Gundemxeber.az xəbər verir ki, son bir neçə ildə Dövlət Yol Polisi ilə bağlı şikayətlərin sayı bir neçə dəfə artıb. İnsanları daha çox narahat edən məqam DYP-də qurulan anlaşılmaz sistemlə və rüşvət halları ilə bağlıdır. Redaksiyamıza daxil olan məlumatlardan biri isə sözün əsl mənasında nonsensdir. Belə ki, yeni texniki pasportlar almağa gələn 300-dən artıq sürücü naməlum vəziyyətlə qarşılaşıblar. Sürücülərə deyilib ki, DYP-də yeni texniki pasportlar bitib, birazdan gələcək. Yüzlərlə vətəndaşı bir neçə saat gözlətdikdən sonra onlara deyilib ki, yeni texniki pasportları gətirən avtomobil yolda yanıb. Şikayətçi qeyd edir ki, artıq yüzlərlə insan saatlardır çıxılmaz vəziyyətdə qalıblar. Narazıların sayı durmadan artır, DYP isə heç bir addım atmır. Hal-hazırda 7NEWS.az-ın xüsusi müxbiri hadisə yerindədir, mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?