GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısı eşitdi ki, əhali yolu bağlayacaq, qaça-qaça gəldi – Yevlaxda olay

İcra başçısı eşitdi ki, əhali yolu bağlayacaq, qaça-qaça gəldi – Yevlaxda olay

Tarix: 28-10-2019, 12:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 578
İcra başçısı eşitdi ki, əhali yolu bağlayacaq, qaça-qaça gəldi – Yevlaxda olay


Kəndlilərin deməsinə görə, qazlaşma ilə bağlı verilən vədin üstündən 4 il keçir

“Ötən qış qapımızdakı axırıncı çinarı da kəsib, yandırdıq… Bu qışı nə bir metr odun var, nə də odun almağa pul…”

Yevlaxın Bəydili kənd sakinləri Meydan TV-yə kəndin problemlərindən danışıb.

Bəydilidə təxminən 110 yaşayış evi var. Əhalisinin sayı 700 civarındadır. Kəndin əsas problemləri qaz, yol, məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, rayonun demək olar ki, bütün kəndləri qazlaşdırılıb. Gundemxeber.Az savash.org-a istinadən bildirir ki, qazlaşdırılmayan tək-tük kəndlər qalıb ki, bunlardan biri də Yevlaxla Mingəçevirin arasında yerləşən Bəydilidir.

“Ağsaqqallara vəd olundu, ancaq yerinə yetirilmədi”

Kənd sakini İradə İsmayılova:

“Sovet vaxtı kənddə qaz olub, 1994-cü ildə ölkənin hər yerində olduğu kimi, bizim kəndə də qaz verilişi dayandırılıb, sonradan bərpa olunmayıb. Qaz xətləri də kəsilib, satılıb. Hazırda kəndin dörd tərəfində yerləşən qonşu kəndlərdə qazlaşma işləri aparılıb. Bircə bizim kəndə çəkmirlər. 2015-ci ilin noyabrında qonşu kəndlərdən birində mavi yanacağın verilməsi ilə bağlı mərasim keçirilirdi, bizim kəndin ağsaqqalları yığışıb getdi, həmin mərasimdə iştirak edən məmurlara narazılığını bildirdi. İcra hakimiyyətinin başçısı söz verdi ki, 2016-cı ilin birinci kvartalına qədər Bəydili də qazlaşdırılacaq. 2019-cu ilin sonuncu kvartalıdır, hələ də ortada heç nə yoxdur”.

“Qapımızdakı sonuncu çinarı da kəsib, yandırdıq”

Sakinlərin sözlərinə görə, bu ilin aprelində “Azəriqaz” ASC-nin nümayəndələri kənddə olub, qazlaşdırma aparılacağını deyərək evləri siyahıya alıblar, ancaq elə o gedəndirlər, bir daha kənddə görünməyiblər. Qarşıdan gələn qışın istiliklə bağlı qayğıları indidən kənd sakinlərinin canına üşütmə salıb:

“Hər evdə uşaq, qoca, xəstə… Kasıb kənddir, heç kimin odun almağa imkanı yoxdur, başqa kəndlərdə qaz var deyə, oduna ehtiyacları yoxdur, kimin həmin kəndlərdə qohumu varsa, deyir, gəl, həyətdəki qurumuş ağacı kəs, apar… Ötən qış Mingəçevirdəki bir qohum dedi, gəl, bağda qurumuş ağaclar var, getdik, kəsdik, gətirdik, doğrayıb odun kimi istifadə elədik. Üstəlik, qapımızdakı axırıncı çinarı da kəsdik, bu il nə edəcəyimizi bilmirik. Nə kəsməyə ağac qalıb, nə bir metr odun var, nə də odun almağa pul… Dəstəsi 5-10 qəpikdən göyərti satıb dolanırıq, onu da hələ dekabrdan yığıb satmağa başlayacağıq. İş yeri yox, maaş yox, əhali qalıb ortalıqda…”

“Məktəblilər qonşu kəndlərə hər gün 26 kilometr yol qət edir”

Sakinlər deyir, ana qaz xətti Yevlaxdan magistral yolla Mingəçevirin girəcəyinədək uzanır. Bəydilinin girəcəyində ana xətdən bu kəndə çıxış da qoyulub ki, gələcəkdə həmin xətt uzadılıb kəndin içərisinə aparılsın. Ancaq sonradan həmin çıxışın istiqaməti Gülövşə kəndinə çevrilib və qaz xətti həmin kəndə uzadılaraq qazlaşdırma aparılıb.

Kəndin ikinci problemi məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, kənddəki köhnə məktəbin yerində yenisi tikiləndə seviniblər. Əvvəl onlara deyilib ki, məktəb 9 illik olacaq, ancaq məktəb istifadəyə veriləndə məlum olub ki, burada təhsil 4 illikdir. Xanım Səfərova:

“4-cü sinifdən sonra uşaqları 13-15 kilometr aralıdakı kəndlərə aparıb gətiririk. Bir mikroavtobus ayrılıb, ona da 14-15 uşaq sığır. Maşını olan qonşuluqdakı 3-4 uşağı da öz uşağıyla birlikdə aparıb gətirir, ancaq kənddə maşını olan azdır deyə, uşaqlar ortalıqda qalıb. Elə uşaqlar var ki, səhər saat 6-da yuxudan oyanıb piyada 13-15 kilometr yolu piyada gedirlər, dərsdən qayıdanda da bir o qədər yolu geri qət edirlər. Məktəb vaxtı soyuq aylara düşür, kənddə qış sərt keçir, bunun yağışlı, qarlı günləri var. İkinci növbədən qayıdan uşaqlar qışda qaranlığa düşürlər, həyatları təhlükədə olur. Hökumətdən ikinci tələbimiz məktəbin 9 illik olmasına görədir”.

“Başçı gəlib, vədlər verib, getdi”

Daha bir narazılıq isə yolla bağlıdır. İllərdir ki, Bəydili sakinləri tozlu, palçıqlı kənd yolların təmir-bərpası üçün aidiyyəti qurumlara müraciət edirlər, ancaq müsbət cavab almırlar. Bu ilin iyulunda kənd sakinləri Yevlax-Xaldan-Mingəçevir yolunu kəsməklə bağlı qərar qəbul ediblər. Bundan xəbər tutan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov kəndə gedərək sakinlərlə səyyar görüş keçirib. Sakinlər danışır:

“İyul ayı idi, başçı gəldi, görüş keçirtdi, dedi, oktyabr ayınadək səbr edin, qazlaşma işləri başlanacaq, digər problemlər də həllini tapacaq. Oktyabr da başa çatmaq üzrədir, bundan sonra qulağımız hansı nağıllar eşidəcək, bizə maraqlı deyil. Qarşıdan sərt qış gəlir, şirin vədlərə doymuşuq, odun da tapmırıq, kəndi qazlaşdırsınlar, kəndin məktəbini 9 illik etsinlər, bu qədər əhalini, uşağı əzabdan xilas etsinlər”.

Yevlax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Bəydili kəndinin qazlaşdırılması əvvəllər layihədə olmayıb, qurumun “Azəriqaz” ASC-yə müraciətindən sonra layihəyə salınıb. Kəndin ən qısa zamanda qazlaşdırılması üçün icra hakimiyyəti aidiyyəti qurumla danışıqlar aparır. Məktəb məsələsinə gəlincə isə qurumdan bildirilib ki, kənddə 4 illik müasir məktəb tikilib, yuxarı sinif şagirdlərinin Xaldan orta məktəbinə gedib-gəlmələri üçün isə nəqliyyat problemi yoxdur. Bəydilidəki məktəbin gələcəkdə 9 illik formatda fəaliyyət göstərməsi mümkündür.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstana qaz verən ölkənin qazsız kəndləri

    Gürcüstana qaz verən ölkənin qazsız kəndləri ...

    13-12-2012, 12:35

  • 
  • Muğanda qazı olanın bir, olmayanın iki dərdi var...

    Muğanda qazı olanın bir, olmayanın iki dərdi ...

    15-02-2017, 00:41

  • 
  • Meşədə kəsməyə ağac qoymayan sərkərlilər

    Meşədə kəsməyə ağac qoymayan sərkərlilər ...

    4-01-2014, 18:42

  • 
  • “Hamının gözünü polislə qorxudublar”

    “Hamının gözünü polislə qorxudublar” ...

    17-03-2017, 22:34

  • 
  • "Belə getsə, bu kəndlərdə adam qalmayacaq" - GİLEY

    "Belə getsə, bu kəndlərdə adam ...

    25-07-2019, 14:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu