145 min manatlıq malin müqabilində 30 min manat rüşvət istənilir
Astara gömrükxanası ilə bağlı redaksiyamıza daha bir şikayət məktubu daxil olub. Gəncədə yaşadığı deyən Əliyev Səxavət Məzahir oğlu bildirir ki, iki həftə əvvəl İrandan Azərbaycana gətirmək istədiyi meyvə və tərəvəz dolu iki tır maşını bu müddət ərzində qanunsuz olaraq Astara gömrükxanasında saxlanılır.
Sahibkar yazır: «Azərbaycanda hələ elə bir qanun qəbul olunmayıb kim hansı meyvəni, hansı tərəvəz növünü gətirə bilər, hansını gətirə bilməz. Amma deyəsən, Astara gömrükxanasında özəl qanunlar var. Mən ilk dəfə idi ki, meyvə-tərəvəz alveri ilə məşğul olmağa başlamışdım. Və bu məqsədlə bankdan hətta 50 min manat kredit də götürmüşəm. Amma vəziyyət bu şəkildə davam edərsə, gətirdiyim məhsulum batacaq və mən müflisləşəcəm. Çünki Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov məndən 145 min manatlıq malın müqabilində 30 min manat rüşvətt tələb edir. Halbuki mənim o qədər rüşvət ödəməyə pulum yoxdur. Bildirim ki, həmin pulu rüsumdan əlavə olaraq verməliyəm». Sahibkar bildirir ki, bununla bağlı Bakıda mətbuat konkransı da keçirməyə hazırlaşır: «Məndən Hikmət Məmmədovun adından pul istəyənlərin səslərini də yazmışam. Və bunu ictimaiyyətə təqdim edəcəm. Başqa bir çıxış yolum qalmayıb. Hüquq-mühafizə orqanlarına müraciət etsəm də, hələ cavab verən yoxdur. Ona görə də mətbuatdan kömək istəmək zorundayam». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?