GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabunçuda ev tikmək adı altında SAKİNLƏR NECƏ ALDADILIR...

Sabunçuda ev tikmək adı altında SAKİNLƏR NECƏ ALDADILIR...

Tarix: 22-10-2019, 15:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 764
Sabunçuda ev tikmək adı altında SAKİNLƏR NECƏ ALDADILIR...


Və yaxud dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən maklerləri hansı məmur himayə edir?



Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 13-də kirayədə yaşayan Nadirov Çingiz Cəmulla oğlu tərəfindən hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Gundemxeber.Az xəbər verir ki, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Mən, Nadirov Çingiz Cəmulla oğlu 1966-cı ildə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşam. Tanışım Zaur (sonradan öyrəndim ki, o, bir neçə dəfə məhkum olunub) məni ev alqı-satqısı ilə məşğul olan İlqar adlı maklerlə (o da bir neçə dəfə dələduzluğa görə məhkum olmuşdur) tanış edərək, bildirmişdir ki, bəs Çingizə elə bir ev təşkil et ki, pulunun yarısını indi, yarısını da kreditlə hər ay 500 manat olmaqla ödəsin. Makler İlqar dərhal Rəşad adlı birisinə zəng etdi. O da biz olan yerə gəldi. Onlar mənə Buzovna ilə Maştağanın sərhəddində (arasında) yolun solunda 5-6 hazır ev və yarımçıq tikililər göstərdilər ki, sifarişlə belə proyektdə evlər tikilib təhvil veriləcək. Hətta mənə 0.02 ha torpaq sahəsi göstərib bildirdilər ki, sənin evin bu ərazidə tikiləcək. Mən razılaşdım.

3 mart 2019-cu ildə mən iki tanışımla “Xalqlar Dostluğu” ərazisində yerləşən 18 nömrəli dövlət notariusuna getdik. Ev tikən tərəfdən Zaur, İlqar və Rəşad gəlmişdilər. Rəşad mənə öz adından Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 0.02 ha torpağın özəlləşdirilməsi, sərəncam verilməsi, tikinti işləri aparılması, kommunal xəttlərin çəkilməsi və s. səlahiyyət verən 03 mart 2019-cu il tarixli, AR I N-747569 nömrəli baş etibarnamə verdi. Elə sənədi alan kimi, saat 14-00-da 18 saylı Notariusun qarşısında mən ona 5 nəfər şahidin yanında 10 000 (on min) manat nağd pul verdim. 150 manat da notariusa rüsum ödədim.

Əldə etdiyimiz şifahi razılaşmaya görə, Rəşad mənə həmin ərazidə 9x9 metr olan (cəmi 81 kv.m) 3 otaqlı, mətbəxi və sanuzeli olan ev tikib, 30 aprel 2019-cu il tarixinədək təhvil verməli idi. Aradan aylar ötsə də, Rəşadın dəstəsi heç bir iş görmədilər. Mən onların yanına gedib pulumu geri istədikdə Rəşad, bibisi oğlu Sərxan, ağsaqqlları sayılan Qəzənfər və bir neçə qohumları mənə “pulumuz yoxdur” dedilər, sonra məni hədləyərək qapıdan qovdular.

Bu məslənin həll olunması üçün Asif və Mirkərim adlı şəxslərlə görüşüb, işi bir ağsaqqal kimi yoluna qoymağı xahiş etdim. Lakin onlar da əvvəl söz versələr də, bu məslənin düzəlməsi üçün məndən aldıqları 600 manatı da sonradan qaytarmadılar. İş də həllini tapmadı. Nəhayət, mən sentyabr ayında DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Müstəntiq Hüseyn Mənsimli təkcə Rəşadı dəvət edib izahat aldı. O da etiraf etdi ki, məndən cəmi 10000 manat pul almışdır. Mən izahatımda qeyd etdim ki, Rəşad və Sərxan ev tikmək işlərini əmisi oğulları olan Hacı Elməddinə həvalə ediblər. Çünki, hazırda Rəşada məxsus hesab edilən ərazilərdə Hacı Elməddin ev tikintisi və satışı işini aparır.

Bu arada, Rəşadın qohum-tanışlarından ibarət olan dəstəsi məni və ailəmi ölümlə hədləyirlər ki, bizi niyə polisə vermisən.

Xülasə, sonda DİN-nin İdarəsi heçbir tədbir görmədi. Ondan sonra sentyabrın əvvəlində DİN-nin Baş Cinayət Axtarış İdarəsi rəisi cənab A.Daşdəmirova məslənin həllinə köməklik göstərməsilə bağlı ərizə verdim. Sonradan öyrəndim ki, Rəşadın mənə göstərdiyi və özlərinə məxsus olduğu bildirilən Buzovna-Məştağa yolu sərhədinin sağ tərəfindəki 10 ha çox torpaq sahəsi əslində Neft şirkətinə məxsus imiş. Və Neft Şirkəti də hər dəfə bu ərazidə ev tikintisi başlanan kimi nümayəndələri gəlib “haqlarını” alıb gedirlər. Kim vermirsə, onun tikintisini dağıdıb gedirlər. Rəşad Cabarovun da ev tikən dəstəsi Neft Şirkətilə razılaşmadığına görə, qanunsuz zəbt etdikləri bu torpaq sahələrində vətəndaşlarla razılaşdıqları kimi, yəni tikiləcək evin dəyərinin 40-50 faiz nağd pulunu evləri tikməmişdən qabaq alırlar. Sonra isə dələduzluq edib razılaşdırlan evi tikmirlər. Sonda isə vətəndaş mənim kimi aldadldığını görüb, verdiyi pulu geri istədikdə isə, ona hədə-qorxu gəlinir, ölümlə hədlənir və qovurlar. Hazırda da topaqlar Rəşad Cabarovun adına olsa da, imkanlı və arxası olan vətəndaşların evlərini tikib təhvil verirlər. Hansı ki, arxasında güvəndiyi birisi yoxdur, Rəşadın dəstəsi ona hədə-qorxu gəlib verdiyi pulu qaytarmır, dələduzluq edirlər. Məslən, Rəşad, əmisi oğlu Hacı Elməddin, bibisioğlu Sərxan, Mirkərimin tanışları olan Asim o günü “Mercedess”lə yanıma gəlib hədə-qorxu gəlir ki, başın bədəninə ağırlıq edir, istəmirsən ailənlə sağ-salamat yaşayasan və s.

Budur, Rəşadın dəstəsi mənim kimi Maştağada yaşayan məişət malları dükanının sahibi olan birisindən 15000 manat alıb, qaytarmır, 5 il əvvəl yenə başqa bir maştağa sakinindən ev tikmək adı altında aldıqları 23 000 manatdan cəmi 3000 manatı bu günədək qaytarıblar. Digər bir qadına da mənə nəzərdə tutulmuş torpaq sahəsinin qonşuluğunda əvvəlcə yer göstərib ev tikməyə söz versələr də, aldadıb aldıqları 8500 manat pulu qaytarmırlar. Məkumata görə, hətta general Elçin Quliyevə də buradan böyük bir ərazini satıblar. Mənim kimi Rəşad Cabarovun mütəşəkkil dələduz dəstəsinin “qurbanları” günü-gündən çoxalsa da, hələlik görünən budur ki, onlara Azərbaycanda arxalandıqları havadarlarına görə kimsə “gözün üstə qaşın var” deməyə cürət etmir. Etsəydi, şəxsən mənim müraciət etdiyim DİN-nin iki idarəsi və Bakı şəhər prokurorluğu ərizəmi araşdırar və bu gün cəmiyyətə real təhlükə yaradan mütəşəkkil dələduz dəstənin zərərsizləşdirilməsi istiqamətində iş görə bilərdilər. Lakin çox təəssüf ki, bu idarələr dələduz dəstəyə qanunlarımızı tətbiq edə bilmirər.

Cənab Prezident!

Çox hörmətli Mehriban xanım!

Mən adi bir Azərbaycan vətəndaşı olaraq, son ümid yeri kimi Sizlərə müraciət edərək, Rəşad Cabarov və dəstəsi tərəfindən dəldəuzluqla məndən ev tikmək adı altında alıb mənimsəmiş 12500 manat pulumun qayatarılmasında köməklik etməyinizi xahiş edir və əvvəlcədən təşəkkür edirəm”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yüksək təzyiq nəticəsində qaz sayğacı partladı, vətəndaşdan 262 manat tələb edirlər – PREZİDENTƏ MÜRACİƏT

    Yüksək təzyiq nəticəsində qaz sayğacı partladı, ...

    24-04-2019, 16:23

  • 
  • Sakinlər Mehdi Səlimzadədən Prezidentə şikayət edirlər

    Sakinlər Mehdi Səlimzadədən Prezidentə şikayət ...

    10-04-2019, 19:40

  • 
  • Space TV-də MAAŞ QALMAQALI - “Dekabrdan pulumuzu ala bilmirik...”

    Space TV-də MAAŞ QALMAQALI - “Dekabrdan pulumuzu ...

    17-04-2019, 15:43

  • 
  • Maştağa sakini qohumunu güllələdi

    Maştağa sakini qohumunu güllələdi ...

    11-06-2016, 14:10

  • 
  • Prezidentin əfv sərəncamında adları yer alan şəxslərin tam SİYAHISI

    Prezidentin əfv sərəncamında adları yer alan ...

    17-10-2014, 18:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu