GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...

İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...

Tarix: 17-09-2019, 15:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 676
İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi və Avtonəqliyyat Baş Gömrük İdarəsi, Dövlət Sosial Müdafiə Fondu Zəngilan rayon Şöbəsi və Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbi) apardığı yoxlama nəticəsində 5 milyon 440 min 63 manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilməsini aşkara çıxarıb.

Çox maraqlıdır ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aşkara çıxarılmış faktiki olaraq mənimsəmə olayı kimi qəbul edə biləcəyimiz 5 milyon 440 min 63 manat artıq və əsassız ödəmənin böyük hissəsi Dövlət Gömrük Komitəsinin iki idarəsinin payına düşür. Belə ki, Bakı Baş Gömrük İdarəsində 3 milyon 281 min 270 manatın, Avtonəqliyyat Baş Gömrük İdarəsinində isə 2 milyon 27 min 800 manatın faktiki olaraq mənimsənilməsi üzə çıxarılıb.

Bakı Baş Gömrük İdarəsində mənimsənilmiş 3 milyon 281 min 270 manatı son qəpiyinə kimi geri ödənilməsi təmin edilib. Bundan başqa Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı vəzifələrini itiriblər. Üstəlik, bu işlə bağlı istintaq materallarının məhkəməyə göndərilməsi gözlənilir. Bakı Baş Gömrük İdarəsində baş vermiş milyon 281 min 270 manat mənimsəmə ilə bağlı ilk dəfə olaraq "Yeni Sözçü” qəzeti yazmış, bundan sonra digər media orqanlarının da istinad etməsi ilə tam ictimailəşmişdi. Hətta bəzi media orqanlarının "Yeni Sözçü” qəzetinin araşdırmalarını öz adına çıxmaq cəhdi də olmuşdu. İstisna deyil ki, indi təqdim etdiyimiz araşdırmanı da öz adına çıxan media orqanları olacaq. Bu çox da təəccüblü məsələ deyil. Milyonlarla manat büdcə vəsaitinin mənimsənildiyi, üstəlik bunu edənlərin məsuliyyətdən kənarda qaldığı bir ölkədə "Yeni Sözçü” qəzetinin araşdırmalarının bəzi media orqanları tərəfindən öz adlarına çıxılması niyə təəccüblü olmalıdır ki?

Ancaq buna baxmayaraq biz Avtonəqliyyat Baş Gömrük İdarəsindəki 2 milyon 27 min 800 manatın mənimsənilməsi ilə bağlı araşdırma apardıq. Bizi buna vadar edən əsas məqam isə Bakı Baş Gömrük İdarəsindən fərqli olaraq Avtonəqliyyat Baş Gömrük İdarəsində mənimsənilmiş milyonların geri qaytarılmasının təmin edilməməsidir. Bu isə Avtonəqliyyat Baş Gömrük İdarəsindəki 2 milyon 27 min 800 manat mənimsəmənin arxasında "toxunulmaz şəxslər” dayandığı haqqında ehtimalları meydana çıxarıb.

Qeyd edək ki,Bakı Baş Gömrük İdarəsində 3 milyon 281 min 270 manat mənimsəmə 01.01.2016-cı il tarixlə 27.05.2018-ci il tarixi arasında baş veribsə, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə 15.12.2017- 31.12.2017-ci il tarixində, yəni 16 gün ərzində baş verib. Bu olay zamanı isə Avtonəqliyyat Baş Gömrük İdarəsinə hazırda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini olan İsmayıl Xəlil oğlu Hüseynov rəhbərlik edib. Dövlət Gömrük Komitəsinin sədri və əksər rəhbər şəxsləri kimi əslən Naxçıvandan olan İsmayıl Hüseynov ilk ali təhsilini aldığı Naxçıvan Dövlət Universitetini 1996-cı ildə bitirsə də,gömrük orqanlarında 1995-ci ildən xidmət edir. Ötən 24 il ərzində İsmayıl Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə qədər yüksələ bilib. Qeyd edək ki, İsmayil Hüseynov 14 il ərzində, yəni 2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində çalışıb. Ötən ilin may ayının 29-da İsmayıl Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 26 gün sonra, yəni 25 iyun 2018-ci ildə isə president İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu tarixləri ona görə qeyd edirik ki, oxucuya tam aydın olsun ki, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə baş verəndə bu idarənin rəisi İsmayıl Hüseynov olub. İsmayıl Hüseynovun bir ayın içərisində əvvəlcə Bakı Baş Gömrük İdarəsinin rəisi, sonra isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi onun çox güclü himayəyə malik olduğunu göstərir. Onun, hətta çox yaxın zamanda Dövlət Gömrük Komitəsinin sədri təyin ediləcəyini də iddia edənlər var. Komitə sədri Səfər Mehdiyevin bu postda müvəqqəti olduğunu siyasi hakimiyyətdə hər kəs bilir.

İsmayıl Hüseynovun rəis olduğu zaman Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmənilməsinə görə cinayət işinin başladılmaması, büdcə vəsaitinin geri qaytarılmasının təmin edilməməsi bu şəxsin toxunulmazlığı ilə bağlı qənaət yaratsa da, bu yanlış qənəat olardı. Birincisi, qanun qarşısında hər kəs bərabərdir və heç kim törətdiyi hüquqa zidd əmələ görə məsuliyyətdən azad edilməyib. İkincisi, Bakı Baş Gömrük İdarəsinində baş vermiş mənimsə ilə bağlı cinayət işinin başlanması artıq president də yaradıb. Buna görə də İsmayıl Hüseynovun himayəçisinin nə qədər güclü mövqe sahibi olmasına baxmayaraq gec-tez istintaqa cəlb olunması gündəmə gələcək. Əks halda belə qənaət yaranacaq ki, İsmayıl Hüseynov qanunlardan üstə dayanır və hüquq-mühafizə orqanlarının bu şəxsə gücü çatmır?

İsmayıl Hüseynovla bərabər Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəməyə görə məsuliyyət daşıyanlardan biri də hazırda Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsini tutan Coşqun Mübariz oğlu Əhmədzadədir. Belə ki, Coşqun Əhmədzadə DGK sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilənə kimi Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tutub. Dövlət başçısının 27 yanvar 2017-ci il tarixli sərəncamı "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Çoşqun Əhmədzdənin Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı başlanacaq istintaqa cəlb olunacağı da istisna edilə bilməz. Baxmayaraq ki, onun atası Mübariz Əhmədzadə Zaqatala rayon icra hakimiyyətinin başçısı, əmisi Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olsa da, Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı cinayət işi başlanılsa Coşqun Əhmədzadənin də yolu istintaqdan düşəcək.

Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı bu günə cinayət işinin başlanmamasının səbəblərinə, mənimsənimliş iki milyon manatdan artıq vəsaitin geri ödənməməsinin səbəblərinə növbəti araşdırmamızda aydınlıq gətirəcəyik. Bu araşdırma zamanı isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Dövlət Gömrük Komitəsinin və hüquq-mühafizə orqanlarının mövqeyini öyrənməyə çalışacağıq. Bakı Baş Gömrük İdarəsində baş vermiş 3 milyon 281 min 270 manat mənimsə ilə bağlı apardığımız araşdırma zamanı həqiqətlərin üzə çıxarılmasında yuxarıda adları çəkilən dövlət orqanlarının "Yeni Sözçü” qəzeti ilə əməkdaşlığının Avtonəqliyyat Baş Gömrük İdarəsindəki mənimsəmənin araşdırılması zamanı da davam edəcəyinə ümid edirik.//"Yeni Sözçü”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb

    Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən ...

    12-09-2018, 16:44

  • 
  • Gömrükçülər hava limanında 36 min dollar götürüb

    Gömrükçülər hava limanında 36 min dollar götürüb ...

    27-01-2018, 15:54

  • 
  • Azərbaycandan 800 min dolların çıxarılmasının qarşısı alındı

    Azərbaycandan 800 min dolların çıxarılmasının ...

    13-10-2016, 19:36

  • 
  • MDB-nin baş gömrükçüləri Bakıda

    MDB-nin baş gömrükçüləri Bakıda ...

    7-11-2013, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu