GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səfər Mehdiyevin “paqon”luları — Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb

Səfər Mehdiyevin “paqon”luları — Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb

Tarix: 23-08-2019, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 835
Səfər Mehdiyevin “paqon”luları — Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb


Gömrük sisteminin mahiyyəti nədir? Bütün dünyada gömrük ixrac və idxal arasında sabitləşdirici faktor funksiyasını yerinə yetirir. Yalnız Azərbaycanda gömrüyün "xüsusi status”u, gömrük əməkdaşlarının isə "xüsusi səlahiyyyətlər”i var.

Azərbaycanın gömrük orqanlarının "xidmət”ləri sayəsində ölkəmiz bu seqmentdə dünyanın demək olar, bütün "qara siyahı”larında "fəxri” yer tutur. Bu səbəbdən, özünə hörmət edən hər hansı xarici şirkət Azərbaycanda öz nümayəndəliyini açmır və əsasən, bizim oliqarx-məmurlara məxsus yerli firmalara distrübitor təmsilçiliyi üçün lisenziya vermir. Ona görə də, dünya brendləri Azərbaycanda subdilerlər vasitəsilə işləmək variantını seçir. Başqa sözlə, heç kəs Azərbaycanla birbaşa ticarət aparmaq istəmir. Nəticədə dünya brendləri öz məhsullarını Azərbaycana Gürcüstan, Türkiyə və qismən də Rusiya ərazilərindən keçirirlər. Vurğulanan oliqarx-məmurlar sırasında xüsusi seçilənlərdən biri də məhz gömrükdən-dövlətin "şlaqbaum”undan şəxsi əşyaları kimi istifadə edərək, müxtəlif bəhanələrlə sahibkarları talayan hamiləridir.

Azərbaycandakı gömrük ilə problemlərinin olmasını istəməyən orta təbəqəyə mənsub və "yuxarı”larda himayədarı olmayan biznesmenlər Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin "paqonlular”ına xərac vermək məcburiyyətindədirlər. Nəticədə isə orta və kiçik biznesin nümayəndələri qurduqları işi genişləndirmək imkanından məhrum edilirlər. Bununla da dövlətin iqtisadi inkişaf perspektivinə ağır zərbə vurulur. Sərhəddəki və gömrük məntəqələrindəki "paqonlular” sözün tam mənasında öz "Gestapo”larını yaradıblar və rəsmən reketlə məşğuldurlar.

Məhz onların bu qulduq fəaliyyəti üzündən Azərbaycanda orta biznes sıradan çıxarılıb, kiçik biznes isə boğulmaq həddindədir. Ölkənin bütün gömrük terminallarında özbaşınalıq hökm sürür. Ölkənin Rusiya, İran və Gürcüstanla sərhəd bölgələrinin sakinləri isə ailələrini dolandırmaq və acından ölməməkdən ötrü qaraçı köçünə bənzər qaydada sərhədi keçmək, evlərinə bir çanta ərzaq aparmaq üçün Azərbaycanın gömrük məntəqələrindəki qəfəsdə gözləməyə məcbur edilirlər. Gömrük məntəqələrində yaşanan özbaşınalıqları – gömrük müfəttişlərinin yaşlı insanları necə ələ saldıqlarını, onların əşyalarını əzib-tapdaladıqlarını, küçə söyüşləri ilə təhqir etdiklərini, vətəndaşları aşağıladıqlarını gözlə görmək lazımdır.

Səfər Mehdiyevin gömrükçüləri cəzasız qalacaqlarına o qədər əmindirlər ki, ölkəyə gətirilən məhsullar üzərinə öz faizlərini də əlavə edirlər. Ölkədə tüğyan edən bahalaşmanın əsas səbəblərindən biri də budur. Gömrükçülərin bu reket qaydalarından boğaza yığılan vətəndaşlarımız ərzaq məhsullarını nisbətən ucuz qiymətə qonşu ölkələrdən almal olurlar. Şahidlərin sözlərinə görə, Səfər Mehdiyevin gömrükçüləri o qədər həddlərini aşıblar ki, hətta Gürcüstanla sərhədi keçən avtobusdakı bir yaşlı uşağın əlindən süd butılkasını alıb yerə boşaldıblar. Boş butulkanı qaytardıqları körpənin anasına isə "Azərbaycana icazəsiz süd keçirmək olmaz”, – deyiblər.

