AXCP sədr müavininin yazdığı statusları bəyənənlər “bandotdel”ə çağırılır
AXCP sədrinin müavini, sosial şəbəkədəki yazılarına görə həbs edilən Fuad Qəhrəmanlının işi ilə bağlı çox qəribə yenilik var. Belə ki, Fuad Qəhrəmanlının ona qarşı “cinayət dəlili” kimi götürülən feysbuk statuslarını bəyənmiş və ya onlara şərh yazmış şəxsləri DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırıb sorğu-sual edirlər. Bu barədə Fuad Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmur məlumat yayıb.
“Fuad bəyin işi ilə bağlı mənə verilən məlumata görə, onun yazılarına bəyəndim edib, rəy yazan adamları da sorğuya çəkirlər. Bu xəbəri mənə verən şəxs də keçən gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət olunaraq dindirilib. Adının çəkilməsini istəməyən vətəndaş onu da dedi ki, o dəhlizdə gözləyərkən xeyli adam varmış və hamısı da Fuad bəyin işi ilə bağlı dəvət olunubmuş. Bunun nə məqsədlə edildiyini isə yəqin ki, quracaqları məkhəmə-məzhəkədə öyrənəcəyik”, – deyə Zümrüd Yağmur feysbuk səhifəsində yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?