Vəhşiləşmiş qonşular tərəfindən küt alətlər və kəllə zərbələri alan jurnalist Sakit Muradovun üz nahiyəsinin sümüyü çökərək ağır zədə almışdır.
Yaralı Muradov 1 saylı Kliniki Tibbi Mərkəzin üz-çənə şöbəsinə yerləşdirilib. S. Muradovun vəziyyəti ağır kimi qiymətləndirilir. Aldığımız məlumata görə, Sakit Muradovun üz nahiyəsində bu gün açıq əməliyyat aparılacaq. Artıq müayinə və rentgen olunub, palataya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmır. Polisin yanında zərbələr endirən şəxslərdən biri idarəyə aparılsa da, hansısa maraqlar əsasında tam sərbəst buraxılıb. Amma Sakit Muradov xəstəxanada öz canı ilə çarpışır. Abşeron polislərinin atdığı addımlar onu deməyə əsas verir ki, dünən Ağstafa rayonunda baş verən qisasçılıq hadisəsinin növbəti seansı Qobu qəsəbəsində baş verib. Belə ki, vaxtında təhqiqatın aparılmaması və günahkarın cəzalandırılmaması 8 nəfərin güllələnməsinə səbəb olub. Bu vəziyyətin yaranmasında polisin marağı nədən ibarət olması bizim üçün də qaranlıq olaraq qalır. Hesab edirik ki, rayon polisinin atdığı qanunsuz addımların qarşısını Nazir Ramin Usubov almağa çalışacaq. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?