GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ADPU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR – Universitetin 15 əməkdaşından ölkə başçısına AÇIQ MƏKTUB

ADPU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR – Universitetin 15 əməkdaşından ölkə başçısına AÇIQ MƏKTUB

Tarix: 16-07-2019, 13:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 565
ADPU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR – Universitetin 15 əməkdaşından ölkə başçısına AÇIQ MƏKTUB


Gundemxeber.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 15 nəfər professor, müəllim və digər əməkdaşları tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

“Böyük elmi və elmi-pedaqoji ənənəyə malik qocaman pedaqoji təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin vəziyyəti son dərəcə təhlükə qarşısındadır. Universitet pedaqoji statusunu itirmək təhlükəsi ilə üzləşmişdir. Rektor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı ölkəni və yüksək dəyər verdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetini darmadağın etməyi sanki qarşısına bir məqsəd qoymuşdur.
Cəfər Cəfərov Universitetə rektor təyin olunduqdan 3 il keçməsinə baxmayaraq, məlum olur ki, o, XX əsrin sonlarında dünya təhsil sisteminin keçirdiyi qlobal böhranlardan və onun davamı olan son elmi inqilabdan, dərketmənin müasir XXI əsr strategiyalarından və qabaqcıl ölkələrin təhsil sahəsindəki təcrübələrindən xəbərsiz olub, universiteti klassik “kor uçuş” qaydası ilə idarə etməkdə davam edir. Onu qınamaq da olmaz. Çünki onun özünün elmi-tədqiqat işinin də elm və təhsil sistemi ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, onun işi “Azərbaycan Sovet kəndinə” aiddir. C.Cəfərov, görünür, bunları nəzərə alaraq universitetin pedaqoji kadr potensialını “gücləndirmək” məqsədi ilə tədris sahəsində böyük təcrübəsi və tədris təşkilatçısı olan mütəxəssisi tədris işləri üzrə prorektorluqdan azad edərək, onun yerinə pedaqoji təhsil sistemi ilə əlaqəsi olmayan politoloq Eldar Aslanovu, tədris işləri üzrə şöbə rəhbərliyinə isə ərzaq sahəsi üzrə mütəxəssis olan, özünün əvvəl çalışdığı Turizm və Menecment İnstitutundan gətirdiyi Sənan Əliyevi təyin etmişdir. “Fizika və texnologiya” fakültəsinin dekanını (şöhrət ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor) dəyişərək, onun yerinə BDU-nun laborantı, 50 yaşı olan və bir gün belə müəllim işləməmiş, həyat yoldaşının xalası oğlu Arzu Daşdəmirovu əmrlə dekan təyin etmişdir. O, fakültənin elmi şurasına və metodiki şuraya rəhbərlik etməli olmuşdur.
Cəfər Cəfərov Pedaqoji Universitetin rəhbər kadr potensialını beləcə məhv edərək, onları turizm eksperti, əmtəəşünas, ərzaq sənayesi üzrə mütəxəssis, gömrük içşisi və s. kimi qeyri-ixtisasçı qohumları ilə əvəz etmişdir. Onun “gücləndirdiyi kadr siyasəti” budur.
Rektor C.Cəfərov bu vəzifəyə gələrkən özü ilə cəzaçəkmə müəssisələrində nadzor işləmiş Aftandil Bayramovu universitetə “İnsan resursları” şöbəsinə müdir təyin etmişdir ki, o da universitet əməkdaşlarına divan tutmaqla məşhurlaşmışdır. Çox çəkmədi ki, çirkin əməllərinə görə işdən uzaqlaşdırılmışdır.
C.Cəfərov tədrisin keyfiyyətindən və insanlara qayğıdan məhrum olan bir insandır. Digər universitetlərdən fərqli olaraq, ADPU-da məqsəd əməkdaşların nəinki maddi vəziyyətini yaxşılaşdırmaq, universitetin qazandığı pulları təmir adı ilə göyə sovurmaq və maddi imkanları zəif olan əməkdaşları süni yollarla incitməklə onları dövlətimizdən narazı salmaqdır. Hətta C.Cəfərov eyni ailədən işləyən iki əməkdaşın işdən azad edilməsindən zövq alan “rəhbərdir”. Onun vəzifəsi ancaq öz yaxın və səriştəsiz qohumlarını işə düzəltmək və öz maraqlarını rəhbər tutaraq, universitetin müəllim və tədris köməkçi kadrlarının potensialını məhv etməkdir.
C.Cəfərov bibisi nəvəsi olan Ümid Mehdiyevi universitetin təsərrüfat işləri üzrə prorektoru gətirmiş və qısa müddətdə o, maliyyə pozquntularına yol verdiyinə görə həmin vəzifədən çıxarmaq əvəzinə, sanki “cəzalandıraraq” onu özünə 2-ci müşavir təyin etmişdir. Təhsil nazirinin belə, bir müşaviri olduğu halda C.Cəfərovun iki müşaviri var. Görəsən, Cəfərov nədən belə çətinlik çəkir?
ADPU-nun rektoru qardaşı qızının əri olan Xəlilov Vüsalı Tələbələr şöbəsinə müdir, bibisi nəvəsinin əri olan Çinar Qaybalıyevi Təsərrüfat işləri üzrə prorektorun müavini və şöbə müdiri, onun dayısı olan Afət müəllimi komendant, öz xalası oğlu Araz Xəlilovu İdman kulubuna müdir təyin etmişdir. Bundan başqa rektor kimliyi məlum olmayan Aydın Kərimov adlı yaxın adamını qeyri-rəsmi olaraq universitetin baş hüquqşunası və eyni zamanda attestassiya komissiyasının sədri, Orxan Novruzovu isə qeyri-rəsmi olaraq baş mühasibin müavini kimi işlədir.
C.Cəfərov ölkəmizin kadr siyasətinin əksinə gedərək, 20-dən çox qabaqcıl, xarici ölkələrdə məktəb keçmiş və doktorluq müdafiə etmiş professorları, əməkdar müəllimləri, elm xadimlərini, yüksək dövlət mükafatları adına layiq görülmüş pedaqoji kadrları və yüksək peşəkar qabiliyyətli ixtisasçı əməkdaşları müxtəlif bəhanələrlə öz işlərindən, kafedra müdirliyi və fakültə dekanlığından uzaqlaşdıraraq, qeyri-peşəkar yaxınları ilə əvəz etmişdir. Kadrların seçilməsinə dair rektorun özünəməxsus “qaydaları” vardır ki, bu qaydalar dövlət qanunlarından, Prezident Administrasiyası yanında Ali Attestassiya Komissiyasının qərarlarından kəskin fərqli tutulmuş, analoqu olmayan qanunsuzluqlar tətbiq olunmuşdur. Çox vaxt seçkilər zamanı elmlər doktoru, professor adlarına məhəl qoyulmamış, hətta bu elmi adlar və elmi vəzifələr magistr adları ilə eyniləşdirilmişdir. Bütün bunların acı nəticəsi olaraq yüzlərlə əməkdaş öz işini itirməli olmuş, insult və infarkt nəticəsində bir neçə nəfər əməkdaş öz həyatını itirmişdir.
Məsələn, haqsız olaraq ixtisara düşmüş “Botanika” kafedrasının baş laborantı Arzu Əliyev bu məlumatı eşitdikdə rektorun qəbul otağının qarşısında infarktdan vəfat etmişdir. BDU-nu qırmızı diplomla bitirmiş “Fizikanın tədrisi metodikası” kafedrasının baş laborantı Nurlana Hüseynova ixtisara düşməsi məlumatını aldıqdan bir neçə həftə sonra infarkt olaraq dünyasını dəyişmişdir. Eyni qayda ilə kitabxana işçisi olan İradə xanım ixtisara düşdüyündən sonra dözə bilməyib, infarktdan vəfat etmişdir. Fizika fakültəsinin “Ümumi fizika” kafedrasının dosenti İltifat Dadaşovun müsabiqədə iştirakına icazə verilməmiş və ona bildirilmişdir ki, rektorun müqaviləsi ilə istədiyin vaxta kimi işlə təmin olunacaqsan. Lakin dərs yükü bölünərkən rektorun ona verdiyi sözün yalan olduğunu və özünün aldadıldığını bildikdən sonra dözə bilməyərək, dünyasını dəyişmişdir.
Belə faktları davam etdirmək də olardı. Budurmu rektorun “humanizmi”, onun əməkdaşlara “qayğısı və diqqəti”?
C.Cəfərov onun barəsində Təhsil Nazirliyinə, Prezident Aparatına və digər yuxarı təşkilatlara yazılan şikayət məktublarına və ərizələrinə utanmadan yalan cavab verir. Yuxarı təşkilatlara yazılan şikayət ərizələrinin isə bir cavabı vardır: “Ərizəniz baxılmaq üşün Təhsil Nazirliyinə göndərilmişdir”. Cavab isə yoxdur, quyuya düşmüşdür.
İnanmaq istəyirik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun hazırda davam edən ƏDALƏTSİZ hərəkətlərinin qarşısını almaq üçün təcili olaraq dövlət səviyyəsində qəti tədbirlər görüləcək və kütləvi şəkildə hüquqları pozulan universitet əməkdaşlarının hüquqlarının bərpası üçün təcili əməli tədbirlər görülərək, rektor C.Cəfərovun özbaşınlığına son qoyulacaqdır.
Yuxarıda göstərilənləri öz imzalarımızla təsdiq edirik.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq əməkdaşları:

Murquzov Mirzəli İsmayıl oğlu, “Şöhrət” ordenli əməkdar müəllim, professor;
Əliyeva Nərminə Əli qızı, Fizika-riyaziyyat elmləri namizədi;
Məmmədova Rəna Feyzulla qızı, Fəlsəfə elmləri doktoru, dosent;
Əliyeva Arzu Əsəddin qızı, Baş laborant;
Vəlimedova Olqa Viktorovna, Fəlsəfə elmləri doktoru, dosent;
Hüseynova Südabə Ələsgər qızı, Laboratoriya müdiri;
Abbasova Mətanət Xosrov qızı, Fransız dili müəlliməsi;
Əhmədov Ramin Muxtar oğlu, Filologiya elmləri doktoru;
Rəhimova Nurlana Məqafil qızı, Laborant;
Hüseynov Vidadi Fərzəli oğlu, Böyük dispetçer:
Osmanov Zahid Yolçu oğlu, Laboratoriya müdiri;
Əlıiyeva Şüküfə Balaca qızı, Mətbəə işçisi;
Əbilova Arzu Zakir qızı, Baş laborant;
Şəfiyeva Elmira Məmmədəli qızı, Laboratoriya müdiri;
Əliyeva Qəmər Allahverdi qızı, Laborant”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllimlər İnstitutu Pedaqoji Universitetə birləşdirildi - SƏRƏNCAM

    Müəllimlər İnstitutu Pedaqoji Universitetə ...

    26-11-2015, 20:16

  • 
  • Pedaqoji Universitetin tələbələri yenidən etiraza qalxır

    Pedaqoji Universitetin tələbələri yenidən etiraza ...

    23-10-2013, 16:45

  • 
  • Pedaqoji Universitetdə ara qarışdı

    Pedaqoji Universitetdə ara qarışdı ...

    21-10-2013, 15:09

  • 
  • Nazirlik rektoru yoxlayır

    Nazirlik rektoru yoxlayır ...

    16-04-2015, 12:32

  • 
  • Keçmiş rektor: “Vəzifədən özüm çıxdım”

    Keçmiş rektor: “Vəzifədən özüm çıxdım” ...

    16-01-2014, 11:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu