GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...

Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...

Tarix: 17-08-2019, 20:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 722
 Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...


Ölkə məhkəmələrindən narazılıq getdikcə artır. Bunu “Hürriyyət”in redaksiyasına gələn məktubların, şikayətçilərin çoxluğu göstərir. Redaksiyamıza gələn Astara rayonu Kijabə qəsəbə sakini Qənbərov Möysüm Manaf oğlu da Astara Rayon Məhkəməsinin qərarından narazılıq edir.

Belə ki, o, 2018-ci dekabrın 29-da VAZ-2121 markalı 90MS228 nömrəli maşını ilə VAZ-21063 markalı 99KL086 nömrəli avtomobillə Təngərud kəndində toqquşub: “Maşınım sığortalıdır. Hadisə baş verəndə sığorta və “QAİ” işçiləri gəldilər, hər şeyi araşdırdılar, getdilər. Mən sığortanı qarşı tərəfə - Qasımov Sərxana vermişəm, pulu da o alıb. Gundemxeber.Az hurriyyet.org-a istinadla bildirir ki, sığorta idarəsi onun maşınına dəyən ziyanı qiymətləndirib, ona 775 manat ödədi. Amma adam sığota idarəsinin icazəsi olmadan özü aparıb maşınını “Lənkəran” avtoservisdə düzəltdirib. O, sığorta idarəsi arayış vermədən maşınını düzəldə bilməz. Ona görə ki, sığorta idarəsinin özünün profloktoriyası var. Maşını sığorta idarəsi düzəldir. Bu isə əksinə edib, özbaşına maşının aparıb təmir elətdirib. Sığorta idarəsindən 775 manatı götürsə də, ancaq razılaşmayıb, məni sonradan məhkəməyə verib. Ona 2663 manat ödəməyimi istəyir. O pulun 775-ni sığorta idarəsi ödədiyi üçün indi məndən 1888 manat əlavə pul tələb edir. İndi məhkəmənin qərarına görə mən ona 1888 manat ödəməliyəm”.

“Hakim Mübariz Məmmədova sual vedim ki, bəs sığorta nə üçündür”

M.Qənbərov qeyd etdi ki, bu qərarı Astara rayon Məhkəməsinin hakimi Mübariz Məmmədov verib: “Bu qərarı verən zaman mən hakim Mübariz Məmmədova sual vedim ki, bəs sığorta nə üçündür. O, mənə belə cavab verdi ki, sığorta ödəmirsə, sən ödəməlisən. Mənim vətəndaşdan narazılığım yoxdur, mən məhkəmənin qərarından narazıyam. Mənim vətəndaşla nə işim var. Heç bir şəxsi qərəzliyim yoxdur. Bu qərar qanuni olsaydı, mən o pulu ödəməyə hazıram. Qanun qarşısında cavab vermək hər kəsin borcudur. Amma bu, qanunsuzdur. Maşın köhnə bir maşındır. Heç köhnə “06”-nın qiyməti 2663 manat deyil, amma məhkəmə maşının bir qabaq “krılosu”nun vurulmasına görə bu qədər pulun ödənilməsi üçün qərar verib. İkincisi də mənim maşınımın sığortası var. Sığorta idarəsi də qarşı tərəfə dəyən ziyanı ödəyib”.

“Qərar ədalətsiz , əsassız ola bilər, lakin məhkəmənin qərar çıxartmağa hüququ var”

Məsələ ilə bağlı hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə dedi ki, baş vermiş hadisədə sığortanın ödənilməsi ilə bağlı tərəflərdən hər hansı biri narazıdırsa və bunun üçün əsasları mövcuddursa, o, məhkəməyə müraciət edə bilər: “Görünür, zərərçəkmiş şəxs ona ödənilmiş məbləğlə razılaşmır, az hesab edir və ödənmiş məbləğin az olduğunu təsdiq edən əlində sübutlar var. O da məhkəməyə müraciət edib. Məhkəmə də yəqin ki, o tərəfi, bu tərəfi araşdırıb. Mən məhkəmə qərarının nə qədər qanuni olduğunu deyə bilmərəm. Qərar ədalətsiz , əsassız ola bilər, lakin məhkəmənin həmən qərar çıxartmağa hüququ var”.

