Sosial mediada paylaşılan bu biabırçılıq Beynəlxalq Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Beyləqan sakini Teymur Nağıyev yazır: "Əziz Beyleqanlilar.Səhiyyə nazirliyinin Əli həkimə gücü catmir belkə biz birləşək bu Beyleqan düsmənini Xəstəxanamizdan uzaqlaşdıraq.Bu insanin məsuliyətsizliyi ücbatindan ne qədər insan məhv oldu bunu siz yaxşi bilirsiz." Videoda gördüyünüz kimi ağır xəstə xəstəxananın həyətində qalıb və ona yaxınlaşan bir həkim yoxdur. Ümumən Beynəlxalq Rayon Mərkəzi Xəstəxanasından və onun baş həkimindən şikayətlər çoxdur. Sosial şəbəkə istifadəçisi, statusundanda göründüyü kimi özüdə həkim olan Aysel xanım yazır: "Aysel Mehdizade Öztürk Deyilenlerle men tamamile razıyam. İl yarım men orada özelde çalışdım ve oranın durumu meni çox sarsıltdı. Ele xesteler gelirdi ki,dexli olmayan müaliceler yazmışdılar,sehv analizler etmişdiler. Men sehv tapdıqca oranın hekimleri meni günahkar etmek isteyirdiler. Bir qız var qohumdu ona adi bir sistit müalicesi nediki onu bele sehv yazmışdı. Eplepsiyalı xesteni gemaroya göre ona gönderdim ele müalice yazdıki dayda qanaxmaya düşdü xeste. Oranın rengen de işleyeni,fizioterapiyada işleyeni adi kurs keçmiş insandılar adlarını hekim qoydurublar. Bir şeyin de şahidi oldum ki,millete de söz demek olmur. Getmeyin ora dedikce sanki inada gedirdiler. Oranın göz hekimi menim tanışımı az qalsın kor qoymuşdu. Men derman verdim dedim hekime gedene kimi tök. Şükür Allaha düzeldi. Bilmirem bu xesteye ne olduğunu ama ora gelen düzgün hekimlerin bele qedrin bilmirler Beyleqanın çox camaatı. Men orada çox mübarize apardım neçe insanlara da müalicemle şefa verdim." Deyəsən Səhiyyə Nazirliyinin bütün bunlardan xəbəri yoxdur! Gundemxeber.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Sorğu
Yeni dizaynımız necədir?