Amerikanın Səsinin ABŞ Dövlət Departamentindəki müxbiri rəsmi Vaşinqtonun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yaydığını xəbər verir. Bəyanatın mətnini olduğu kimi təqdim edirik. “Biz Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsindən dərin narahatlıq keçiririk. Biz hüquqi proses davam edirkən cənab Məmmədlinin dərhal azad edilməsinə çağırırıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri qarşısında qaldırmışıq və qaldırmaqda davam edəcəyik. Biz SMDTM-nin və Azərbaycan Könüllülər İctimai Birliyinin üzərində aparılan təhqiqatı yaxından izləməkdə davam edirik.
Biz Azərbaycan parlamentinin qeyri-hökumət təşkilatlarını hədəf ala biləcək sivil cəmiyyəti bir qədər də məhdudlaşdıran düzəlişlər qəbul etməsini yaxından izləyirik. Biz Azərbaycan hökumətini ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?