Bu günlərdə isə bir vətəndaşın sifarişi ilə ölkəyə gətirilən, dəyəri 1000 dollardan da az olan avadanlıq üçün Mehdiyevin quldurları alıcıdan 36 faizlik rüsumdan əlavə ödənişlər etməyi tələb ediblər və bununla da "rüsum” 45 faizə qalxıb. Gömrükçülərdən həmin əlavə faizlərin nədən qaynaqlandığını soruşduqda isə cavab veriblər ki, sizə izahat verməyə vaxtımız yoxdur, malınızı götürün, gedin, əks halda, özünüzü terminaldan bayıra atacağıq. Özünüz deyin, bu, "Gestapo” və "NKVD” rejimi deyil, nədir? XXI əsrdə, hansı dövlətdə öz vətəndaşları ilə bu cür davranırlar? Bəlkə də Afrikada, hansısa yarıqəbilə dövlətində, yaxud da yarıfeodal bir ölkədə… Ancaq dünyanın heç bir sivil ölkəsində vətəndaşa belə yaramaz münasibət göstərilə bilməz. Bu, sadəcə, rəzalətdir! Gömrükdəkilər etdiklərinin fərqindədirlərmi? Xalqın səbrini daşırdıqlarını bilirlərmi? Gundemxeber.az yenicag.az-a istinadla bildirir ki, Səfər Mehdiyevin rəhbərli etdiyi Gömrük Komitəsində gömrük məmurlarının özbaşınalıqları Azərbaycan dövlətinə qarşı açıq-aşkar sabotajdır, təxribatdır. Bu qanunsuzluqlar xarici düşmənlərin Azərbaycanda xaos, iğtişaşlar və vətəndaş itaətsizliyi yaratmaq, dövlətimizin təməlini sarsıtmaq üçün həyata keçirdikləri pozuculuq fəaliyyətindən fərqlənmir. Açıq demək lazımdır ki, ölkədə vəziyyəti gərginləşdirən əsas amil məmur özbaşınalığıdır və bu qanunsuzluqlar dövlətin təhlükəsizliyinə cavabdehlik daşıyan xüsusi xirdmət orqanlarının diqqətindən yayınmamalıdır.

Əgər gömrükdəki paqonlulara hədləri bildirilməsə, onların əndazəni çoxdan aşan özbaşınalıqları xalqla hakimiyyətin birgəliyinə əsaslanan dövlət sisteminə sağalmaz zərbə vuracaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dünya Ticarət Təşkilatına  “yox” dedi

    Azərbaycan Dünya Ticarət Təşkilatına “yox” dedi ...

    28-12-2012, 12:08

  • 
  • Azərbaycana idxal edilən bəzi məhsullara gömrük rüsumları artırılıb - SİYAHI

    Azərbaycana idxal edilən bəzi məhsullara gömrük ...

    2-10-2016, 14:44

  • 
  • Mazut gömrük rüsumundan azad edildi

    Mazut gömrük rüsumundan azad edildi ...

    7-04-2016, 11:42

  • 
  • Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib - 2020-ci il yanvarın 1-dək

    Azərbaycanda bəzi yanacaq markaları gömrük ...

    15-04-2019, 11:13

  • 
  • Səfər Mehdiyevin işi yuxarı dirələri qane etmir - gömrük şefi etimadı doğrulda bilmədi

    Səfər Mehdiyevin işi yuxarı dirələri qane etmir - ...

    28-11-2018, 16:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu