Elfira Hüseynova (Mövsümlü): “Sən özünü qoru, səni də öldürə bilərlər, sən hələ bizə lazımsan”
Artıq xeyli müddətdir ki, Bəybala Hüseynovun oğlu, hansı ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı olmuş Emin Hüseynovun müəmmalı ölümü ilə bağlı olay, böyük cameənin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Əgər yaşanan olayla bağlı əvvəllər heç bir araşdırma işləri aparılmırdısa, artıq Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsində müəyyən araşdırma işlərinin aparıldığı bildirilir. Bu haqda Bəybala Hüseynovun hüquqlarını müdafiə edən Elçin Məmməd mətbuata açıqlamasında bildirib.
O, onu da qeyd edib ki, “Bəybala Hüseynov övladının müəmmalı ölümündən sonra, oğluna məxsus avtomobildəki əşyaların yoxa çıxarıldığını bildirir və bu işdə vaxtilə gəlini olmuş Elfira Hüseynovanı, gəlninin xalası oğlanlarını Orxan Musayevi və Babək Musayevi, anası Aygün Mövsümovanı, həmçinin mərhumun əmisi oğlu Fuad Hüseynovu da qınayır. O, onu da bildirir ki, mənim daha çox şübhəm gəlinim Elfıra Hüseynovadandır. Hələ 2017-ci ilin yay aylarında Elfıra və anası, oğlum Emin Hüseynovun izləndiyini, həyacan və qorxu keçirdiyini, anasının –“Qızım sən Eminin bu halını valideynlərinə de, bir gün onun başına bir iş gələcək, sənin üstündə qalacaq” deyir. Elfıra Hüseynovanın (Mövsümlü) verdiyi ifadələrdə isə, tam bunun əksi ifadə olunur. Onlar oğlumu istirahət adı altında Antalya şəhərinə apardılar.
Bır gün Balakişi Rəhimov oğlum Eminə zəng edərək bildirir ki, “Uçuş biletləriniz hazırdır” Bunu eşidən Emin çox əsəbiləşir və Balakişi Rəhimova “Bilet niyə belə tez hazırdır, bəlkə mən heç getmək istəmirəm” deyir. Bu sözləri eşidən Elfıranın anası Aygün Mövsümova əsəbi şəkildə evdən çölə çıxır və “Mən bu adamları başa düşə bilmirəm, mənim qızım söz verib, ona görə də getməlidir” deyir. (Şahid Xəyalə Hüseynova və başqaları). Bugünə kimi Aygunun sözlərinə görə Elfıranın kimə söz verdiyi hələ də məlum deyil. Oğlum çıxılmaz vəziyyətdə qaldığından o, istirahətə getmək məcburiyyətində qalır. Həmin vaxt mən kiçik oğlumu Türkiyəyə müalicə etdirmək məqsədilə aparmışdım. Bakıya döndükdə bildim ki, artıq Antalyaya iki nəfərlik, Emin və Elfıra üçün turpaket hazırdır. Bu arada Emin Elfıranı Kürdəmir rayonuna qadın həkimi ilə məsləhətləşmək üçün aparmağı planlaşdırırdı, amma nədənsə Kürdəmirdə yaşayan Aygün Mövsümovanın bacısı Afət Sadıqova nə isə bilirmiş kimi, Emin və Elfıranın Kürdəmirə getməsinə razı olmur.
