Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Orucov Samir Dadaş oğlu şəhid olub.
S. Orucovun ölümünə səbəb kimi sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanması, əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinməsi göstərilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Bəzi elektron kütləvi informasiya vasitələrində isə əsgərin atəşkəs rejiminin pozulması nəticəsində şəhid olduğu bildirilirdi.
Iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində Erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət etmiş Eldar Səxavət oğlu Fətəliyev şəhid olmuşdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?