Axar.ax saytı unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşı Firuz Səxavətlə bağlı məlumat yayıb. Məlumata görə, Firuz Səxavət bir neçə gündür sayta zəng edərək, “Gör Azərbaycanı kimlərin əlində qoyub gedirik” başlığı ilə gedən müsahibəsindəki fotosilsilədən “divarda Məmməd Əmin Rəsulzadənin şəkli görünən” fotolarını çıxarmağımızı xahiş edir.
Firuz Səxavət bunu “başının ağrıması”, “tənqidlərə tuş gəlməsi” ilə əlaqələndirir və “karyerasına zərbə” kimi qiymətləndirir.
“Bu xahişə əvvəlcə etinasız yanaşsaq da, ardıcıl zəng və xahişlərdən sonra artıq təəccübümüzü saxlaya bilmədik və bunu ictimailəşdirmək qərarına gəldik”, - saytın yaydığı məlumatda deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?