11 avqust 2017-ci il tarixidə Emin və Elfıra Türkiyənin Antalya şəhərinə istirahətə yola düşdülər. Maraqlı halın varlığı o olur ki, 18 avqust 2017-ci il tarixdə Aygün səhər saat 07.00-da qızı Elfıraya zəng edir, o halda onun bacısı Afət “Bu saatlarda istirahətdə olanları narahat etmək olmaz” demişdir. 18 avqust 2017-ci il tarixdə Emin istirahət etdikləri otelin idman zalında məşq edərkən anidən yıxılmış və Türkiyə Məhkəmə Tibbi Ekspertizası Ekspertlərinin rəyinə görə, o, ona kənardan verilən zəhərli maddənin təsirindən ölmüşdür. Həmin vaxt Elfıra oteldə otaqda olur və Emini oteldən təcili yardım maşınında xəstəxaya aparırlar. Elfıra da təcili yardım maşınında xəstəxanaya gedir və həmin an Türkiyədə olmasına baxmayaraq, Emin ilə heç vaxt görüşməyə imkan tapmayan yaxın dostu Quliyev Orxan Şöhrət oğlu da xəstəxanaya gedir. Eminin koma vəziyyətində olmasına baxmayaraq, o, Elfıranı da götürüb ailəsi ilə birlikdə Sibel Canın konsertinə gedirlər. 27 avqust 2018-ci il tarixdə Emin xəstəxanada dünyasını dəyişir. Ötən müddət ərzində mən Elfıranın heç bir narahatçılıq və üzüntü hissi keçirməsini hiss etmədim. O, mütəmadi olaraq oğlumun telefonu ilə kimlərləsə danışır və həmin şəxslərə mesajlar da yazırdı. Onların qaldıqları hotelin sahibi də mənə bildirdi ki, “Gəlinin Elfıra özünü çox şübhəli aparır və elə bil o, nəyisə bilir, amma gizlədir”.
Həmin vaxtlarda bizə kömək etmək məqsədilə Azərbaycandan qardaşım oğlu Emil Hüseynov da ora getmişdi. O, ilk andan “Mən Elfiradan çox şübhələnirəm, bunda çox qorxu hissinin olduğunu hiss edirəm, elə bil o, nələrisə bilir və bizdən də gizlədir” deyirdi. Elə ki, cənazəni Bakıya gətirib dəfn etdik, həmin gündən hər kəsi sakitcə araşdırmağa başladım. Əvvəlcə oğlumun özü ilə Türkiyəyə apardığı telefonu Elfıradan istədim. Çünki, o, Emin xəstəxanaya düşdüyü gündən həmin telefonla kimlərləsə danışırdı, kimlərəsə mesajlar yazırdı. Düzdür, Elfıra telefonu gətirdi, amma telefonun yaddaşındakı bütün qeydlər silinmişdi. Elfıranın öz telefonuna baxdım, ona məxsus telefonun da yaddaşından hər şey silinmişdi. Anası Aygünə məxsus telefonun da yaddaşından hər şey silinmişdi. Elə ki, Elfiraya “Niyə yaddaşdakıları silmisən” deyə sual etdikdə, o, “Səhv etdim sildim” cavabını verdi. Mən oğlumun idarə etdiyi avtomobildə olan ikinci telefonunu da ondan istədim. Bu dəfə cavabında bildirdi ki, “Həmin telefonu xalam oğlu Orxan Musayev götürüb dənizə atdı”. Oğluma məxsus avtomobildən digər əşyaları da oğurlamışdılar. Həmin vaxtlarda oğlumun avtomobilinin açarı Elfiranın anası Aygün Mövsümovada idi. Mən bütün bunları araşdıran zaman, tələbə olan qohumumuz Əli Musayev onlara əsəbləşərək – “Elə etməyin açaram sandığı, tökərəm pambığı”- dedi. Sonra necə oldusa Aygüngil Əlini tez ələ alıb susdura bildilər. Həmin vaxtlarda Əli susdu və bizim evdən də çıxıb getdi.
Bir qədər vaxt keçdikdən sonra, oğlumun avtomobilindən götürülən telefonun səs-sorağı başqa ünvandan gəldi. Yəni, qardaşım oğlu Fuad Hüseynovun və Elfıranın xalası oğlu Babək Musayevin sözlərinə görə, “Biz telefonu və zinyət əşyalarını aparıb başqa bir yerdə basdırdıq, bu haqda bizdən nəsə soruşmayın” dedilər. Mən onların danışdıqlarına fıkir vermədim, amma hər gün xəbərim olmadan həmin telefon və şəkilləri maşınımdan götürməyə şübhəli 90-XM-525 ag rəngli “Pajero” markalı avtomobilin gəldiyini bilirdim. Bu belə olduğu halda, mən Orxandan “Sən telefonu niyə götürdün?” deyə ona sual verdim. Cavabında o, “Mən götürmədim, Emin gedəndə telefonunu mənə vermişdi (hansı ki, həmin telefon Eminin iş telefonu idi və o, həmin telefonunu heç kimə etibar etməzdi). Telefonda qız şəkilləri var idi, Elfıra görməsin deyə, onu dənizə atdım” dedi. Qız şəkillərini özün gördün- deyə sual edib soruşduqda “Yox, telefon kodda idi” cavabını verdi. Mən ondan soruşdum ki, bəs sən şəkilləri necə gördün?- o halda o, sakitcə çıxıb getdi. Bütün bunlar oğluma məxsus idi və o, öldükdən sonra ona məxsus avtomobildən oğurluq hadisəsinin olması, ona məxsus əşyaların gizlədilməsi, baş vermiş cinayət hadisəsinin ört-basdır edilməsi və s. deməli əvvəlcədən planlaşdırılmış addımlar idi.
Bir gün qardaşım Aydın Hüseynov mənə bildirdi ki, “Mən bilirəm ki, o əşyaları maşından kimlər oğurlayıb, heç də dənizə atılmayıb, hal-hazırda əşyaların harada olduğunu bilirəm və zamanı çatanda deyəcəyəm. (Şahid Fazil Nəsirov və başqaları) Mən yavaş-yavaş Elfıranı sual-cavab etməyə başladım və “Sən niyə idman zalına getmirdin, ola bilməz ki, Emin orada qızlar ilə məşq etsin, sən otaqda tək oturasan” deyə sual verdikdə, o, bu sualımın cavabında “Mənim idman ayaqqabım yox idi, o gün biz taksi ilə gedib şəhərdən Eminə idman ayaqqabısı aldıq və geri döndük” dedi. Təkrar bir neçə gündən sonra ona bu haqda “Ola bilməz ki, sən idman malları mağazasına gedəsən, Emin özünə idman ayaqqabısı alsın, sən isə özün üçün heçnə almayasan?” deyə sual verdim Elfira cavabında bildirdi ki, “Nə bilim, Emin demədi, mən də istəmədim, ona görə almadıq və geri döndük”-dedi. Elə ki, bir müddətdən sonra təkrar ondan bu haqda soruşdum ki, “Sən niyə idman ayaqqabısı almadın?” Cavabında o, “mən heç getməmişdim, Emin tək getmişdi” dedi. Ona belə bir sual da verdim, bəs deyirdin ki, Emin 5 dəqiqə olsa belə məndən ayrı olmayıb. Yəqin ki, Eminin gedib-gəməsi üç saat çəkər deyə, bir daha ona sual etdikdə, o, əli ilə işarə edib “Yox çıxdı, yaxınlıqdakı mağazadan alıb geri qayıtdı” cavabını verdi. Elfiraya başa saldım ki, mən Antalyanı yaxşı tanıyıram, hoteldən taksi ilə şəhərə gedib qayıtmaq üçün ən azından bir saata yaxın vaxt lazımdır. O halda o, başını aşağı saldı və bir söz demədi. Mən onu hər gün universitetə aparıb gətirəndə, oğlumun ölümü ilə bağlı onu sorgu-sual etdikdə, o, hər zaman –“Sən özünü qoru, səni də öldürə bilərlər, sən hələ bizə lazımsan”-deyirdi. Mən ondan sən Eminin yanında idin, onun ölümü normal ölüm idi deyə soruşduqda, o, cavabında “Elə normal ölüm ola bilməz” cavabını verdi və nələrisə açıqlamaq da istəmədi. Dedi ki, biz bir gün hoteldə olarkən kimsə zəng etdi və “sizi tanımağa gələcəklər, saat 9.30-da restoranda olun” dedilər. Biz həmin gün səhər saat 9.30-da həmin şəxslərlə restoranda görüşdük... Davamı var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?