"2019-cu il 16 mart əvfindən sonra 87 siyasi məhbus həbsdə qalmaqdadır. Bu barədə Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın bəyanatında deyilir.
Baş prokuror Zakir Qaralovun sözlərinə görə, 2018-ci ilin iyul-avqust aylarında iğtişaşlarda iştiraka görə 77 nəfər məsuliyyətə cəlb edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesinin monitorinqi göstərib ki, məhkəmə prosesləri Bakıda keçirilib, prosesləri Gəncə Ağır Cinayətlər Məhkəməsi aparsa da, hakimlər Bakıya gəliblər. Bütün təqsirləndirilən şəxslər bir neçə qrupa ayrılıb.
2019-cu il fevralın 22-də hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə 11 vətəndaş barəsində ittiham hökmü çıxarıb və aşağıdakı cəzaları verib:
Hökm əsassızdır, ədalətsizdir və siyasi sifarişlə çıxarılıb. Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın bəyanatından sitat Maarif Hacıyev (9 il), Şahlar Rzayev (8 il 6 ay), Ruslan Həsənov (8 il), Tural Bayramov (8 il), Nizami Əkbərov (8 il), Kamal Məhərrəmov (8 il 6 ay), Araz Həsənov (7 il 6 ay), Toğrul Verdiyev (8 il), Orxan Yağnalıyev (8 il 6 ay), Seymur Əliyev (8 il), Vaqif Əşrəfov (7 il 6 ay) azadlıqdan məhrum edilib.
Sözügedən prosesin təhlili göstərib ki, hökm əsassızdır, ədalətsizdir və siyasi sifarişlə çıxarılıb. Məhkəmə təqsirləndirilən şəxslərin təqsirinin hər hansı sübutunun olmamasına məhəl qoymayıb, Azərbaycan Konstitusiyasının 28 və 46-cı və Cinayət-Prosessual Məcəlləsinin 13 və 21.2-ci maddələrini, habelə beynəlxalq hüquq normalarını: Avropa İnsan Hüquqları Konvensiyasının 6 (2), 5(1), 3-cü maddələrini, eyni zamanda İşgəncələr Əleyhinə Konvensiyanı pozaraq, işgəncə haqqında müraciətləri araşdırmayıb.
“Bu səbəbdən Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq həbs edilmiş 11 şəxsin adını Azərbaycanın siyasi məhbusları siyahısına daxil edib,” bəyanatda bildirilir.
Sənədi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, "Tolışi-sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov, Ziyalılar İttifaqının sədri Eldəniz Quliyev imzalayıb.
Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri siyasi məhbuslar və işgəncələrlə bağlı deyilənləri qərəzli sayır və bütün fundamental hüquq və azadlıqların tam təmin edildiyini bildirir.
Bununla yanaşı Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?