihat Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası avqustun 9-na təyin edilib.
Qeyd edək ki, Nihat Muradov öz nənəsini öldürməkdə ittiham edilir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.
Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb. Məlum olub ki, Nihat Muradov öldürülən qadının nəvəsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?