2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb.
Amma AZAL prezidentinin qızı Mila (Məlahət) Əsgərovanın Britaniyadakı GAZELLI ART HOUSE LIMITED şirkətinin 1 oktyabr 2018-ci ildə reyestrə daxil olan maliyyə sənədlərinə görə, qarışıq aktivlərinin həcmi 31 milyon 495 min 464 funt sterlinq və ya 41 milyon dollar olub.
Yaxud o biri qızı Cəmilə Əsgərovanın GAZELLI INTERNATIONAL LIMITED şirkətinin 31 oktyabr 2017-ci ilə aid maliyyə hesabatına görə, şirkətin ümumi aktivlərinin həcmi 14 miyon 141 min 159 funt sterlinq və ya 18.4 milyon dollar təşkil edib. İki şirkətin cəmi aktivləri 60 milyon dollar, yaxud 102 milyon manatdır.
Bir də üstəlik, əcnəbi damadlarının biznesi... AZAL-ın və onun patronajlığı altında olan BUTA-nın 208 milyonluq zərərində təəccüblü nə var?! Şəxsən mənim üçün təəccüblü o xəbər olardı ki, AZAL bircə ili mənfəətlə başa vurnuş olsun. Hələ sevinək ki, təyyarələri sağ-salamat uçur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?