Qazax rayonunda düzgün idarəçiliyin olmaması barədə dəfələrlə mətbuat orqanlarında şikayətlər işıqlandırılaraq, əhalinin problemləri haqda məsələ qaldırılmasına baxmayaraq , bu rayondan olan şikayətlər səngimir.
Redaksiyamıza göndərilən bir neçə şikayət məktubunu ümumiləşdirib oxucularımızın diqqətinə çatdırırıq:
Şikayətçilərdən biri yazaraq bildirir ki, Qazax rayonunda baş verən nöqsanların hələ də aradan qaldırılmaması sakinləri narahat edir. şikayətçi bildirir ki, "Azərişıq" ASC -nin fəaliyyəti haqqında dəfələrlə şikayətlər olsa da, bu idarənin yaratdığı problemlər hələ də davam etməkdədir.
Başqa bir şikayətçi ünvanladığı şikayət məktubunda Qazax rayonunda fəaliyyət göstərən 28 saylı Yol İstismar İdarəsinin ekologiyaya vurduğu ziyan haqqında yazaraq bildirib ki, idarənin havaya buraxdığı qara tüstü yaxınlıqda yaşayan insanları narahat edir. Şikayətçi yazaraq bildirir ki, hətta elə vaxt olur ki, qara tüstünün əlindən evdən çölə çıxa bilmirlər.
İçməli su problemi haqqında yazan başqa bir Qazax rayon sakini iddia edir ki, əhaliyə verilməli olan içməli su bilərəkdən verilmir və bu vəziyyətdən istifadən rayon icra hakimiyyətinin vəzifə sahibləri içməli suyu maşını 15 manata əhaliyə satıb pul qazanırlar.
İçməli su ilə bağlı şikayət edən rayon sakini daha sonra yazıb ki, hətta kənd təsərrüfatı üçün verilən su aidiyyəti qrumlar tərəfindən kəsilərək, əhalinin təsərrüfatını sulamasına imkan verilmir.
Qzax rayonunudan e-mail ünvanımıza göndərilən bütün şikayət məktublarında sakinlər bildiriblər ki, problemləri həll edilməsə rayonda çox ciddi etiraz aksiyası keçirəcəklər.
Görünən odur ki, Azərbaycanın ziyalılar diyarı olan Qazax rayonunda rayonu düzgün idarə etmək vəzifəsi olmalı olan məmurların yaratdıqları problemlər səngimək bilmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?