Gundemxeber.az » GündəmXəbər » İş adamının qətlini sifariş edənlər arasında Çingiz Qənizadə və onun şərikinin adı çəkilir - DEPUTATIN SENSASİON SƏS YAZISI
İş adamının qətlini sifariş edənlər arasında Çingiz Qənizadə və onun şərikinin adı çəkilir - DEPUTATIN SENSASİON SƏS YAZISI
Milli Məclisin deputatı Çingiz Qənizadənin adı bu ilin əvvəlində Rusiyada ölüdürülən iş adamı Ruslan Hüseynovun işində hallandırılır. Hətta deputatının mərhum iş adamının qardaşı ilə sensasion səs yazısı da yayılıb.
Mühacirətdə yaşayah jurnalist Qənimət Zahid bu haqda geniş video material hazırlayıb. Jurnalistin araşdırmasında bildirilir ki, 2019-cu il fevralın 1-nə keçən gecə Rusiyanın Arxangelski şəhərində Azərbaycan vətəndaşı, 1992-ci ildə Ağdaş rayonunda doğulmuş iş adamı Ruslan Hüseynov 5 güllə ilə vurularaq qətlə yetirilib. Fevralın 12-də R.Hüseynovu qətlə yetirən killer, Belarus vətəndaşı Ruslan Tarasau tutulur. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edir və sifariş edildiyini deyir. Rusiya hüquq-mühafizə orqanları hələ də qətli kimin sifariş verdiyini açıqlamır, istintaq sirri kimi saxlanılır.
R.Tarasau istintaqa ilkin ifadəsində bildirib ki, hansısa yer bölgüsü üstündə baş verib. Bu qətllə bağlı Ağdaş sakini İntiqam Hüseynzadə də həbs edilib. R.Hüseynovun meyiti ekspertizadan sonra ailəsinə təhvil verilib və dəfn edilib. Q.Zahid bildirir ki, sifarişçilər arasında deputat Çingiz qənizadə və onun kommersiya ortağının adı çəkilir. Ağdaş rayonunda "taxta-şalban Məhəmməd" adı ilə tanınan iş adamı var və onun deputat Çingiz Qənizadə ilə sıx əlaqələrinin olduğu bildirilir. Çingiz Qənizadə "taxta-şalban Məhəmməd"lə Rusiyada öldürülən Ruslan Hüseynov arasındakı münaqişədə vasitəçi kimi də iştirak edib. Ç.Qənizadə mərhum R.Hüseynovun qardaşı Rauf Hüseynova zəng edərək bildirir ki, ''məndən keçdi, mən bu oyundan çıxıram''. Rauf Hüseynovla deputat Çingiz qənizadənin telefon danışığı: "Rauf salam. Səndən bir xəbər olmadı, bu gün də ayın 8-di. Demişdin 3-ü yola salacam. Belə başa düşdüm ki, sənin problemlərin var və bu işi həll edə bilmirsən. Əgər belədirsə, bir-iki gündür başım qarışıqdır, ətraflı danışa bilmirəm. Əgər belədirsə, mənə de, sadəcə bu oyundan çıxım. İstəyirdim sizi barışdıram, amma baxıram ki, ayyarımdı sən ancaq səkkiz dənə şey göndərə bilmisən. Mənə düzünü de, Məhəmmədgilə deyim ki..". Bundan başqa Q.Zahid qətl işi ilə bağlı tutulan İntiqam Hüseynzadə ilə mərhum R.Hüseynovun qohumlarından biri ilə telefon danışığını da təqdim edib: "Başından bir güllə əskik olmayacaq. Məni tutsalar iki gündən artıq orda oturmayacam. Sizin o Çingiz var eee, yuxarıda işləyən.. Bildin kimi deyirəm? Qənizadə... Nəsə onunla ədavətin-zadın var? Guya o vaxt belə söhbət olmuşdu ki, Maqa Ruslanı öldürəcək, Çingiz də onu bir gün də orda qoymayacaq. Bu Maqanın ağzından çıxan sözdür. Bunları bilirsən niyə deyirəm? Səni inandırmağa çalışıram ki..." .
Videomaterialda bildirilir ki, "Maqa" adlı şəxs sifarişli qətlləri həyata keçirilməsində üst tanıma kimi istifadə edilən şəxslərdən biridir. "Maqa" "taxta-şalban Məhəmməd"in işlərini aparan Varis Səmədovun bacısı oğludur. Varis Səmədova gəlincə, O, 1997-ci ildə qəsdən adam öldürmə cinayətinə görə tutularaq istintaqa cəlb edilib. O, Eldar Əliyev adlı şəxslə birlikdə 20 yanvar metrostansisya Zülfiqar Ağalarov adlı şəxslə mübahidə edib və "Makarov" tapançası ilə onu ürəyindən vuraraq öldürüb. Sonra isə onun meyidini Nəsimi rayon Hərbi Komissarlığının arxasındakı əraziyə atıb. Sonra Rusiyaya qaçır və axtarışa verilir. Orada yeni pasport alaraq ad-soyadını dəyişib Rəşid Həmidov olur. V.SƏmədov 2002-ci ildə Azərbaycana qayıdır və polisə gedərək təslim olur. Məhkəmə tibbi-psixi ekspertiza təyin edir və bu zaman V.Səmədov aradan çıxır. 6 il sonra yerindən Azərbaycana qayıdır, ona məhkəmə qurulur, Varis özünü təqsirli hesab etmir. Məhkəmə törədilən qətli cinayətdən 13 keçməsinə görə müddəti keçmiş cinayətlərdən hesab edir və o azadlığa buraxılır. "Maqa" ləqəbi ilə tanınan şəxs Lətifov Məhəmməddir. R.Hüseynov öldürülən kimi o axtarışa verilir və bu haqda Azərbaycana məlumat göndərilir. Baş Prokurorluğun istintaqa nəzarət idarəsinin rəis müavini Adil Vəliyevin imzası ilə olan məktubda bildirilir ki, həmin Məhəmməd Lətifov axtarışa verilib. Nəhayət bu il mayın 31-də 105-ci maddəsi ilə 30 məhəmməd Lətivof ağdaşda saxlanılıb. Adının qətlə yetirilən iş adamı ilə "taxta-şalban Məhəmməd" arasında vasitəçi kimi hallandırılan deputat Cingiz Qənizədənin mövqeyini öyrənməyə çalışacağıq.
Sorğu
Yeni dizaynımız necədir?