Hazırda Prezident Administrasiyasında İctimai-siyasi məsələlər üzrə şöbənin rəhbəri vəzifəsini icra edən Əli Həsənovun Keçmiş SSRİ Azərbaycan Kompartiyasının MK Vəzirova göndərdiyi teleqramın mətni yayılıb.
Həmin teleqramın mətnini eynilə təqdim edirik:
— Teleqram nömrəyə —
Bakı, Azərbaycan Kompartiyasının MK-sı, MK-nin birinci katibi yoldaş A.X. Vəzirova
Biz, S.M.Kirov adına Azərbaycan dövlət universitetinin tarix fakültəsinin dekanı ilə görüş iştirakçıları, yenidənqurma prosesində bizim respublikada Azərbaycan Kompartiyasının məqsədyönlü fəaliyyəti sayəsində baş verən pozitiv və real dəyişiklərlə tanış olduq. Biz partiyanın qarşısında, bütün sovet xalqının qarşısında duran böyük vəzifələri bütün məsuliyyətimizlə dərk edirik və sizi əmin etmək istəyirik ki, biz respublikaya yüksəkixtisaslı elmi kadrlar kimi dönəcəyik və özümüzü yenidənqurma işinə həsr edəcəyik.
Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi və biliklərimizi yönəldəcəyik. Biz Azərbaycan Kompartiyasının yeni rəhbərliyinin məqsədyönlü işini alqışlayırıq və dərindən dəstəkləyirik.
M.V.Lomonosov adına MDU-nun tarix fakültəsinin tələbələri və aspirantları Ağakişiyev İ.Ə., Cavadov Ə.S., İbadov R.Ə., Qarayev Ş.E., Quliyev H.B., Məhərrəmov N.U., Həsənov Ə.M., Azayeva Ə.Ə., Qaziyeva S.A. və başqaları.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?