Məlum olduğu kimi, tanınmış hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyev Bakıda avtomobillə vurularaq, beyn əzilməsi diaqnozu ilə, aidiyyatı paytaxt xəstəxanasında cərrahi əməliyyata məruz qalıb.
Vəziyyəti yaxşı olmadığı üçün, buradakı həmin xəstəxanadan qardaş Türkiyə Cümhuriyyətinə, İstanbuldakı "Avrasiya" hospitalına transfer edilib. İndi Türkiyə həkimləri onun 20 faiz yaşama ehtimalı olduğunu deyir. Son günlər belə bir pis xəbərin gəlməsi, çoxsaylı vətəndaşlarımızı da narahat etməyə başlayıb. Istanbuldan gələn son xəbərlərdə bildirillir ki, Oqtay bəyin beynində üç hüceyrə öldüyündən, onun, ancaq, müşahidə etmə qabiliyyətinə malik olacaq.
Verilən xəbərlər sırasında yer alan bu üzücü xəbər hamımız üçün, ağırdır. Bu məsələlərə aydınlıq gətirmək üçün, həkim- professor Adil Qeybulla ilə əlaqə saxladıq. Adil bəyin yayılan məlumatlarla bağlı fikirini ətraflı təqdim edirik: ''Əslində, bu üç hüceyrə söhbəti düzgün deyil. Beyində üç milyard hüceyrə var. Heç vaxt, KT ilə, hansı hüceyrənin ölməsini və ya qalmasını müəyyən edib, onu demək olmaz. Ola bilər ki, üç mühüm sahə ola bilər. Məsələn, danışıq mərkəzi, düşünmə mərkəzi və s., və i. Yəni, bu mərkəzlərdən söhbət gedə bilər ki, həmin mərkəzlərə aid hüceyrələr sıxılmadan, kompresiyadan və yaxud şimyanın özündən zədələnib. Məsələ bundan gedir ki, bu xəstə hansı beyn funksiyalarından bərpa olunacaq, onu heç kim deyə bilməz. Sadəcə olaraq, sol payda sıxılma nəticəsində hansı mərkəzlər daha çox zədələnibsə, o mərkəzlərin bərpa olunma imkanları çox aşağıdır.
Əvvəla, komada olan xəstəni proqnozlaşdırmaq çətindir. Hər halda, həkimlər orda vəziyyəti bu cür dəyərləndiriblər. Ikinci tərəfdən, burada da biz onun potensial cəhətdən ağır olduğunu bildirdik və mən dəfələrlə demişəm ki, o beyn itkilərlə çıxacaq. Çünki, bu beyn travmasıdırsa, beyində kompresiya varsa, beyn əzilməsidirsə, o itki ilə çıxır. Ümümiyyətlə, beyin potologiyaları kəllə-beyin travmalarında, bu cür və xüsusilə də, baş-beyin açılması ilə gedən proseslərdə həmişə beyin funksiyalarının itkisi olur. Bunun nə dərəcədə olacağını demək çətindir. Amma üç hüceyrə məsələsinə gəldikdə, onlar düzgün başa düşməyiblər. Çox güman ki, üç funksional sahədən söhbət gedir. Hansı ki, konkret beyn funksialarına aiddir.
Mən bunu deyə bilərəm. Əlbəttə, dislokasiya nə qədər tez normallaşarsa, ödem beyində nə qədər çox bərpa olarsa, ondan sonra mənzərə daha çox aydınlaşar. Ən azı, reflekslər bərpa olar, xəstə özünə gələr, ondan sonra, qalan şeyləri demək mümkündür.'' Həkim Adil Qeybullanın bizə bildirdiyi açıqlamadan aydın olur ki, Oqtay bəylə bağlı yayılan məlumatlardan təşvişə düşmək olmaz və səbrli olub, Allaha dua etmək daha yaxşısı olardı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?