Müğənni Şəbnəm Tovuzlunun obyektinin tikintisi artıq başa çatır.
Gundemxeber.az bu haqda məlumat və fotofakt sosial şəbəkədə yayılıb. Xəbərdə bildirilir ki, Şəbnəmin “Həci” deyə tanıtdığı həyat yoldaşı olan iş adamı 5 mərtəbəli binanı müğənni üçün tikdirir. Bina Həsən Əliyev küçəsi ilə “Mərdanov qardaşları” küçəsinin kəsişməsində yerləşir: “Hacı Ramazan Mirzəyevin (70-ə yaxın yaşı var) Şəbnəm Tovuzlu üçün tikdirdiyi obyektdə fəhlələr “kaska”sız, təhlükəsizlik kəməri olmadan işləyirlər, özü də bayram günü və küləkli havada… Bir bədbəxt hadisə olsa, qanları da batacaq yəqin. Obyektin l mərtəbəsində böyük market, ll mərtəbəsində “Spa” mərkəzi, idman zalları, gəlinlik salonları, lll mərtəbəsində Şəbnəmin ofisi və işçiləri, lV mərtəbəsində icarəyə verilən obyektlər, V mərtəbəsində mansard restoran yerləşəcək”.
Sorğu
Yeni dizaynımız necədir?