GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fuad Qəhrəmanlı: `Cinayət işi mənə qarşı kampaniyanın arxasında hansı maraqların dayandığını təsdiq etdi`

Fuad Qəhrəmanlı: `Cinayət işi mənə qarşı kampaniyanın arxasında hansı maraqların dayandığını təsdiq etdi`

Tarix: 16-10-2019, 20:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 568
Fuad Qəhrəmanlı: `Cinayət işi mənə qarşı kampaniyanın arxasında hansı maraqların dayandığını təsdiq etdi`


AXCP sədrinin keçmiş müavininin ailəsində baş verənlərin araşdırılması üçün cinayət işi qaldırılıb

Gundemxeber.Az bildirir ki, Fuad Qəhrəmanlının ailəsində baş verənlərin hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurluğa istinadən Report agentliyi məlumat yayıb.

Bu ilin sentyabrında Fuad Qəhrəmanlının qızı atasının anasını və qızlarını fiziki təzyiqlərə məruz qoyması ilə bağlı bəyanatla çıxış edib. Onun bəyanatından belə aydın olur ki, hadisə bir neçə il əvvələ təsadüf edir. Qızının bəyanatından sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, bu ilin sentyabrında Fuad Qəhrəmanlının (AXCP sədrinin keçmiş müavini-red) yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub.

“Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib,” mətbuat xidmətinin məlumatında deyilir.

Prokurorluq qeyd edir ki, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib.

“Zümrüd Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.”

Prokurorluq baş verənlərlə araşdrıma apardıqdan sonra cinayət işi qaldırıldığını bildirir.

Bununla yanaşı, Baş Prokuroluq rəsmi saytında Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılması ilə bağlı hələ məlumat yaymayıb.

Fuad Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, cinayət işinin qaldırılması ilə bağlı ona hələ rəsmi məlumat verilməyib.

“Mən bu barədə mediadan xəbər tutmuşam. Tamamilə uydurma əsaslarla açılan bir cinayət işidir. Bu təsdiq etdi ki, bu günədək mənə qarşı aparılan kampaniyanın arxasında hansı maraqlar dayanır. Buna görə sadəcə olaraq dərin təəssüf hissi keçirirəm. Görünür qismətimizdə bunu da yaşamaq varmış,” o qeyd edib.

Qəhrəmanlı rəsmi məlumat verildikdən sonra hüquqi qaydada müvafiq addımlar atacağını bildirib.

Oktyabrın 1-də Baş prokuror Zakir Qaralov bildirib ki, qadın və uşaq hüquqlarını müdafiə edən Qeyri Hökumət Təşkilatları Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.

“Özünü müxalifət adlandıran, vətəndaşların hüquqlarının müdafiəsi üzrə özlərini daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlar da vaxtında bir tədbir görməyiblər və heç bir məlumat verməyiblər," Qaralov qeyd edib.

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı bildirib ki, zorakılıqla bağlı deyilənlər əsassızdır və detallara varmağı özümə sığışdırmır.

“İndi aydın oldu ki, bu hadisədən istifadə edib, üstümə gəlib AXCP sədrinin müavinliyindən istefamı tələb edənlərə komanda haradan verilibmiş. Cəmiyyətin mənə dəstəyini görüb məyus oldular və son çarə kimi indi də bu yolla işlərini başa çatdırmağa çalışırlar. Kütləvi psixoza düşüb oyuna gətirilənlər indi anladılarmı ki, mənim istefam kimə lazımmış?” Qəhrəmanlı facebook səhifəsində sual edib.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fuad Qəhrəmanlının işində əcaib yenilik

    Fuad Qəhrəmanlının işində əcaib yenilik ...

    4-02-2016, 20:10

  • 
  • Bakıda uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var

    Bakıda uşaqlara işgəncə verən tərbiyəçidən xəbər ...

    4-09-2018, 14:00

  • 
  • Uşaqları döyən tərbiyəçi şübhəli şəxs qismində saxlanıldı - 2 maddə ilə cinayət işi açıldı

    Uşaqları döyən tərbiyəçi şübhəli şəxs qismində ...

    13-06-2018, 10:40

  • 
  • Fuad Qəhrəmanlının səhhəti kəskin pisləşib

    Fuad Qəhrəmanlının səhhəti kəskin pisləşib ...

    25-07-2017, 20:04

  • 
  • Bakıdakı bağçada uşaqları döyən tərbiyəçi azadlıqda - VİDEO

    Bakıdakı bağçada uşaqları döyən tərbiyəçi ...

    3-10-2018, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (504)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu