Artıq xeyli müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəybala Hüseynov, Baş Prokurorluğun əməkdaşı olmuş oğlu Emin Hüseynovun müəmmalı ölüm faktı ilə bağlı Zakir Qaralova yüzlərlə müraciətlərini ünvanlasa da, hələ də məlum olayla bağlı heç bir ciddi reaksiya verən tapılmır.
Yalnız bu ilin may ayının əvvəlində adı çəkilən qurum tərəfindən yaşanan olayla bağlı müəyyən açıqlama yayımlandı. Belə bir açıqlama yayıldıqdan sonra tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev isə, həm adı çəkilən qurumun yaydığı açıqlamanı, həm də Bəybala Hüseynovda olan lazımi sənəd-sübutları götür-qoy edib, məhz özünün gəldiyi qənaət əsasında başqa bir açıqlamanı yaydı. Yəni, hüquq müdafiəçisi yaydığı açıqlamada qeyd etdi ki, “Baş Prokurorluq tərəfindən yayılan açıqlama o qədər də ciddi əhəmiyyət kəsb etmir”. Belə ki, adı çəkilən bu şəxs açıqlamanı yayarkən hansısa illüziyalara deyil, ortada olan rəsmi sənəd-sübutlara və digər lazımi faktlara əsaslanır. Məsələnin diqqəti cəlb edən tərəfi o oldu ki, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaymış olduğu açıqlama 8 may 2019-cu il tarixdə, saat 02:11-də “Hüquq müdafiəçisi Respublika Baş Prokurorluğunu ifşa etdi-ŞOK GƏLİŞMƏ” başlığı adı altında Gündemxeber.az saytında yerləşdirilir və həmin gün, saat 16:00-da adı çəkilən saytın rəhbəri Şirin Cəfəri Baş Prokurorluğa dəvət olunur.
Bir çox məsələlər haqda ümumi müzakirələr aparıldıqdan sonra, Baş Prokurorluq tərəfindən ona xəbərdarlıq da olunur. Əslində belə bir addımın atılması, həm ölkə qanunlarının, həm də beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması demək olur. Çünki, hansısa ölüm faktını araşdıran, kimlərinsə bilmədiyi, hətta eşitmədiyi bəzi olayları ictimailəşdirməyə qərar verən jurnalistə qarşı belə bir addımın atılması, heç cür yolverilməz haldır. O halda sual oluna bilər ki, jurnalistə qarşı bu cür addımın atılması, əslində söz azadlığının, sərbəst fikirin azad şəkildə ifadə olunmasının boğulması demək deyilmi?
Bütün bunlardan əlavə, mərhum Emin Hüseynovun atası Bəybala Hüseynov bəzi məqamlara aydınlıq gətirərək onu qeyd edir ki, “Türkiyədə baş vermiş faciə ilə bağlı, bəlkə də az qalır ki, dünyanın ən geridə qalmış ölkələri xəbərdar olsunlar. Faciə odur ki, Baş Prokurorluğun əməkdaşı olmuş oğlum, heç bir dövlət qurumunda qeydə alınmayan 10-TK-473 və 10 TX 473 nömrəli qara rəngli BMW markalı nəqliyyat vasitələri ilə izlənməsi haqda öncədən rəhbərliyi məlumatlandırsa da, bu yöndə heç bir addım atılmır. Baş verən hadisə ilə bağlı zamanında qabaqlayıcı tədbirlərin görülməməsi, məhz bu gün də müəyyən şübhələrin baş qaldırmasına əsas verir”. Yaşanan belə bir olaydan sonra, mərhumun atası Bəybala Hüsynov lazımi araşdırmalar aparmağa qərar verir. Çox çətinliklə də olsa o, əsaslı faktlar əldə edir və əldə etdiyi rəsmi sənədləri əsas tutaraq, məhz Baş Prokuror Zakir Qaralova çoxsaylı müraciətlərini ünvanlayır. Çox təəssüflər olsun ki, Baş Prokurorluqdan mərhumun atasına əsaslı cavab verilmir. Çünki, Emin Hüseynovun atası iddia edir ki, “oğlumun ölümünü Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinin vəzifəli şəxsləri təşkil etdiklərindən, hələ də Zakir Qaralov baş vermiş cinayət işinin açılmasına qərar vermir”.
