Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyətinin sədri, hazırda Türkiyədə yaşayan Aqil Səmədbəyli Türkiyədə kimsəsiz qalan azərbaycanlı xanımı himayəsinə götürdü.
Gundemxeber.az xəbər verir ki, bu barədə Aqil Səmədbəyli özünün “facebook” səhifəsində Aytac Abdullayevanın başına gələn faciələrdən yazaraq, onu hmayəsinə götürdüyünü bildirib. Aqil Səmədbəyli qeyd edib ki, azərbaycanlı xanıma işgəncələr verən Türkiyə vətəndaşının cəzalanmasına nail olacaq.
“Aytac Aksoy adlı xanım, əziz bacım bu gündən etibarən (qızlıq soy adı- Abdullayeva) mənim himayəmdədir.
Türkiyənin İstanbul şəhərində yaşayan Azırbaycan vətəndaşı Aytac xanım 12 yaşında, özündən 16 yaş böyük Türkiyə vətəndaşı Mustafa Aksoy tərəfindən təcavüzə məruz qalıb. Aytac xanımın hal-hazırda 27 yaşı var və 5 uşaq anasıdır. Həyat yoldaşı tərəfindən ağılasığmaz işgəncələrə məruz qalan, şiddət görən, dəfələrlə uşaqlarından ayrı qalacağı ilə hədələnən və bu yolla susdurulan Aytac xanımın yaşadıqları insanı dəhşətə gətirir. Mən Mustafa Aksoy adlı məxluqun iyrənc əməllərinin detallarını açıqlamaq istəmirəm, ayıbdır və həqiqətən də ar edirəm. Beş uşaq anası Aytac xanım əri tərəfindən küçəyə atılıb. Bir Azərbaycan xanımı dəfələrlə zorlanma hadisəsi ilə üzləşib, dəfələrlə hədələnib, işgəncələrə məruz qalıb.
Mən artıq hüquqi işləmləri başlatmışam. Sonuna qədər Aytac xanıma sahib çıxacam, dəstək olacam. Və bilinsin ki, Aytac xanımın timsalında Türkiyədə əzilən hər kəsə mütləq və mütləq sahib çıxacam! Sonuna qədər xalqımın, sevdiyim, çox sevdiyim millətimin yanında olacam. Aytac xanımın timsalında əzilən və əziyət görən vətəndaşlarımıza hüquqi müstəvidə əlimdən gələni əsirgəməyəcəm.
Əzizim Aytac bacım, mən vətənimizin hər daşı, vətəndaşlarının haqqı uğruna davasından vaz keçməyən bir şəxs olaraq sizə söz verirəm ki, haqq ədalət bərqərar olunacaq! Mən sizə söz verirəm ki, hər daim haqlı davanızda yanınızda olacam. Mən sizə söz verirəm ki, sizə ağılasığmaz işgəncələr verən yuxarıda adını qeyd etdiyim məxluq mütləq cəzalandırılacaq!”
P.S. Biz də öz növbəmizdə Aqil bəyə əsl BƏY davranışına görə təşəkkürümüzü bildiririrk.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?