Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşları 5 aydır ki, maaaşlarını ala bilmir.
Gundemxeber.Az bildirir ki, bu barədə PİA.az-a özəl mənbələrdən daxil olan məlumatda bildirilir. İşçilər maaş ala bilməsə də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev hər ay xaricə səfərlər edir, bahalı otellərdə qalır və bütün bu xərclər Mərkəzin hesabından ödəlnilir.
Qeyd edək ki, SAM ləğv ediləndən sonra prezident sərəncamı ilə bu qurumların yerinə iki publik hüququi şəxs yaradıldı. Bu qurumlardan biri də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir. Mərkəz Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin inzibatı binasında yerləşir. SAM-ın əməkdaşları həmin qurumda işlə təmin olunublar. Baxmayaraq ki, SAM-ın keçmiş əməkdaşları beş aydır işə çıxırlar, hələ bu günə kimi Mərkəzin əməkdaşları əmək haqqı ala bilməyiblər.
İşçilər iddia edirlər ki, büdcədən Mərkəzə vəsait ayrılıb və Nazirlər Kabineti həmin vəsaitin sözügedən qurumun hesabına köçürülməsini təmin edib.
“Qurumun fəalıiyyətində şəffaflq olmadığından ayrılan vəsaitin hara və necə xərcləndiyi barədə bir söz deyə bilmərik. Ancaq fakt ondan ibarətdir ki, Mərkızin idarə heyətinin sədri Fərid Şəfiyev dövlət vəsaitinin hesabıan tez-tez xarici ölkələrə işgüzar səfərlər edir. Bahalı otellərdə yaşayır. Əməkdaşlar isə maaşsız qalır”, deyə PİA.az-a daxil olan müraciətdə bildirilir.
Qeyd edək ki, Fərid Şəfiyev sözügedən Mərkəzə rəhbər təyin edilməmişdən əvvəl ölkəmizin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Mediada gedən və cənab Şəfiyev tərəfindən hələ ki, təkzib olunmayan məlumatlara görə, onun adı çəkilən Avropa ölkəsində böyük biznesi şəbəkəsi var. Söhbət təbii ki, son zamanlar Azərbaycanda gündəm mövzu olan dövlət məmurunun büdcə pulları hesabına xaricdə yaratdıqları biznesdən gedir...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?