11 sentyabr 2016-cı il tarixdə saat 14:06-da Gündəm Xəbər.az saytında “Cavid Qurbanov vitse-prezidentliyə hazırlaşır” başlıqlı açıqlama işıq üzü görmüşdü. İşıq üzü görən açıqlamanı müəllif öz düşüncələrinə uyğun hazırlamış və Azərbaycanın ictimai-siyasi mühitində əmələ gələn son prosesləri əsas tutaraq, məhz o, belə bir qənaətə gəlmişdi. Müəllif açıqlamanı hazırlayarkən adı çəkilən qurumun mətbuat xidməti ilə bir neçə dəfə əlaqə saxlamış və qarşı tərəf olaraq məsələlərin varlığına münasibət öyrənmək istəsə də, təəssüflər olsun ki, onun hər bir cəhdi uğursuz olur. Belə bir səbəb üzündən də, həmin açıqlama qarşı tərəfin mövqeyi öyrənilmədən, bitərəfli qaydada geniş oxucu auditoriyasının diqqətinə çatdırılmışdır. Onu da vurğulayaq ki, müəllif açıqlamanı hazırlayarkən bəzi mənbələrdə hüquqi əsası olmayan məlumatlara istinad etmiş, bir çox xəbər portallarında yer alan məlumatları əsas tutmuş və son anda da belə bir addımını atmışdır. Amma, sonrakı araşdırmalarımız zamanı bəlli olmuşdur ki, müəllif Cavid Qurbanovla bağlı hazırladığı açıqlamada səslənən, yəni onun eks-prezidentə sui-qəsddə, İran kəşfiyyatı ilə əlaqələrinin olması və s. haqqında səslənən iddiaların heç bir hüquqi əsası yoxdur. Belə bir səbəblər üzündən də, həm Gündəm Xəbər.az saytının çoxsaylı oxucularından və adı çəkilən qurumun rəhbəri cənab Cavid Qurbanovadan üzrxahlıq edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?