“Bu məsələ məhkəmədə araşdırılır”

Səfərov qeyd etdi ki, həmin vətəndaşın, sığorta idarəsinin məhkəməyə müraciət etmək hüququ var: “Tutaq, o sübut edir ki, maşının təmirinə 700 manat bəs etmir. Bunu nə sən, nə də mən görürəm. O sənədlər və mütəxəssislərin verdiyi rəy nəticəsində hesablanır. Təkcə şəkil hər şeyi həll etmir. Ona görə də normal məhkəmə olmalıdır ki, bu məsələni aydınlaşdırsın, tərəflərə qərəzli münasibət bəsləməsin, imkan yaratsın ki, hərə özünün haqlı olduğunu sübut eləsin. Bir vətəndaş sübut eləsin ki, 700 manat bəs etmir, o biri də sübut eləsin ki, 2600 manat çoxdur. Bu məsələ məhkəmədə araşdırılır. İkinci şəxs əgər bu qərardan narazıdırsa, apellyasiya şikayəti verə bilir və əsaslandırır ki, nəyə görə 2600 manatla razı deyil, 700 manatı əsaslı hesab edir”.

“Bu münasibətlər məhkəmə yolu ilə vurulan tərəflə sığorta şikəti arasında tənzimlənməlidir”

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverdiyev isə dedi ki, vuran tərəfin avtomobilinin icbari sığortası varsa və sığorta şirkəti qarşı tərəfi vəsait ödəyibsə, bunun vuran tərəfə aidiyyatı yoxdur: “İstənilən halda icbari sığorta 5 min manat məbləğə qədər qəza hadisəsənin aradan qaldırılması üçün vəsait xərcləyə bilər. İcbari sığortanın cəmi məbləği 5 min manatdır. Əgər qarşı tərəf vuran tərəfi məhkəməyə veribsə, bunun ona aidyyatı yoxdur. Çünki vuran tərəfin icbari sığortası olmadığı təqdirdə qarşı tərəfin məhkəməyə vermək hüququ var idi. Bu münasibətlər məhkəmə yolu ilə vurulan tərəflə sığorta şikəti arasında tənzimlənməlidir. Bunun vurana heç bir aidiyyatı yoxdur. Uzaqbaşı vuran tərəfi məhkəmə zamanı dəvət edə bilərlər, onun ifadəsini ala bilərlər, amma onu birbaşa məhkəməyə verməyin heç bir mənası yoxdur. Nəyə əsasən vuran tərəf məhkəməyə verilir, bunu araşdırmaq lazımdır. Əgər qarşı tərəfə dəyən zərər 5 mindən yuxarı olardısa, belə olduğu təqdirdə məhkəməyə müraciət edə bilərdi ki, geridə qalan məbləği vuran tərəf ödəsin. Bu, mübahisə predmeti ola bilərdi. Amma 5 min manata qədər olan xərcdən söhbət gedirsə, istənilən halda icbari sığorta hesabına aradan qaldırılan bir məsələdir. Ona görə də vuran tərəfin vəkili bu prosesə qoşulmalıdır, vəkilə müraciət olunmalıdır. Vəkil bu prosesə müdaxilə edib, məhkəmə qərarının səbəbi üzə çıxarılmalıdır. Ola bilər ki, təhqiqat qrupu həmin məsələni araşdıran zaman başqa bir səbəb ortaya çıxsın. Onlar bununla bağlı daha məlumatlı olarlar, nəinki mən. Mən düşünürəm ki, bu, vuran tərəflə deyil, sığorta şirkəti ilə narazı qalan tərəf arasında həll olunmalıdır”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Atəşgah Sığorta Şirkətinin Bərdə FIRILDAĞI

    Atəşgah Sığorta Şirkətinin Bərdə FIRILDAĞI ...

    11-05-2016, 12:14

  • 
  • Gədəbəydə ağır yol qəzası: 6 yaralı

    Gədəbəydə ağır yol qəzası: 6 yaralı ...

    30-05-2013, 12:37

  • 
  • Ələt-Astara yolunda dəhşət: 2 ölü 1 yaralı

    Ələt-Astara yolunda dəhşət: 2 ölü 1 yaralı ...

    23-12-2014, 13:08

  • 
  • ​Lənkəranda ağır qəza: ata öldü, qızı yaralandı

    ​Lənkəranda ağır qəza: ata öldü, qızı yaralandı ...

    12-09-2017, 20:57

  • 
  • Sərxoş sürücü maşını "Qazel"ə çırpdı

    Sərxoş sürücü maşını "Qazel"ə çırpdı ...

    15-10-2015, 13:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu