AXCP sədri Əli Kərimlini vuran, ona xəsarət yetirən polis zabiti Tural Şıxəliyev olub.
19 oktyabr mitinqi sübut etdi ki, maliyyə oliqarxiyası hakimiyyəti idarə edir. Hakimiyyətdə yüksək vəzifələr tutan oliqarxlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, yüksək və orta ranqlı məmurlar xalqı sosial fəlakətə sürükləyirlər. Məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə halları o qədər çoxalıb ki, xalq iqtidardan narazı düşüb. Ölkə Prezidenti də 15 oktyabr 2019-cu il tarixdə keçirilən müşavirədə hiddətləndi. Prezident iqtidarın komanda etibarı ilə yekdil olmadığını, hökümət rəsmilərinin bir-birini şantaj etməsini, dövlət büdcəsinin talanmasını açıqladı: “DÖZÜLMƏZDİR” etirazı ilə xalqdan sanki dəstək istədi.
Gundemxeber.Az bildirir ki, 19 oktyabr mitinqinə çıxanlar isə Milli Şura ilə yanaşı övladları, ərləri, bacı-qardaşları intihar edənlər, ailəsi dağılanlar, çörəklə imtahana çəkilənlər, əzizlərinin şərlənərək həbsxanalarda çürüdülənlər, taleləri daşa çırpılanlar idi.
Dünən KİV-lərin məlumatında izlədik ki, AXCP sədri Əli Kərimlini vuran, ona xəsarət yetirən İmişli RPŞ rəisi Füzuli Şıxəliyevin zabit oğlu Tural Şıxəliyevdir.
AXCP İmişli RT-nın sədri Əli Qasımovu isə Fizuli Şıxəliyev mitinqdən 3 gün əvvəl həbs etdirib.
Cənablar, görünür bu ölkədə hələ ki, haqq-ədalət basqı altındadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?