Dünən axşam saatlarında tanınmış Hüquq müdafiəçisi Oqtay Gülalıyev yolu keçərkən avtomobil vurub.
Hadisəni törədən sürücü xəsarət alan Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırır.
Həkim müainəsindən keçirildikdən sonra, reanimasiya şöbəsinə yerləşdirilir. Qəza törədən avtomobil Hyundai Accent markalı ağ rəngdə 90 PZ 543 dövlət nömrə nişanlıdır. Oqtay Gülalıyevi xəstəxanaya çatdırıldıqdan sonra, ona baş çəkmək üçün Əli Kərimli, Gültəkin Hacıbəyli, Namizəd Səfərov, Adil Qeybulla və digər tanınmış nümayəndələr gəlmişdi. Burada Əmralı həkimlə görüş zamanı məlum oldu ki, xəstənin həyatına ciddi təhlükə yoxdur. Amma həkim məsləhət bildi ki, bir neçə gün palatada saxlanmalı və müalicəsi davam etdirilməlidir. Daha sonra Oqtay Gülalıyev özəl hospitalın reanimasiya şöbəsinə kəllə beyin travması və beyn əzilməsi diaqnozu ilə yerləşdirildi.
Növbətçi həkimin verdiyi məlumata görə, xəstənin qızdırması və tziyiqi normal vəziyyətdədir. Gecə yarısı Gülalıyevin reanimasiyadakı həkimindən son aldığımız məlumata görə, o, dərin yuxuluqdadır, çağrıldıqda cavab vermir. Həkim əlavə olaraq onu da bildirdi ki, hazırda dava-dərmanlarını təmin edirik. Sabah tomoqrafyadan keçirdikdən sonra, dəqiq nə edəcəyimizi biləcəyik.
Hadisə baş verən anın videosunu izlədikdə məlum olur ki, sui qəsd olunma ehtimalı var. Sürücünün sürəti azaltmaması və avtomobildən arxayın şəkildə düşməsi şübhələrə səbəb olur. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?