GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."

Tarix: 6-09-2019, 13:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 069
İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."

Qaynım görüb ki, qəbiristanlıq tərəfə təcili yardım maşını gedir. Onun arxasınca düşüb, bir neçə hərbiçi Səxavət Binnətovun meyidini gətiribmiş. Qəbiristanlıqdan kənarda ekskvatorla quyu qazıb meyiti ora atıblar, üstünü də torpaqlayıblar. El adəti ilə molla belə çağırmayıblar. Deyiblər ki, bu vətən xainidir, şərəfsizdir...".

Gundemxeber.Az bildirir ki, söhbət "cəsus əməliyyatı” zamanı tutularaq istintaq altında olan zaman müəmmalı şəkildə ölən Azərbaycan ordusunun hərbiçisi, müddətdən artıq xidmət edən Səxavət Binnətovun acı taleyindən gedir.

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."
Səxavət Binnətov

Hərbiçinin həyat yoldaşı Xavər Haqverdiyeva Criminal.az-a açıqlamasında ailəsinin faciəsindən danışıb: "Səxavət Binnətov 2017-ci il mayın 8-də işə getmişdi. Bir gün keçdi, amma işdən qayıtmadı, gözlədim, mayın 9-da hərbi hissəyə getdim. Yolda qarşıma əmisi oğlu çıxdı, dedi ki, Səxavəti aparıblar. Mayın 16-da meyidini gətirdilər. Sonda məlum oldu ki, Səxavət günahsızdır, məhkəmə quruldu, həyat yoldaşım bəraət aldı".

Mərhum hərbiçinin xanımı deyir ki, S.Binnətovun meyidini qəbiristanlıqdan kənarda basdırmışdılar: "Biz meyit görməmişik. İki qızım atalarının hələ də itkin düşdüyünü düşünür. El adəti olmadan, mollasız filansız quyuya atıblar, elə bil it basdırdırlar. Quyuya atıb dedilər ki, bu adam şərəfsizdir, vətən xainidir. Sonra şikayət edəndən sonra gəlib qəbrdən çıxarıb yenidən atasının yanında dəfn etdilər".

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."
Xavər Haqverdiyeva və S.Binnətov

"Səxavəti heç bir günahı olmadan öldürüblər. Bəraət alan hərbişçilərdən fərqli olaraq Səxavət heç şübhəli şəxs də olmayıb. Bəraət kağızından görünür ki, onun barəsində heç cinayət işi də olmayıb. Yoldaşımı kiminsə yerinə səhv aparıblar. Hərbi prokuror Hümbətov da mənə dedi ki, sənin yoldaşın kiminsə yerinə səhvən aparılıb. 6 ay məhkəmə getdi, bir dəfə də adı çəkilmədi ki, onu kim aparıb, kim döyüb öldürüb. Hərbiçilərə işgəncə verib öldürənlərdən Fuad Ağayev və digər təqsirləndirilənlər məhkəmədə dedi ki, Səxavəti görməmişik" - X.Haqverdiyeva bildirdi.

Buna da bax: "Meyidini sellofanda basdırdılar, mollanı qorxutdular ki, ona namaz qılmasın, xaindi” – Tankçı Mirzəliyevin dəhşət saçan ölümü​

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."
S.Binnətov

X.Haqverdiyeva deyir ki, Səxavətin son nəfəsində yanlında olan Hərbi Hospitalın tibb bacısı ilə görüşüb və onun dediklərindən dəhşətə gəlib: "Bakıdakı Hərbi Hospitala getdim, Səxavətə baxan tibb bacısını tapıdım. Ondan soruşdum ki, yodaşım necə öldü, son nəfəsində nə dedi? Dedi ki, Səxavəti koma vəziyyətində, lüt gətirmişdilər. Üstündə ağ mələfə olub. Əlləri və gözləri bağlı vəziyyətdə mayın 15-də gecə canın tapşırıb".

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."
S.Binnətov

Mərhum hərbiçinin xanımı bildirdi ki, S.Binnətova elə işgəncələr verilib ki, həmin dəhşətli anlar yazılan sənədləri uşaqlarına görə üzə çıxara bilmir: "Ona nə işgəncələr verməyiblər. Dəmirlə, şlankla döyüblər. Əlləri-gözləri bağlı olub. Matrası su ilə isladıb toka verirmişlər. İşgəncə nəticəsində ölən zabit Elçin Mirzəliyevlə Səxavəti eyni yerdə işgəncə veriblər. Məhkəmədə dedilər ki, Səxavətə Marğuşavanda, Mingəçevirdəki hərbi hissədə və meşədə işgəncə veriblər. İşgəncə izləri olan şəkilləri Tərtər Hərbi Məhkəməsinin hakimi İlqar müəllim söz verdi göstərəcək. Amma mərhum polkovnik Saleh Qafarovun yoldaşı Natavan Qafarovaya göstərdilər. Salehə verlən işgəncələri görən qadının məhkəmədə ürəyi getdi. İstintaq materiallarında şəkillər var".

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."
İstintaq materialı

İstintaq materiallarında da S.Binnətova hansı dəhşətli işgəncələr verilməsi yazılıb. İstintaq materiallarından sitat: "Fuad Ağayev 08.05.2017-ci ildə Səxavət Binnətovu N saylı hərbi hissənin köhnə qərargah binasına gətirzdirərək onun fiziki və psixi zor tətbiq etməklə və ya işgəncə verilməklə sorğu-sual edilməsinə göstəriş verib. Səxavət Binnətovdan düşmən tərəfindən kimin vasitəsilə, nə vaxtdan və hansı məqsədlə məxfi əməkdaşlığa cəlb edilməsi barədə məlumatlar verməsi üçün xüsusi amansızlıqla zorakılıq hərəkətləri edib. Gününü müxtəlif vaxtlarında, o cümlədən gecə vaxtları müəyyən fasilələr verməklə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub, əllərini və ayaqlarını bağlayıb, eləcədə də ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqan lentlə bağlarıqları Səxavət Binnətovun bədənin müxtəlif nahiyyələrinə yumruq-təpik, habelə plastik boru və digər küt əşyalarla zərbələr vurub. Onu üzü üstə uzadıb tərpənməməsi və müqavimət göstərməməsi üçün qollarından və ayaqlarından tutub başını vannadakı suyun içərisinə salaraq bir neçə saniyə saxlayıb, nəfəs ala bilmədiyini gördükdə boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb bir neçə saniyə nəfəs almasına imkan verib, sonradan həmin prosesi bir neçə dəfə davam etdirib. Əl-ayaqlarını tutaraq əski parçasını ağzına qoyaraq üstündən ağzına su töküb, su ağızına dolduğundan nəfəs ala bilməmiş, boğulmaq həddinə çatdıqda əskini götürərək nəfəs almasına imkan verib, sonr bu prosesi bir neçə davam etdirmişdir, boğularaq çabaladıqda onu tutub saxlamışdır. Daha şiddətli təsir etməsi üçün üstünə su töküb xüsusi qurğu vasitəsilə naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə elektrik cərəyanı verib. Səxavət Binnətov düşmənlə əməkdaşlığını təkzib etdikdə işgəcəni davam etdiriblər. İşgəncə nəticəsində Səxavət Binnətovun bədəninin müxtəlif yerlərində əzik, sıyrıq və hematomalar yaranıb, qaraciyərində cırılma, qarın boşluğuna 1 litr qan yığılıb. Nəticədə Səxavət Binnətov 11.05.2017-ci ildə saat 11-də Hərbi Hospitala gətirilsə də, mayın 15-də orada küt alətlərlə döyülmədən qara ciyər və dalaq cırılmasından orada ölüb".

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."
X.Haqverdiyeva SƏxavətin məzarı başında

"Səxavət cəmi 3 il xidmət edə bildi. Onu hərbiyə düzəltmək üçün sələmə pul götürmüşdük. O da öldü, qalmışıq sələmin altında. 11 min sığorta pulu verdilər, iki qızımı sələmlə saxlayıram. Evim də satıldı sələmə görə. Səxavətin qardaşı Naxçıvanda mayordu, özü isə ciddi işçisi olub. İki qızımı qorxa-qorxa saxlayıram. Niyə mənim ailə başçımı öldürürdü ki, biz də belə zülm çəkək? Səxavəti öldürənlərə cəza veriblər. Neynirəm, istəyirlər 50 il versinlər. Allah Səxavəti öldürənlərin balasına mənim balalarım çəkənləri çəkdirsin" -deyə X.Haqverdiyeva vurğulayıb.

İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLƏN HƏRBİÇİNİN XANIMINDAN ŞOK SÖZLƏR: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər..."
S.Binnətovun səhvən öldürülməsini sübut edən sənəd

Hərbi Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinin rəis müavini Oqtay Ağayevin məktubundan sonra məlum olub ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayəti işinin istintaqı zamanı nəinki S.Binnətovun dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə istintaq belə bir məlumat daxil olmamış və araşdırılmamış, onun cinayət prosesinə hər hansı prossesual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməmişdir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səxavət Hacıyevin acınacaqlı sonu

    Səxavət Hacıyevin acınacaqlı sonu ...

    24-05-2018, 13:23

  • 
  • Səxavət Məmmədovun qardaşından Rəsulzadəyə hörmətsizlik

    Səxavət Məmmədovun qardaşından Rəsulzadəyə ...

    26-11-2013, 12:58

  • 
  • Jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib – Foto

    Jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib ...

    27-05-2019, 16:07

  • 
  • Səxavət İsmayıl silahlı bandanın təziyiqinə məruz qalıb-İDDİA

    Səxavət İsmayıl silahlı bandanın təziyiqinə məruz ...

    13-08-2018, 14:45

  • 
  • Ordumuzun əsgəri həlak oldu

    Ordumuzun əsgəri həlak oldu ...

    4-09-2015, 16:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu