GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...

Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...

Tarix: 20-07-2019, 15:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 779
 Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...


Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi respublikamızda vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsini, ödənilməsini, yığılması qaydalarını, vergi ödəyicilərinin, dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının, onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

Ölkəmizdə vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, vergi haqqında qəbul olunmuş Məcəllədən, onlara uyğun qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Bir sözlə, bu sahə olduqca həssas sahələrdən biri olduğu üçün, bu gün ölkəmizin vergi sistemində baş verənlər daim diqqət mərkəzində saxlanılır və tam əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilir.

İntertv.az xəbər veriri ki, təqribən son üç-dörd ildir ki, Vergilər Nazirliyinin İdxal-ixrac idarəsinin Dövlət Gömrük Komitəsi ilə qurduğu işbirliyi səbəbindən, bu sahədə elə bir hoqqalara qol qoyulur ki, baş verənlərlə bağlı bəzi mətbu qurumlarda silsilə tənqidi açıqlamalar dərc olunsa da, yaşananlara hələ də son qoyulmur ki, qoyulmur. Məsələn, dərc olunan məqalələrdə qeyd olunur ki, Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin səlahiyyətli vəzifə sahibləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin xarici ölkələrdən ölkəmizə gətirdikləri malları, heç bir əsas olmadan tabeçiliyində olan şəxslərə telefon zəngi etməklə, müxtəlif ünvanlarda saxlatdıra bilirlər. Atılan belə bir addımlar həm vergi haqqında Qanunun tələbləri ilə ziddiyyət təşkil edir, həm də cinayət tərkibli addım olur. Bu cür addımları atmaqda əsas məqsəd, İdxal-İxrac İdarəsi əməkdaşlarının sahibkarlardan bəzilərini şifahi formada dövriyyədən 6%-lik vergi ödəmə şərtlərinə boyun əyməyə vadar etmək olur. Bu da çox zaman qarşıdurma ilə nəticələnir. Halbuki mövcud vergi haqqında Qanunun tələblərinə görə, ticarətlə məşğul olan sahibkarların qarşısına heç bir halda belə şərt qoyula bilməz. Çünki, onlar ölkədə məhsul bolluğunun və ucuzluğun yaranmasına, ödədikləri vergilərlə dövlət büdcəsinin artırılmasına səbəb olurlar. İntertv.az olaraq əldə etdiyimiz müəyyən məlumatlara görə, bu gün elə sahibkarlar da var ki, onlar Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin və Dövlət Gömrük Komitəsi əməkdaşlarından bəzilərinin hansısa maraqları çərçivəsində özbaşına buraxılıblar. Yəni, adları hallanan bu qurumlarda çalışan şəxslərlə işbirliyi yaratmış bəzi sahibkarlar qeyri-qanuni, yarımleqal fəaliyyət göstərirlər və onların heç bir anbarı, heç bir kassa aparatı olmadığı halda, hansısa süni əngəllərlə də üz-üzə qalmırlar. Amma, qanuni əsaslarla fəaliyyət göstərən elə sahibkarlar da var ki, onlara azad ticarətlə məşğul olmağa heç cür imkan yaradılmır. O halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən adı çəkilən dövlət qurumlarının qanunsuz fəaliyyət göstərən şirkətlərə belə bir şərait yaratmasının kökündə nələr durur? Axı, bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin əsas prioritet məsələlərindən biri də, şəffaf, azad biznesi inkişaf etdirmək və buna şərait yaratmaqdır. Bu belə olmalı olduğu halda, Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin və Dövlət Gömrük Komitəsi əməkdaşlarının atdıqları addımların mahiyyəti hələ də əksəriyyəti çaşbaş qoymaqdadır.
Adicə bir məqamı unutmaq olmaz ki, qanunsuz fəaliyyət göstərən şirkətlərin atdıqları addımlar ümumi şəkildə dövlətimizin ziyanına yönəlik addımlardır. Çünki, həmin şirkətlər heç bir vergi hesabatları vermirlər, büdcəyə pul köçürmələri ödəmirlər və əldə olunan gəlirlər də, birbaşa şəxsi ciblərə daxil olur. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman “Sahibkarlara imkanlar yaradın” deyə hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir, amma Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin əməkdaşları ilə bərabər, Dövlət Gömrük Komitəsinin bəzi vəzifə sahibi olan şəxsləri, ölkə rəhbərinin bu yöndə vermiş olduğu tapşırıqlara məhəl qoymurlar. Fakt budur ki, bu gün də bu sahədə ciddi islahat proqramları həyata keçirilməkdədir. Buna baxmayaraq, bəzi sahibkarların üz-üzə qaldıqları çoxsaylı problemlər hələ də aradan qaldırılmayıb.

Digər tərəfdən o halın varlığını da unutmayaq ki, ölkə rəhbəri bu sahəni hər zaman diqqətdə saxlayır və əmələ gələn problemlərin həlli yöndə lazımi tapşırıqlarını da verir. Məsələn, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş çıxışı zamanıı da qeyd etmişdi ki, “Vergidən yayınmaya son qoyulmalıdır. Bu həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq”- deyə bildirib. Bütün bunlar onu söyləməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyev vergidən yayınma hallarının hələ də kütləvi xarakter daşıdığını, bu gün belə bir hallara son qoyulmasının zamanı çatdığını və bu işdə bütün dövlət orqanlarının vergi orqanlarına kömək göstərməli olduqlarını xüsusi vurğulayır. İnanırıq ki, məqalənin dərcindən sonra yaşanan problemlər diqqətdə saxlanılacaq və aidiyyəti dövlət qurumları tərəfindən onların həlli istiqamətində müəyyən addımlar da atılacaq.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq

    Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına ...

    9-06-2016, 16:42

  • 
  • Artıq “ASAN imza”sı olan vergi ödəyicilərinin vergi orqanına getməyinə ehtiyac yoxdur

    Artıq “ASAN imza”sı olan vergi ödəyicilərinin ...

    21-11-2015, 12:55

  • 
  • Nazirlikdən vergi ödəyicilərinə ciddi — XƏBƏRDARLIQ

    Nazirlikdən vergi ödəyicilərinə ciddi — ...

    19-02-2018, 19:39

  • 
  • Vergi Məcəlləsində maraqlı dəyişiklik...

    Vergi Məcəlləsində maraqlı dəyişiklik... ...

    22-09-2014, 13:14

  • 
  • Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

    Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə ...

    11-01-2019, 16:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu