GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bu adamı nə Astara maraqlandırır... - Nə də astaralılar...

Bu adamı nə Astara maraqlandırır... - Nə də astaralılar...

Tarix: 8-10-2019, 12:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 473
Bu adamı nə Astara maraqlandırır... - Nə də astaralılar...


Astaranın Sərək kəndinə doğru uzanan yol asfalt olsa da kəndin ara yolları bərbad vəziyyətdədir...

Elə yerlər var ki, yağışda, qarda keçilməz olur...


Feyxoa bağları ilə məhşur olan bu kəndə girmək üçün yaxınlıqdakı çayın üstündə kustar qaydada düzəldilmiş “körpü”lərdən keçməlisən. Həmin “körpü”lərin birndən keçib feyxoa bağlarına giririk. Əhali əsas qazancını bu bağlardan çıxarsa da məhsul yığımı mövsümü olmasına baxmayaraq bağlarda elə də çox adam gözə dəymir. Yolda ara-sıra rast gəldiyimiz adamların dediyindən aydın olur ki, onların gözü ötən ilki kimi alıcı azlığından qorxur.

“Yaşayışımız feyxoadan aslıdır”

Çətir kimi yüksələn feyxoa ağaclarının arası ilə hərəkət edirik. Sahibkar Rafiq Muradov ağacın budağını əyib, yetişmiş meyvələri göstərir. Deyir hər gün yığılmalıdır ki, ağacda qalıb xarab olmasın.

“Yetişmiş meyvə hər gün dərilməlidir. Çox qalmır, dəriləndən 7-8 gün sonra qaralır, sonra isə çürüyür”.

Sahibkar 70-ci illərdə salınan feyxoa bağlarından indi böyük qazanc götürmək olmasa da müəyyən qədər ailəyə maddi dəstək olduğunu vurğulayır. Bu meyvənin sağlamlıq üçün faydasına da toxunur, deyir qan təzyiqi olan adamların feyxoa yeməyi məsləhətdir.

Feyxoa bağında məhsul yığanların çoxu qadınlardır. Bunun da bir özəlliyi var, gərək bu meyvə ilə nəzakətli davranasan, yoxsa yığım zamanı xırda zədələnmiş feyxonanı uzun müddət saxlamaq olmur.

Sahibkar feyxonaın digər kaprizlərindən də söz açır, deyir gərək bu ağacların dibində daima su olsun.

Gözoxşayan yaşıl feyxoa bağlarına sahiblənməsinə toxunan Rafiq Muradov deyir ki, 25 ilə yaxındır ki, bu bağlarda külüng çalır. Əvvəllər sovxoza məxsus olan bağları ona 1995-ci ildə əmlak payı kimi veriblər. Amma o bununla da kifayətlənməyib bir az da yan-yörədəki bağları alıb öz sahəsinə qoşub.

“Aldığım 200 manat pensiya ilə dolanmaq çətindir. Ona görə də əlavə qazanc yeri yaratmışıq. Yaşayışımız feyxoadan aslıdır. Əmlak payı kmi mənə bir hektara yaxın feyxoa sahəsi verilib və bir az da artırmışam. İldə 6-7 ton məhsul götürürəm. Oğlumun adınadır. 3-4 il idi az məhsul verirdi. Bu il məhsul var, ancaq xırdadır”.

Üzləşdikləri problemlərin bir çoxunun artıq arxada qaldığını deyən sahibkar bunu Rusiyaya mal aparmaq imkanlarına şamil etmir.

"Oraya məhsul aparamaq bir müsibətdir. Feyxoa bağları artıb. Kənd əhalisinin yarıdan çoxu feyxo ilə dolanır. Amma sata bilmirik. Adətən sərhəddə gömrük mane olur. Amma bu il, hələlik, maniələr yoxdur. İş ondadır ki, bu il məhsul bol olsa da Rusiyaya feyxoa aparanların sayı azalıb. İndi feyxoanın kiloqramını 50 qəpiyə veiririk. Sabah düşəcək 40 qəpik olacaq. Qiymət hər gün 10-15 qəpik aşağı düşür. Amma Rusiyanın bazarlarında feyxoanın qiyməti 4-5 dəfə bahadır. Elə Bakının özündə 1-2 manatadır. Məhsul getməsə meyvə ağacdan töküləcək, məhv olacaq. Necəki hər il məhsulun 20-30 faizi itkiyə gedir”.

Problem tək feyxoa ilə bağlı deyil

Rafiq Muradovun ürəyi doludur, tək dərdi, qayğısı feyxoa bağlarında qalan meyvənin satışı deyil. O, həm də kəndin illərdən bəri mövcud olan problemlərini də sadalayır.

"Ara yollarımızı da gördünüz. Elə yerlər var keçilməzdir. Kəndin başqa bir problemi örüş yerlərimizin olmamasıdır. Mal-qara kəndin küçələrində gəzir. Otu da pul ilə alırıq. Limon və naringi bağlarım da var. Bizdə deyirlər ki, limon tacirin malıdır. Pullu adam limon ağacını saxlaya bilir. Üstünü örtmək üçün polietilenin metrəsi 2 manata yaxındır. Limon, naringi bir az xərc çox aparır, amma sərfəlidir. Çünki məhsulları uzun müddət saxlamaq olur”.

Problemlərdən danışmayan adam

Məhsil tədarükü ilə məşğul olan kənd sakini Alim İbadov isə bu il elə bir problem yaşamadığını deyir.

“Özüm də bu kənddənəm. Sitrus meyvələrinin satışı ilə məşğuluq. Hazırda feyxoa tədarük edirik. Bu məhsul Rusiyaya gedir. Ölkəmizdə iri marketlər də var ki, sifarişlər verirlər. Qiymət hər gün dəyişir. Məsələn, dünən 70 qəpikdən tədarük etmişdik, bu gün 50 qəpikdən. Söhbət keyfiyyətli məhsuldan gedir.”

Ara yolların təmiri nəzərdə tutulur

Feyxoa satışının düzələcəyi, qiymətlərin bahalaşacağı ilə bağlı hər hansı gözlənti olmasa da Sərək kəndinin ara yollarının təmir olunacağı ilə bağlı müəyyən ümidli fikirlər var. Kənd sakinləri arasında belə bir ümidi Şüvi bələdiyyəsinin sədri Nail Muradov yaradıb. O deyib ki, bələdiyyə ərazisi olan Sərək kəndinin ara yolları təmir ediləcək. Amma konkret nə vaxt? Bələdiyyə sədri bu qədər dəqiqliklərə getməyib.

Astara rayonunda sitrus meyvə bağlarının 4 min hektara yaxın olduğu,
il ərzində bu sahələrdən 40 min tona yaxın meyvə tədarük edildiyi bildirlir. Rəsmi məlumatlara görə, bu sahədə çalışanların sayı 3 min nəfəri ötüb. Ötən il “Azərbaycanda sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı” da qəbul edilib.

Sahibkarın bir istəyi də var

Sahibkar Rafiq Muradov bütün bunları müsbət qiymətləndirir. Amma hesab edir ki, məhsul itkiyə getməsin deyə, sabit bazar və kənd ərazisində şirə və mürəbbə istehsal edən sexlər olmalıdır:

“Mürəbbə sexi vacibdir. İri feyxoalar satışda yaxşı gedir, xırdları qalır və atılır. İtki də əsasən bundan irəli gəlir. Mürəbbə sexi olsa itki azalar. Qazanc çox olar. Onda yolları da təmir edə bilərik. Hələlik,bunlar yoxdur”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astarada çəltik dərdi

    Astarada çəltik dərdi ...

    12-05-2013, 23:31

  • 
  • Körpü uçdu, magistal yol bağlandı

    Körpü uçdu, magistal yol bağlandı ...

    13-05-2015, 01:53

  • 
  • Şabran rayonunun bərbad küçələri

    Şabran rayonunun bərbad küçələri ...

    30-04-2013, 21:53

  • 
  • Ələt-Astara yolunda körpü çökdü

    Ələt-Astara yolunda körpü çökdü ...

    15-07-2017, 16:26

  • 
  • Astara gömrüyündə sahibkar soyğunçuluğu

    Astara gömrüyündə sahibkar soyğunçuluğu ...

    3-10-2013, 21:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu