GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Rəis satdırdığı boruları “yararsız” kimi aktlaşdırırdı..." - “Azəriqaz”da daha bir özbaşınalıq

"Rəis satdırdığı boruları “yararsız” kimi aktlaşdırırdı..." - “Azəriqaz”da daha bir özbaşınalıq

Tarix: 26-08-2019, 14:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 571
"Rəis satdırdığı boruları “yararsız” kimi aktlaşdırırdı..." - “Azəriqaz”da daha bir özbaşınalıq


“Rəis satdırdığı qaz borularını “yararsız” kimi aktlaşdırırdı və həmin ərazilərdə xətlərin yenilənməsi üçün təkrar maliyyə ayrılırdı”.

Gundemxeber.az bildirir ki, 1992-ci ildən “Azəriqaz” İstehsalat Birliyində işləyən Babayeva Şəfaqət Məmməd qızı Yenicag.az-a müraciətində sözügedən qurumda baş verən qanunsuzluqlar və , özünə qarşı edilmiş haqsızlıqlara dair ilginc faktlar açıqlayıb.

Şəfaqət Babayeva 1992-ci ildən “Azəriqaz” İstehsalat Birliyi Nəsimi rayon Qaz İstismar İdarəsində 1992-ci ildə mühəndis kimi fəaliyyətə başlayıb. Babayeva bildirib ki, 2016-cı ildə “Azəriqaz” İstehsalat Birliyində Sayğaclar, Satış, İstismar departamentləri yaradılıb və elə həmin tarixdən də ona qarşı haqsızlıqlar başlayıb:

“O zaman insan resursları üzrə imtahan keçirildi və mən yüksək bal topladım. Əslində, bu nəticəyə uyğun olaraq, Sabunçuda işlə təmin edilməliydim. Bizdə o məsələlərin tənzimlənməsi ilə “Azəriqaz” İB-nin nəzdnində fəaliyyət gpstərən Bakı Regional Qaz İstismar Departementinin rəisi Zamin Mehrəliyev məşğul olurdu.

Zamin Mehrəiyev mənə dedi ki, səni ya Qaradağa, ya da Abşerona göndərəcəm.

Bununla razılaşmadıqda, mənə dedi ki, “əgər əl-ələ verib mənimlə və Natiqlə işləyəcəyəcəksənsə, səni Sabunçuya təyin edim”. Mən də cavabında “əl-ələ vermək deyəndə, nəyi nəzərdə tutusunuzsa, onu mənə izah edin, bilim, sonra başqa problem yaranmasın”, – dedim. Nəticədə o, məni Sabunçuya saxlamadı.

Lakin davamlı mübarizədən sonra, nəhayət, Sabunuda böyük mühəndis kimi qaldım. Zamin Mehrəiyev öz dayısı oğlu Natiq Mustafayevi Sabunçuya rəis təyin etdi. Onların yaxın qohum olduqlarını idarədə heç kim bilmirdi. İşlədyim müddətdə mənim cavabdeh olduğum əraziyə aid olan Zabrat, Ramana və Balaxanıda qeyri-qanuni işlərin görüldüyünü aşkar etdim. Xətlərin yerini qeyri-qanuni dəyişdirirdi, küçə xətlərini kəsdirib satdırırdı və sair. Rəis satdırdığı boruları “yararsız” kimi aktlaşdırırdı və həmin ərazilərdə boruların yenilənməsi üçün təkrar maliyyə ayrılırdı.

Natiq Mustafayevə dedim ki, mənim ərazimdə qeyri-qanuni işlər görməyin. Buna baxmayaraq, onlar mənə imzalamağım üçün müxtəlif sənədlər gətirirdilər. Buna etirazımı bildirib o sənədləri imzalamaqdan imtina etdikdə isə Zamin Mehrəiyev mənimlə prinsip aparmağa başladı.

Zamin Mehrəliyev məndən guya iş rejiminə əməl etməməyimlə bağlı “Azəriqaz” İstehsalat Birliyinə raport yazdı. Onun bu addımından sonra ölkə prezidentinə müraciət ünvanlayaraq, audit yoxlamasının keçirilməsini xahiş etdim. Audit Palatası yoxama aparandan sonra məlum oldu ki, qeyri-qanuni işlə mən yox, elə onların özləri məşğul olublar. Bundan sonra ölkə rəhbərliyinə və “Azəriqaz” İstehsalat Birliyinin sədrinə növbəti müraciətlərimi ünvanladım”.

Şəfaqət Babayevanın sözlərinə və təqdim etdiyi sənədlərə görə, aparılan bu yoxlamalardan sonra fəaliyyətində ciddi pozuntular aşkarlanan Natiq Mustafayev cəzalandırılıb:

2018-ci il oktyabrın 1-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru imzası ilə Natiq Mustafayev haqqında intizam tənbehi görülüb. 2019-cu il martın 13-də isə Şəfaqət Babayevanın təqdim etdiyi materiallarla bağlı araşdırma aparılıb və Natiq Mustafayev vəzifəsindən azad edilib.

Maraqlısı ondadır ki, işində nöqsanlar aşkar edilən və vəzifəsindən azad olunan Natiq Mustafayev daha yüksək vəzifəyə – 3 rayonu əhatə edən idarəyə rəis göndərilib. Şəfaqət Babayeva bildirib ki, bundan sonra Zamin Mehrəiyev tərəfindən ona qarşı təzyiqlər daha da artıb:

«Mənə qarşı edilən təzyiqlər üzündən xəstəlik tapdım və müalicə olunmaq üçün xəstəlik bülleteni götürdüm. 2019-cu il avqustun 7-də işə çıxdım. Ayın 9-da isə “Azəriqaz” İB-nin kadrlarl şöbəsindən Ofeliya xanım mənə zəng edib bildirdi ki, öz xoşunla işdən get, yoxsa başın ağrıyacaq.

Bu söhbətdən sonra həmin gün əsəb sarsıntısı keçirdim, hətta mənim üçün təcili yardım çağırıb xəstəxanaya apradılar. Ayın 14-də anju olundum. Mən xəstəxanada olduğum müddətdə, elə ayın 9-da işdən azad olunmuşam. Əmrdə də yazılıb ki, müqavilə müddəti bittiyi üçün işdən azad edilir.

Ancaq müqaviləmin bitmə tarixi 14.01.2020-ci ildir. Belə qanunsuzluq olar? Özü də, müqaviləmə xəstəxanada olarkən xitam verilib. Buradan ölkə rəhbərliyinə müraciət edərək, “Azəriqaz” İB-də baş verən özbaşınalıqları bir daha diqqətə çatdıraraq, bu qanunsuzluqların aradan qaldırılmasını xahiş edirəm”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azəriqaz” işçilərə bildiriş payladı- işdən çıxarılma ilə bağlı

    “Azəriqaz” işçilərə bildiriş payladı- işdən ...

    12-02-2014, 13:04

  • 
  • Azəriqaz Qusar sakinə saxta qaz pulu borcu yazıb.

    Azəriqaz Qusar sakinə saxta qaz pulu borcu yazıb. ...

    6-08-2013, 09:32

  • 
  • "Azəriqaz"ın baş direktoru: "Nardaranlılar işçilərimizi döyməsələr, qaz verəcəyik"

    "Azəriqaz"ın baş direktoru: ...

    1-12-2015, 13:15

  • 
  • “Azəriqaz” ARDNŞ-i necə aldadır...

    “Azəriqaz” ARDNŞ-i necə aldadır... ...

    14-02-2014, 15:48

  • 
  • “Azəriqaz” əlil işçilərinə zülm edir

    “Azəriqaz” əlil işçilərinə zülm edir ...

    22-11-2013, 00:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu