Göyçay şəhərini Bakı-Qazax magistralı ilə birləşdirən ikinci şosse yolu 4-ilə yaxındır ki, bərbad vəziyyətdədir
Bu barədə rayon sakinləri mətbuata məlumat veriblər.
İki il əvvəl yol təmir olunmağa başlanmışdı, yolun xüsusi aqreqatla asfalt örtüyü qaşınmışdı və elə yarımçıq da qaldı. Bu isə avtomobillərin hərəkət hissəsinin tez sıradan çıxmasına səbəb olur.
Bundan başqa, Göyçayın Qızılağac kəndi ətraf kəndlərdən daha çox inkişaf etmiş kənd olub. Ancaq müstəqillik əldə ediləndən sonra kənddə hər şey bərbad olub.
Məktəbdə və mədəniyyət evində ipəkqurdu saxlanılır, yollar dağılıb, artezian suyu düzgün paylanmır, internet kommunikasiyası zəifdir. Kənd sakinləri bütün bunlarla yanaşı idman meydançasının da yararsız hala düşdüyündən şikayət edirlər.
Göyçaydan gələn digər şikayət içməli su ilə bağlıdır. Göyçay rayonu, Çərəkə kənd sakini Allahverdiyev Soltanəli kəndin neçə illərdir içməli su problemi olduğundan şikayət etdiklərini deyir.
Onun sözlərinə görə Azərsu, Göyçay RİH səviyyəsində dəfələrlə problem qaldırılıb, ictimailəşdirilib, su xəttinin bir hissəsi çəkilib, lakin hansısa qurumun, məmurun məsuliyyətsizliyi ucbatından proses dayanıb.
Bu faktlar göstərir ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə rayonu talayıb, viran qoyub. Ümumiyyətlə, onun fəaliyyətindən şikayətlər, müraciətlər, faktlar saysız-hesabsızdır. İş adamı Fərhad Əhmədovu sıxışdırması, rayonda iş görməsinə imkan verməməsi, pulları mənimsəməsi barədə iddialar dolaşır.
Bundan başqa, insanları saymırlar. Məsələn, ötən ay bizimyol.info-ya müraciət edən Əliyeva Qənimət Valik qızı bildirib ki, qəzalı vəziyyətdə olan evinin təmir edilməsi və onun işlə təmin olunması üçün icra hakimiyyətinə dəfələrlə müraciət edib.
“Həyat yoldaşım Firdovsi Əliyev 1 il əvvəl Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib. Hazırda qəzalı vəziyyətdə olan evdə qorxu, həyacan içində övladımla yaşayırıq.
Evimiz qəzalı olduğu üçün hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Maddi imkansızlıqdan qəzalı vəziyyətdə olan evimizi təmir etdirə bilmirik”, - deyə Q.Əliyeva bildirib.
O deyib ki, işsizlikdən əziyyət çəkdiyi üçün 3-cü sinifdə təhsil almalı olan oğlu dərsə gedə bilmir:
“İşlə əlaqədar dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Rəhimov mənə “imkanın yoxdur, uşağın məktəbə getməsin” dedi.
Qohum-qonşuların köməyi ilə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündüsə. Elə olur ki, günlərlə quru çörəyə belə möhtac qalırıq.
Hətta belə olanda kimdənsə çörək istəməyə utanırıq. Bizim yaşadığımız evi və vəziyyətimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr”.
Cahan.info mediaya istinadən xəbər verir ki, rəsmi rəqəmlə Göyçaya 15 ton barama tədarükü tapşırılıb.
Amma icra başçısı Mehdi Səlimzadə “qurd əməliyyatı” adı altında keçirdiyi müşavirədə guya dövlət tərəfindən rayona 29 ton barama məhsulu verilməsi nəzərdə tutulub.
Ona görə də, rayon icra hakimiyyətində keçirilən müşavirədə, büdcə təşkilatların hər birinə 500-1000 kq həcmində qurd paylanması tapşırılıb.
Bundan başqa qaz istismar, elektrik enerji şöbələrinin hər birinə 300-500 qram, kənd bələdiyyə və icra nümayəndəliklərinin hər birinə 1 kq qurd verilməsi tapşırılıb.
Qeyd edək ki, 1 qram qurdan 3 kq barama tədarük olunur. Rayon rəhbərliyinin bu qərarı yerli sakinlərin narazılığına səbəb olub.
Çünki 250 manat civarında əməkhaqqı alan hər bir müəllimə, həkimə 10 qram barama verilməsi nəzərdə tutan İH onları bu qurdları qəbul etmədikləri halda ya işdən çıxarılması ilə, ya da 10 qram qurda görə 2000 min civarında cərimə ediləcəkləri barədə xəbərdarlıq edir.
Təhsil şöbəsinə ayrılan limitə görə hər bir müəllim öz əmək haqqından 25 manat, həkim 100 manat, tibb bacısı 50 manat, məktəb direktoru 100 manat məbləğində qurd əməliyyatına verəcək. Məlumatı hefteaz.info-a yayıb. Mehdi Səlimzadə isə xalqa zülm etməklə milləti hakimiyyətlə üz-üzə qoyur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?