Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında “kars”da saxlanılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 5 günlük cəza müddəti bu gün bitib. Bu barədə azadlıq.info-ya onun yaxınları məlumat verib. Məlumata görə, “kars”da saxlanıldığı müddətdə iki dəfə onda ürək ağrıları baş qaldırıb və həkim müdaxiləsi edilib. Xatırladaq ki, Fuad Qəhrəmanlı ilə yanaşı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və Nardaran işi üzrə onunla birlikdə mühakimə olunan daha üç nəfər də cərimə kamerasına (“kars”) salınmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?