Türkiyədə səfərdə olan tanınmış jurnalist Əvəz Zeynallı, Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicə olunduğu ''Avrasiya'' Xəstəxanasına gedərək, onun durumu ilə maraqlanıb və ailə üzvüləri ilə də görüşüb. Əvəz bəy Oqtay Gülalıyevə diqqət cəlb etmək üçün öz facebook səhifəsində status paylaşıb. Həmin statusu təqdim edirik:
“DİQQƏT OKTAY GÜLƏLİYEVƏ!
Oktay Gülalıyevin həyat yoldaşı, qardaşı və qardaşı oğlu ilə görüşdüm. Oktay bəyin səhhəti çox ağırdır. Bu gedişlə onu itirə bilərik. Ağ ciyərində problem yaranıb, Türkiyəyə gətiriləndən eyni vəziyyətdə saxlanılır. Oktay bəyin təcili bu sahədə ən peşəkar həkimlərin olduğu ölkələrə aparılması, ya da o həkimlərin Oktay bəyə baxması üçün İstanbula gətirilməsi lazım. Almaniya, İsrail və digər ölkələrdə yerləşən xəstəxanalar həmkarımıza və dostumuza kömək edə bilər. Oktay bəyin yoldaşı da buna səsləyir hamını – dünyanın ən yaxşı həkimləri səfərbər olunmalıdırlar. Azərbaycan bir daha və yenidən ayağa qalxmalı, Oktay Gülalıyevə sahib çıxmalıdır!”
Əvəz Zeynallının xəstəxanada hazırladıığı video müsahibəsini təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?