Bəybala Hüseynovun bəzi şübhələri, onun gəlini olmuş Elfıra Hüseynova ilə bağlıdır. Çünki, o, iddia edir ki, “2017-ci ilin yay aylarında Elfıra və onun anası oğlum Emin Hüseynovun izləndiyini, həyacan və qorxu keçirdiyini, hətta anasının “qızım sən Eminin izləndiyini valideynlərinə çatdır, bir gün onun başına iş gələcək və həmin problem sənin üstündə qalacaq” kimi ifadələrini işlətməsi, əslində şübhələri daha da artırır. Həmin vaxtlarda mən kiçik oğlumu müalicə etdirmək məqsədilə Türkiyəyə aparmışdım. Elə ki, Bakıya geri döndüm, o halda bildim ki, artıq Antalyaya Emin və Elfıra üçün turpaket hazırdır. Həmin günlərdə Emin Elfıranı Kürdəmir rayonuna qadın həkimin yanına aparmağı planlaşdırırdı. Bilmədim səbəb nə oldusa gəlinimin anası Aygün Mövsümovanın Kürdəmirdə yaşayan bacısı Afət Sadıqova, oğlumun və gəlinimin Kürdəmirə getmələrinə razı olmadı. 11 avqust 2017-ci il tarixdə oğlum və gəlinim Antalya şəhərinə istirahətə getdilər. 18 avqust 2017-ci il tarixdə isə, Emin istirahət etdikləri hotelin idman zalında məşq edərkən qəflətən yıxılır və Türkiyə Məhkəmə Tibbi Ekspertlərinin rəyinə görə, o, kənardan ona verilən zəhərli maddənin təsirindən dünyasını dəyişir. Həmin vaxtlarda Elfıra hoteldə olur, Emini isə təcili tibbi yardımla xəstəxanaya aparırlar. Çox keçmir ki, Elfıra da xəstəxanaya gedir. Həmin anlarda Eminin ən yaxın dostlarından olan Quliyev Orxan Şöhrət oğlu da xəstəxanaya gedir. Eminin koma vəziyyətdə olmasına baxmayaraq, o, ailəsini və Elfıranı da götürüb Sibel Canın konsertinə gedirlər. 27 avqust 2018-ci il tarixdə Emin xəstəxanada dünyasını dəyişir. Ötən müddət ərzində mən Elfıranın Eminə görə heç bir narahatçılıq və üzüntü hissi keçiməsini hiss etmədim. Amma o, mütəmadi olaraq oğlumun mobil telefonu ilə kimlərləsə danışırdı və kimlərəsə mesajlar da yazırdı. Elə ki, cənazəni Bakıya gətirib dəfn etdik və mən hər kəsi sakitcə araşdırmağa başladım. Əvvəlcə oğlumun özü ilə Türkiyəyə apardığı telefonu Elfıradan istədim və telefona baxarkən onun yaddaşından bütün qeydlərin silindiyini gördüm.
Elfıranın öz telefonuna da baxdım, ona məxsus telefondan da hər şey silinmişdi. Elə ki, yaddaşda olanları niyə silmisən deyə ona sual etdim, o halda o, “səhv etdim də sildim” deyə cavab verdi. Mən ondan oğlumun avtomobilində olan ikinci telefonunun harada olmasını soruşduqda, “telefonu xalam oğlu Orxan Musayev götürüb və dənizə atıb” cavabını verdi. Onu da bildirim ki, oğlumun avtomobilindən telefondan başqa nəsə oğurlanmamışdı. Əlavə olaraq onu da bildirim ki, vaxtilə Emini izləyənlər onun avtomobilindən özlərinin şəkillərini pul və zinət əşyalarını, avtomobilin şüşəsini və qapısını sındırmadan götürmüşdülər. Avtomobilin açarı isə, Elfiranın anası Aygün Mövsümova da olur. Mən bunları araşdıran zaman, qohumumuz, hansı ki, tələbə olan Əli Musayev onlara əsəbiləşərək – “Elə etməyin ki, açaram sandığı, tökərəm pambığı”- dedi.
“Ümumilikdə, üz-üzə qaldığım belə bir problemlərin varlığı, bu gün də mənim “şokda qalmağıma” səbəb olub. Yəni, mən heç cür anlaya bilmirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə aparan bir qurum olaraq yaradıldığı halda, bu idarənin yüksək çinli əməkdaşı məndən 200 min dollar pulu hansı əsasla tələb edib aldı. Əgər bu qurumda belə bir addımlar atılırsa, o halda həmin idarə korrupsiyaya qarşı necə mübarizə apara bilər? Deməli, korrupsiya və onu əmələ gətirən elementlərinə qarşı mübarizə aparmalı olan bir idarə, məhz korrupsiyaya qol qoydu və son anda da, övladımın taleyi acı sonluqla nəticələndi. Bax budur məni düşündürən, məni olmazın dərdə düçar edən halın varlığı! Axı, mən də bir ata olaraq ovladımın gələcəyi haqda düşünürdüm, onun xoş günlərini görmək istəyirdim. Deməli, verdiyim 200 min dollar rüşvət Emin Hüseynovun “yanan işığının” sönməsi üçün yollar açdı”.
Hörmətli oxucular! Biz də bir redaksiya olaraq baş verən belə bir olayla bağlı çox götür-qoy etsək də, son anda bizi düşündürən halın varlığı o oldu ki, görəsən ölüm faktının aaşdırılmaması hansı amillərlə bağlıdır? Səbəb nədir ki, hadisənin baş verdiyi vaxtlardan bu günə kimi Baş Prokurorluq məsələyə səthi yanaşmaqda davam edir. Yəni, bu yöndə ortaya çoxsaylı suallar çıxsa da, həmin suallara biz də konkret cavab tapa bilmirik. Çünki,...
Sorğu
Yeni dizaynımız necədir?