Sabiq Prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli hazırki Prezidentin köməkçisi Əli Həsənovun tarixi hadisələrlə bağlı açıqlamasını təhrif olunduğunu hesab edir.
Səmədbəylinin facebook səhifəsində Həsənova ünvanladığı statusu GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik: ''Azerbaycan Prezidentinin Yardımçısı yaxın tariximizi çox maraqlı gedişle tehrif edir. Deyir ki, torpaqlar Heyder Eliyev resmi olaraq Prezident seçilene qeder işğal edilib: -Cenab Eli Hesenov yaxşı xatırlamalıdır ki, Heyder Eliyev Azerbaycan Milli Meclisinin sedri seçildikden sonra faktiki olaraq bütün ipler onun elindeydi. 15 İyun-Haziran'da Milli Meclise sedr seçildikden sonra Heyder Eliyev bir an önce qanuni Prezident Ebülfez Elçi Beyi iqtidardan uzaqlaşdırmağa ve Prezident olmağa çalışdı. Eslinde o dönem üçün bütün qüvvelerin birliyine çalışan Elçi Beyin niyeti çox doğru idi. Heqiqeten de Heyder Eliyev, Etibar Memmedov, Resul Quliyev de Elçi Beye destek verseydiler, bu gün bu qeder torpaqlarımız işğal olunmazdı. Ancaq adlarını çekdiyim her 3 şexs birlikteydiler ve Elçi Beye qarşıydılar...Bu barede kitabda çox etraflı yazdığım üçün qısaca qeyd edirem... İyun ayının 17'den 18'ne keçen gece Ebülfez Elçi Bey daxili ve xarici işbirlikçilerin seyi ile iqtidardan devrildi. Bundan sonra ise faktiki olaraq bütün selahiyetler Heyder Eliyevin elindeydi. Heyder Eliyev 19 İyul 1993'de verdiyi Fermanla AXC terefinden formalaşan 33 Könüllü Birliyi leğv etdi. Hansı ki, Qarabağın qorunmasında bu birliklerin xüsusi rolu vardı. Bundan sonra; -23 İyul'da Ağdam; -23 Avqust'da Cebrayıl ve Füzuli; bir günde iki rayon! -31 Avqust'da Qubadlı; -29 Oktyabr'da Zengilan ermeniler terefinden işğal edildi! Cenab Eli Hesenov! Qarabağı qorumaq üçün resmi olaraq Prezident seçilmeyi gözlemek lazım deyildi. Qarabağı qorumaq üçün onu sevmek lazım idi! Etiraf edin ki, ata-oğul Eliyevler dövründe Qarabağın işğal merhelesi bitib, indi faktiki olaraq tanınma merhelesine start verilib. Sizler de müdrikcesine susur ve seyr edirsiniz! İndi Cenab İlham Eliyev resmi olaraq faktiki Prezidentdir! Paşinyanın Qarabağda at oynatmasına neden göz yumursunuz? Belke bunu da AXC-MUSAVAT iqtidarının ayağına yazasınız?!''
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?