"Gəncə işi" ilə bağlı irəli sürülən ittihamlar o qədər saxta və külüncdür ki, onu sübut etmək üçün hüquqşünas və vəkil olmağa ehtiyac yoxdur. Aşağıda təqdim edəcəyim 2 fakt buna bariz misaldır:
1. 2018- ci ilin iyul ayında məlum Gəncə hadisələri baş verəndə siyasi məhbus həyatı yaşayan Firudin Zeynalov 9 ay idi ki, həbsdə idi. Dəmir barmaqlılar arasında ciddi nəzarət altında, xarici aləmdən təcrid olmasına baxmayaraq ona bu hadisələrlə bağlı CM- nin 20- yə yaxın ağır maddəsi ilə ittiham irəli sürülüb (!?). Adam öldürmədən tutmuş terror və dövlət çevrilişinə cəhdə qədər. Məsələnin digər maraqlı tərəfi odur ki, Firudin Zeynalova qarşı heç bir fakt ortaya qoya bilməyən istintaq ondan yalnız 1 ildən sonra, keçən həftə formal izahat alıb (!?).
2. Digər təqsirləndirilən şəxs Həsənov Araz 10 iyul günü meydanda olmayıb. Video görüntülər də bunu təsdiq edir. Əleyhinə heç bir fakt, sübut olmasa da CM- nin 220.1 və 315.2 maddələri ilə ittiham olunaraq 7.6 ay müddətə azadlıqdan məhrum edilib. .Apelliyasiya məhkəməsi isə onun suçsuzluğunu nəzərə alıb azad etmək əvəzinə daha bir saxta qərarla Arazı 4 il 1 ay müddətə həbsdə saxlamağa qərar verib. Təəccüblü və maraqlı odur ki, məhkəmə Arazı günahkar çıxarmaq üçün digər şəxslə bağlı qondarma şahid ifadələrini olduğu kimi onun əleyhinə sənədləşdirib (!?).
Atası Həsənov Fizuli deyir: "Deməli Arazla bağlı video görüntü mövcud deyil, o heç kəsə xəsarət yetirməyib. Zərərçəkmişlərin heç birinin ifadəsində Arazın adı hallanmayib, çünki hadisədə iştirak etmədiyi halda kiməsə necə xəsarət yetirə bilərdi. Məhkəmə salonunda azadlığa buraxilmali olduğu halda özlərinə məxsus hiyləgərcəsinə digər məhbusa aid olan epizodu olduğu kimi, hətta adın da dəyişmədən Araza tədbiq ediblər. Belə ki ilkin istintaqda Əkbərov Ənvər, Mansurov Elçin, Cənnətov Ceyhun mövcud olmayan meydanda aparılmış çəkilişlərə baxdıqda təyin etdiklərini bildirsələr də Apellyasiya məhkəməsində ümumiyyətlə heç bir şahid iştirak etmədiyi halda Həsənov Ruslana aid olan Məmmədov Ruhlan, Qarayev Vüqar, Məmmədov Bayram ifadələrində qeyd etmişlər ki ,onlar Ruslan Həsənovun yumruqla polis əməkdaşı Nicat Allahverdiyevi vurmasını görmüşlər. Eyni qaydada həmin epizodu Apellyasiya məhkəməsinin hakimləri Araza tədbiq edərək saxta qərarla bir günahsız gənci azadlıqdan məhrum etdilər. Budur ölkədə aparılan islahat və analoqu olmayan inkişaf..."
"Gəncə işi" ilə bağlı bütün ittihamlar başdan- ayağa bu cür saxta və qondarmadır. Ona görə də bu hadisələrlə bağlı həbs olunmuş, hazırda məhkəməsi gedən bütün şəxslərə azadlıq tələb edirik!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?