Həyətə siqaret çəkməyə çıxan azərbaycanlıya yaxın məsafədən 5 dəfə atəş açılıb
Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlını güllələyiblər. Şahidlər hadisə yerində avtomatdan beş dəfə atəş açıldığını bildiriblər. Güllələnən Azərbaycan vətəndaşı Toksa xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları "isti iz"lərlə qətli törətməkdə şübhəli bilinən 47 yaşlı işsiz adamı saxlayıb. Saxlanılan şəxsdə "Sayqa" karabini aşkarlanaraq götürülüb. İlkin araşdırma nəticəsində onun beş dəfə atəş açdığı müəyyənləşib. Qətlin motivləri araşdırılır. Məlumata görə, mərhum sentyabrın 12-də yaxınlarına qonaq gəlibmiş. O, həyətə siqaret çəkməyə çıxıb və yaxın məsafədən açılan atəşlə güllələnib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?