Gundemxeber.az bildirir ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir araşdırması ilə sosial şəbəkədə status paylaşıb. Araşdırmada azərbaycanlı oliqarx tərəfindən Almaniyaya yatırılmış 40 milyon dollarlıq sərmayədən söhbət gedir. Qeyd etmk istəyirik ki, araşdırmada adı çəkilən 'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun adı MTN "banda"-sı ilə bağlı hallanmışdı. Araşdırmanı sizə təqdim edirik: Sizə iki oteli tanıtmaq istəyirəm. Almaniyada Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu möhtəşəm PARK HOTEL BERLİNER TOR və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu PARK HOTEL ARENA-nı.
Hər iki otel Xəlil Göyüşov adlı işadamına məxsusdur. O, Azərbaycanda uzun illərdən bəri iri tenderlərdə qalib elan olunan, dövlət sifarişlərini həyata keçirən 'Körpü-Bina Tikinti" MMC-yə rəhbərlik edir. Adı MTN işi ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilib. 2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb. Sənədlərdə də qeyd olunur ki, otel və səyahət xidmətlərini həyata keçirən AGO GMBH-nin 2015-ci ildə yarandığı bir il müddətində aktivləri 36.8 milyon avro təşkil edib. Otellərin idarəçiliyini AGO PARK HOTEL BETRIEBS GMBH (aktivləri 420 min avro), AGO MANAGEMENT GMBH (157 min avro), AGO BETREIBERGESELLSCHAFT GMBH 826 min avro) üzərindən Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov idarə edir.
Sorğu
Yeni dizaynımız necədir?